Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-241/2024 17.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi, barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 iştirakı ilə Barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 Gəncə şəhər X9 Şöbəsinin inspektoru polis mayoru X2 tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli, TP 657004 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X9 Şöbəsinin inspektoru polis mayoru X2 tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli, TP 657004 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Gəncə şəhər sakini X3 08 iyun 2024-cü il tarixdə saat 23:10-da Göygöl şəhəri Aşıq Ələsgər küçəsində əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə qaydalarını pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X3 məhkəmə iclasında göstərdi ki, o, 08 iyun 2024-cü il tarixdə saat 23:10-da özünə məxsus olan “MERSEDES BENS 180” markalı **-EB-*** dövlət qeydiyyatlı avtomobillə Göygöl şəhəri Aşıq Ələsgər küçəsi ilə hərəkət edərkən Göygöl rayon X4 X6 Yol patrul xidməti inspektoru Vüsal Qurbanov onun avtomobilini saxladıb, ötmə qaydalarını pozması səbəbi ilə onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan sonra Göygöl rayon X4 X5 inzibati tənbeh vermə haqqında qərar tələb etmiş olsa da ona qərarın Gəncə şəhər X9 Şöbəsindən və ya Şəmkir X9 postundan almalı olmasını bildirmişlər. Nəhayət o Gəncə şəhər X9 Şöbəsindən Gəncə şəhər X9 Şöbəsinin inspektoru polis mayoru X2 tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli, TP 657004 saylı inzibati tənbeh vermə haqqında qərarı əldə etmişdir. Heüsab edir ki, həmin qərar qanunsuzdur. Belə ki, o, 08 iyun 2024-cü il tarixdə saat 23:10-da özünəməxsus olan “MERSEDES BENS 180” markalı **-EB-*** dövlət qeydiyyatlı avtomobillə Göygöl şəhəri Aşıq Ələsgər küçəsi ilə hərəkət edərkən ötmə qaydalarını pozmamışdır. Həmçinin Göygöl rayon X4 X6 Yol patrul xidməti inspektoru Vüsal Qurbanov tərəfindən qəbul edilmiş 08 iyun 2024-cü il tarixli İXP ******* nömrəli protokola üzrə Gəncə şəhər X9 Şöbəsinin inspektoru polis mayoru X2 tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli, TP 657004 saylı inzibati tənbeh vermə haqqında qərar da qanunsuzdur. Ona görə də qeyd edilən qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Gəncə şəhər X9 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin surətindən məlum olur ki, X3 08 iyun 1981-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Göygöl rayon X4 X6 Yol patrul xidməti inspektoru Vüsal Qurbanov tərəfindən qəbul edilmiş 08 iyun 2024-cü il tarixli İXP ******* nömrəli protokoldan məlum olur ki, X3 08 iyun 2024-cü il tarixdə saat 23:10-da özünə məxsus olan “MERSEDES BENS 180” markalı **-EB-*** dövlət qeydiyyatlı avtomobillə Göygöl şəhəri Aşıq Ələsgər küçəsi ilə hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə qaydalarını pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXMnin) 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər X9 Şöbəsinin inspektoru polis mayoru X2 tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli, TP 657004 saylı inzibati tənbeh vermə haqqında qərarından məlum olur ki, X3 08 iyun 2024-cü il tarixdə saat 23:10-da Göygöl şəhəri Aşıq Ələsgər küçəsində əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə qaydalarını pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXMnin) 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı və buna görə də o, 80 (səksən) manat məbləğində cəriməni ödəməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, X3 barəsində Göygöl rayon X4 X6 Yol patrul xidməti inspektoru tərəfindən 08 iyun 2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir ki, ona görə ki, o, avtomobillə Göygöl şəhəri Aşıq Ələsgər küçəsi ilə hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə qaydalarını pozmuşdur. Buna görə də o, Gəncə şəhər X9 Şöbəsinin inspektoru polis mayoru X2 tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli, TP 657004 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməlidir. Belə ki, Gəncə şəhər X9 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hər hansı bir subutu (videogörüntüləri) məhkəməyə təqdim etməmişdir. Məhkəmədə həmçinin aydın oldu ki, qeyd edilən inzibati xəta haqqında protokol və qərar qəbul edilərkən X1 hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı : Barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 Gəncə şəhər X9 Şöbəsinin inspektoru polis mayoru X2 tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli, TP 657004 saylı inzibati tənbeh vermə haqqında qərarından qərarından verdiyi şikayət təmin edilsin. Gəncə şəhər X9 Şöbəsinin inspektoru polis mayoru X2 tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli, TP 657004 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işin icraatına xitam verilsin. X3 inzibati məsuliyyətdən azad edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim:Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №3(066)-241/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-241/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver