Məhkəmə qərarları › İş №3(066)-234/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-234/2023

08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-234/2023 08.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X2 iştirakları ilə, xx.xx.1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, deməyinə görə əvvəllər məhkum olunmamış, Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 8 may 2023-cü il tarixdə Göygöl rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə. M Ü Ə Y Y Ə N E T D İ: Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən Vüsal şadlıq sarayının qarşısında içtimai qaydanı pozmuş və polis əməkdaşlarının qaununi tələblərinə tabe olmamışdır. Bununla da X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 510-cu maddəsi ilə özünü təqsirli bilərək xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən Vüsal şadlıq sarayının qarşısında sərxoş vəziyyətdə olduğunu və iştimai əsayişi pozduğlarını bildirdi. Sonradan polis əməkdaşları onlara yaxınlaşdığını iştimai əsayişi pozmamağı bildirdiklərini bildirdi. Lakin o polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır, hazırda törətdiyi əməldən peşimandır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl Rayon Polis Şöbəsinin İTB-in polis sahə rəyisi polis baş leynenantı X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən Vüsal şadlıq sarayının qarşısında içtimai qaydanı pozmuş və polis əməkdaşlarının qaununi tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Göygöl rayon Polis Şöbəsinin İTB-nin sahə rəyisi polis baş leytenantı X7 bildirdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olduxlarını, Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən Vüsal şadlıq sarayının qarşısında içtimai qaydanı pozulması ilə bağlı məlumat daxil olmuş və həmin yerə yaxınkaşarkən sonradan adı ona məlum olmuş Şəxs yüksək səslə sərxoş vəziyətdə içtimai əsayişi pozduğunu onu nizam intizamlı olmağını bildirdikdə Şəxs onunla mübahisə etməyə başlamışdır. Onu nizam-intizama dəvət etmələrinə baxmayaraq onların qanuni tələblərinə qəsdən tabe olmamışlar və onlarla kobud davranaraq mübahisə etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə baxışı zamanı Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcxəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcxəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, X4 yuxarıda təsvir edilən inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun barəsində daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində yəni, onun barəsində inzibati həbs növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, Göygöl rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokola və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilkin və məhkəmə iclasında verdiyi izahatlarına əsasən Şəxs yuxarıda təsvir edilən inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və əməlindən peşiman olmasını nəzərə alaraq məhkəmə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələrində sanksiyası həddində, yəni cərimə növündə inzibati cəza təyin edilməsini məqsədə və qanuna müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov İş № 3(066)-234/2023 MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU 8 may 2023 -cü il Göygöl şəhərində Göygöl Rayon Məhkəməsi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X2 iştirakları ilə, Sədrlik edən məhkəmə iclasını açaraq Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə xəta törətməsinə dair işə baxılmasını elan edir. İclas saat 14:30-da başlandı Sədrlik edənin göstərişi əsasında məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X3 gəlmişdir. (İXM-112.1.2) Sədrlik edən Şəxs Azərbaycan Respublikasının İXM-in 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən hakimə və məhkəmə iclas katibinə etiraz etmək, müdafiəçinin xidmətindən istifadə etmək hüquqlarının olmasını izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: Hüquqlarım mənə aydındır, sədrlik edənə və məhkəmə katibinə etirazım yoxdur. Mənə vəkil təqdim edildi vəkil istəmirəm, hüquqlarımı özüm müdafiə edə bilərəm. Bu mənim maddi imkanımla bağlı deyildir. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatəti olub-olmamasını soruşur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs : vəsatətim yoxdur. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini müəyyən edir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, deməyinə görə əvvəllər məhkum olunmamış, Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan Şəxs Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən işin halları barədə izahat alır. Özümü təqsirli bilirəm. xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən Vüsal şadlıq sarayının qarşısında sərxoşuydum səs küy salırdım. Biraz keşəndən sonra polis əməkdaşları mənə yaxınlaşdılar iştimai əsayişi pozmamağı bildirdilər. Lakin mən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadım, hazırda törətdiyim əməldən peşimanam. Sədrlik edən inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl Rayon Polis Şöbəsinin İTB-in polis sahə rəyisi polis baş leynenantı X1 əmakdaşlarının qanunu tələbinə Şəxs tabe olmayıb.Polis əməkdaşları Şəxs nizam-intizama dəvət etmələrinə baxmayaraq o polis əməkdaşlarının qaununi tələblərinə qəsdən tabe olmayıb. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etdik. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edirəç. Sədrlik edən məhkəmə iclasına şahid dəvət edir. Göygöl rayonu X10 rayon Polis Şöbəsinin İTB-nin sahə rəyisi polis baş leytenantı X7: xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən Vüsal şadlıq sarayının qarşısında içtimai qaydanı pozulması ilə bağlı məlumat daxil olmuş və həmin yerə yaxınkaşarkən sonradan adı mənə məlum olmuş Şəxs yüksək səslə sərxoş vəziyətdə içtimai əsayişi pozduğunu mən onu nizam intizamlı olmağını bildirdim Şəxs mənim ilə mübahisə etməyə başladı. Mən nizam-intizama dəvət etməyimə baxmayaraq bizim qanuni tələbimizə qəsdən tabe olmadı və bizə kobud davranaraq mübahisə etdi. Sədrlik edən işdə olan Göygöl rayon Polis şöbəsinin protokolunu və digər hüquqi sənədləri elan edir. (İXM-113.2.7) Elan olunmuş hüquqi sənədlərə dair xəta törədən şəxsin etirazı olmadı. Sədrlik edən müşavirə otağına gedir qayıdaraq məhkəmə qərarını elan edir, qərarın məzmunu, ondan apellyasiya şikayəti vermək müddət və qaydasını habelə məhkəmə iclas protokolu ilə tanış olmaq hüquqlarını izah edir. Sədrlik edən məhkəmə iclasını saat 15:00-da bağlı elan edir. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-234/2023 08 may 2023-cü il Göygöl rayon Polis Şöbəsinə Göygöl şəhəri A.Hacıyev küçəsi 93 Şəxs Göygöl rayonu Yeni Qızılca kəndinə Şəxs barəsində olan Göygöl rayon məhkəməsinin 3(066)-234/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «01» vərəqə. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-234/2023 19 may 2023-cü il Göygöl rayon İcra İdarəsinə Göygöl rayonu Üçtəpə kəndində yaşayan Şəxs barəsində olan Göygöl rayon məhkəməsinin 3(066)-234/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «01» vərəqə. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar