Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-236/2024 28.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Göygöl rayonu Yeni Qızılca kəndundə qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 327.1, 332.1 və 334.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 334.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs ğlu xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində idarət etdiyi «Qaz 31029 Minik» markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxış iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilmədi və göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində idarət etdiyi «Qaz 31029 Minik» markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməmişdir. İnzibati materiala əlavə edilmiş videogörüntülərdən mçəlum olur ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 21:00 radələrində idarət etdiyi «Qaz 31029 Minik» markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. İnzibati materiala əlavə edilmiş Test rejimli alkokolun miqdarın müəyyən edilməsi barədə olan məlum olur ki, xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Şəxs alkokolun miqdarı 4,177 promil olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 334.1-ci maddəsinin tərkibi vardır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1, 332.1 və 334.1-ci maddələrinə əsasən inzibati protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görəqırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görəbeş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsində göstərilir ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 334.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, daha ağır inzibati tənbeh nəzərdə tutulan Azərbaycan Respublikası İXMnin 334.1-ci maddəsinə əsasən beş gün inzibati həbs edilməli, inzibati tənbehin məqsədlərinə çatmaq baxımından onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106-119, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 334.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinə əsasən 05 (beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 28 iyun 2024-cü il tarixdə, saat 12:20-dən hesablansın. Qərarın icrası Göygöl rayon Polis Şöbəsinə həvalə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №3(066)-236/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-236/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver