Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-235/2025 24.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi ilə, X3 iclas katibliyi, şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 23772966 nömrəli və xx.xx.2025-ci il tarixli EQ 25321137 nömrəli inzibati tənbehvermə haqqında qərarlardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Rayon Məhkəməsinə şikayət ilə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 23772966 nömrəli və xx.xx.2025-ci il tarixli EQ 25921137 nömrəli inzibati tənbehvermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, VAZ 21063 minik markalı 10FM274 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında o idarə edir. xx.xx.2024-cü il tarixdə Mərdəkan yolu Aviasiya Akademiyası yaxınlığında, həmçinin xx.xx.2025-ci i tarixdə Qusar- Şahdağ yolunun 3.km Şahdağ istiqamətində quraşdırılan kamera surət həddinin aşması ilə əlaqədar İXM-nin müvafiq maddəsi ilə cərimə olunmuşdur. Həmin istiqamətlərdə heç vaxt olmamışdır. Elektron protokollara baxılan zaman həmin vaxt hərəkətdə olan 10FM274 dövlət qeydiiyat nişanlı avtomobil görünür. Bu hal diskdə də aydın görünür. Göygöl Rayon Məhkəməsinin 3(066)128/2025 nömrəli qərarı ilə sürücülük vəsiqəsi 6 ay məhdudlaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən şikayət verən X5 izahat verərək bildirmişdir ki, yanvar ayında sms gəlsə də nə olduğunu anlamamış, hazırda onun nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılmışdır. Məhkəmə araşdırması zamanı tədqiq edilən xx.xx.2025-ci il tarixli inzibati təhben vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə “VAZ 21063” minik markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozduğuna görə barəsində xx.xx.2025-ci il tarixli, EQ 25321137 nömrəli qərarla Azərbaycan Respublikasının İXM-in 328.2-ci maddəsinə əsasən 50 manat miqdarında cərimə olunmuşdur. Qərar xx.xx.2025-ci il tarixdə inzibati tənbeh tədbiri tətbiq edilən şəxsin kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, mübahisələndirilən xx.xx.2024-cü il tarixli EQ 23772966 nömrəli və xx.xx.2025-ci il tarixli EQ 25321137 nömrəli inzibati tənbehvermə haqqında qərarların hər ikisi qanuni qüvvəsini almışdır. Eyni zamanda Göygöl Rayon Məhkəməsinin 3(066)128/2025 nömrəli qərarı ilə xx.xx.2024-cü il tarixli EQ 23772966 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar ilə müəyyən edilmiş inzibati cərimə 3 ay ərzində ödənilmədiyindən İXM 529.3-cü maddəsi ilə inzibati xətaya dair inzibati tənbeh tətbiq edilərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay məhdudlaşdırılmışdır. Göygöl Rayon Məhkəməsinin 3(066)-212/2025 nömrəli qərarı ilə xx.xx.2025-ci il tarixli EQ 25321137 nömrəli inzibati tənbehvermə haqqında qərar ilə təyin edilmiş inzibati cərimə 3 ay müddətinə ödənilmədiyindən İXM-nin 529.3-cü maddəsinə əsasən inzibati xəta üzrə tənbeh edilərək nəqliyyat vasitəsini idarəetmək hüququ 6 ay məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar qeyd edir ki, mübahisələndirilən xx.xx.2024cü il tarixli EQ 23772966 nömrəli və xx.xx.2025-ci il tarixli EQ 25321137 nömrəli qərarlar qanuni qüvvəsini almışdır. X1 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 23772966 nömrəli və xx.xx.2025ci il tarixli EQ 25321137 nömrəli inzibati tənbehvermə haqqında qərarlardan X5 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 23772966 nömrəli və xx.xx.2025-ci il tarixli EQ 25321137 nömrəli inzibati tənbehvermə haqqında qərarlardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-235/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-235/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver