Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-241/2023 26.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X4 iclas katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Göygöl rayon polis şöbəsinin X13 bölməsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X5 məhkəməyə şikayət verərək Göygöl rayon polis şöbəsinin X13 bölməsinin polis mayoru X6 onun barəsində olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 01 may 2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “BMW 328” minik markalı, **-VK-*** d.q.n.n-lı avtomobil ilə Göygöl şəhəri, A.Kazımov küçəsi ilə hərəkətdə olan zaman Göygöl RPŞ-nin DYPB-nin polis baş serjantı X7 tərəfindən idarə etdiyi avtomobil saxlanılmış və ona idarə etdiyi avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirmişlər. O isə yol polisinə heç bir etiraz etmədən onların göstərişini yerinə yetirmişdir. Avtomobilin cərimə meydançasına yerləşdirilməsi təmin edildikdən sonra onun razılığı olmadan barəsində əsassız olaraq İXM-nin 327.1 və 333.1ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol onun iştirakı olmadan tərtib olunmuş, o, protokolla razı olmamış, protokolu imzalamamış, həkim müayinəsindən keçməyi tələb etsə də tələbi nəzərə alınmamışdır. YPX inspektoru alkotester vasitəsi ilə içkili olmasını müəyyən edərək sərxoş vəziyyətdə avtomaşını idarə etməsini bildirsələr də onların göstərdiyi nəticə ilə razı olmamış və iradını bildirərək protokolu imzalamışdır. Hesab edir ki, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında Göygöl RPŞ-nin DYPB-nin rəisinin TP ******* saylı qərarı qanunsuz və əsassız olduğu üçün onun ləğv edilməlidir. Məhkəmə iclasında şikayətçi X5 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş orqana qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq, Göygöl RPŞ-nin DYPB nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayətçini dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Göygöl RPŞ-nin DYPB-nin YPX inspektoru X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 22:49-da Göygöl şəhəri, R.Cəfərov küçəsi, ev 3-də qeydiyyatda olan X5 “BMW 328 minik” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli alkotester müayinə qəbzinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 22:25-də müayinə zamanı X2 alkoqolun miqdarı 0.767 promill olması müəyyən edilmişdir. Göygöl RPŞ-nin DYPB-nin polis mayoru X8 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş TP ******* saylı “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərar”ın surətindən görünür ki, X5 İXM-in 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 22:49-da Göygöl şəhəri, A.Kazımov küçəsində “BMW 328 minik” markalı, **-VK-*** d.q.n.n-lı nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə və alkoqoldan sitifadə etməklə sərxoş vəziyyətdə idarə etdiyinə görə X5 İXM-nin 327.1 və 333.1-ci maddələri ilə 400 manat məbləğində cərimə edilmişdir. Daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X5 məhkəməyə şikayət verərək, xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında Göygöl RPŞ-nin DYPB-nin polis mayoru X8 tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmidşir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İşdən müəyyən edilir ki, Göygöl RPŞ-nin DYPB-nin polis mayoru X6 xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarına əsasən X5 xx.xx.2023-cü il tarixdə, saat 22:49-da Göygöl şəhəri, A.Kazımov küçəsində “BMW 328 minik” markalı, **-VK-*** d.q.n.n-lı nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə və alkoqoldan sitifadə etməklə sərxoş vəziyyətdə idarə etməklə İXM-nin 333.1-ci maddəsi ilə 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şikayətin məzmunundan və şikayətçinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, X5 hadisə baş verən günü avtomobilin cərimə meydançasına yerləşdirilməsinə heç bir etiraz etməmiş, yol polisinin göstərişinə könüllü şəkildə əməl etmişdir. Göründüyü kimi şikayətçi özü qayda pozuntusu etdiyini etiraf etmişdir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək və qiymətləndirib hesab edir ki şikayət təmin edilməməlidir. İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-nin 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-241/2023 26 may 2023-cü il Göygöl RPŞ-nin DYPB-yə ünvan: Göygöl şəhəri, A.Kazımov küçəsi, 93 X3 ünvan: ünvan 3 il tarixli, 3(066)-241/2023 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” vərəqə. Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(066)-241/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-241/2023
26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver