Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-240/2025 17.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X4 iclas katibliyi, Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Nümayəndə, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Göygöl rayonu, Quşqara kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “PERLİT MMC-də inşaat fəhləsi işləyən, Kəlbəcər rayonu, Daşbulaq Ərazi Dairəsi, Daşbulaq kəndində qeydiyyatda olan, Göygöl rayonu, Bəhrambəy kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Göygöl Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi, polis mayoru Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Göygöl Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Nümayəndə izahatında göstərdi ki, Göygöl Rayon Polis X1 tərəfindən daxil olmuş 102 məlumatına əsasən müvafiq araşdırma aparılmış, araşdırma nəticəsində təhqiqatçı, polis baş leytenantı İsmət Məmmədov tərəfindən qəbul edilmiş qərarda Şəxs X2 döyərək ona xəsarət yetirdiyi, bununla da inzibati xətanı törətmiş şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığı qeyd edilmişdir. Bundan sonra inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərar onun icraatına daxil olmuş, bununla bağlı inzibati xətanı törətmiş şəxs barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə təqdim edilmişdir. Əlavə olaraq bildirdi ki, yaşanmış hadisə ilə bağlı tərəflərə barışıq təklif olunsa da zərərçəkmiş şəxs X3 barışmayacağını bildirmişdir. Hadisə gecə saatlarında olduğundan bununla bağlı tərələrdən kənar şahid olmamışdır. Həmçinin hadisə ilə bağlı Şəxs bacısı, Orxan Məmmədovun anası X8 tərəfindən uşağın təlimtərbiyəsi vəzifələri üzrlü səbəblər olmadan lazımınca yerinə yetirilmədiyinə görə AR İXMnin 189.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta ilə bağlı protokol tərtib edilmişdir. Həmçinin Şəxs bacısı oğlu azyaşlı Orxan Məmmədovun əməlində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibi yarandığından barəsində inzibati xəta ilə bağlı protokol tərtib olunaraq baxılması üçün “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”ya göndərilmiş, azyaşlının nümayəndəsi qismində Orxan Məmmədovun anası X8 işə cəlb olunmuşdur. Bundan əlavə mübahisə yaşanmış ailələr arasında bugünədək oxşar hadisə baş verməmiş, bununla bağlı polis orqanına müraciət edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən inzibati xəta ilə bağlı protokolun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, zərərçəkmiş şəxs Roza Məmmədovaya heç bir zərər yetirməmişdir, sadəcə azyaşlı bacısı oğlu Roza Məmmədovanın evinin aynasını sındırmışdır. Roza Məmmədova oğurluqla bağlı bacısı oğlundan şübhələndiyini ona bildirən zaman aralarında mübahisə yaransa da, o, Roza Məmmədovaya əl qaldırmamışdır. Əlavə olaraq bildirdi ki, Məmmədova Roza ilə onların arasında ədavət olmuş, belə ki, onun xalası qızı ilə Məmmədova Rozanın oğlu ailə qurmuşlar, həmin şəxslərin arasında yaranmış münaqişəyə görə Məmmədova Roza onlarla ədavət saxlamışdır. Odur ki, Məmmədova Rozanın evinin aynasının qırılması ilə bağlı peşmançılıq hiss etdiyini, evin aynasını təmir edə biləcəyini bildirərək zərərçəkmiş şəxslə barışığa gəlmək istədiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs bacısı oğlu Orxan axşam vaxtı onun evinə icazəsiz girən zaman əlindəki dəmirlə həmin uşağı vurmaq istəmiş, lakin əlindəki dəmir daşa ilişmiş və uşaq oradan qaçmışdır. Daha sonra o, qonşuluqda yaşayan həmin uşağın qaldığı evə getmiş, uşağın anasını çağırmışdır. Orada uşağın onun evinə girməsi ilə bağlı şikayətini bildirmiş, aralarında mübahisələri olmuş, lakin uşağı vurmadığını uşağın anasına bildirmişdir. Daha sonra uşağın bacısı məsələni qardaşı Şəxs bildirəcəyini söyləyərək Nazimi gözləməsini ondan istəmişdir. Şəxs gələn zaman məsələni öyrəndikdən sonra bacısı oğlunu müdafiə edərək onunla mübahisə etmiş, mübahisə davam edən zaman Şəxs əlindəki limanat şüşəsi ilə onun əlinə vurmuş, nəticədə onun barmaqları göynəmiş, Nazim daha sonra həmin şüşə ilə onun boynunun kökündən vurmuşdur. Bundan sonra o, qalxaraq əlindəki dəmirlə evinə girən uşağın yanından vurmuş, həmin uşaq da qarşılığında onu təpiklə vurmuşdur. Mübahisə gərginləşən zaman uşağın anası gələrək uşağı götürüb aparmışdır. Bundan sonra o, 102 xidmətinə zəng etmiş və 102 xidmətinin əməkdaşları gəlib onu ağır vəziyyətdə aparmışlar. Yaşanmış hadisə ilə bağlı ona dərman verilmiş, 2 ədəd sistem köçürülmüşdür. Mübahisə gecə saat 1-2 radələrində baş vermiş, qohum-qonşuların hadisədən xəbəri olmamışdır. Əlavə olaraq bildirdi ki, həmin ailə ilə bu vaxta kimi münasibətləri normal olmuş, qonşu kimi yaşamışlar. Göstərilənləri nəzərə alaraq inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İnzibati materiala əlavə edilmiş, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkibi əlaməti olduğundan onun inzibati məsuliyyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-yə göndərilməsi, X6 əməlində AR İXM-nin 232-1-ci maddəsinin tərkib əlaməti olduğundan onun inzibati məsuliyyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-yə göndərilməsi, X5 əməlində AR İXM-nin 189.1-ci maddəsinin tərkib əlaməti olduğundan onun inzibati məsuliyyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Habelə, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, MTE və PA birliyinin Göygöl rayon şöbəsindən daxil olmuş 14 may 2025-ci il tarixli, 226 saylı məhkəmə-tibbi ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-boyun, sağ qalça və sağ əlin nahiyyələrinin qançırları-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 10 may 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. 30 may 2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın aparılması haqqında” qərardaddan görünür ki, xx.xx.2025-ci il tarixdə Göygöl rayonu Bəhrəmbəy kəndində yaşayan X3 ilə Şəxs arasında baş vermiş mübahisə zamanı Şəxs yumruqla Roza Məmmədovanın bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi faktı ilə bağlı barəsində AR İXM-nin 99 və 102-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında iş üzrə icraat açılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə sübutlarla tam sübuta yetir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs MN ******* nömrəli inzibati protokol üzrə inzibati xətanı törətməsi öz təsdiqini tapır, qeyd edilən protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəyə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəyə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəyə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və onun şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-240/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-240/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver