Məhkəmə qərarları › İş №3(066)-244/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-244/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-244/2023 30.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X3 iclas katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Göygöl rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göygöl rayon polis şöbəsinin xidmət işləri üzrə rəis müavini X2 MN № ******* saylı, xx.xx.2022-ci tarixli qərarı ilə X5 İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X5 məhkəməyə şikayət verərək Göygöl rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göygöl rayon polis şöbəsinin xidmət işləri üzrə rəis müavini X2 MN № ******* saylı, xx.xx.2022-ci tarixli qərarı qanuna ziddir. Belə ki, barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli protokol tamamilə əsassız və qanunsuz tərtib olunmuşdur. O, keçmiş gəlini Aytac Hüseynovanı döyməmiş və ona xəsarət yetirməmişdir. Yaşlı olmasından və hüquqi savadının az olmasından istifadə edib qarşı tərəflə barışmaq adı ilə ona müxtəlif sənədlərə imza etdirmişlər. Barəsində qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmiş, birtərəfli araşdırırlma aparılmış, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Həmin qərarla onun qanunla qorunan hüquqları kobud qaydada pozulmuşdur. Hesab edir ki, Göygöl rayon polis şöbəsinin xidmət işləri üzrə rəis müavini X2 onun barəsində qəbul etdiyi xx.xx.2022-ci tarixli qərar qanunsuz, əsassız olduğu üçün ləğv edilməli və o, 300 manat inzibati cəriməni ödəməkdən azad edilməlidir. Ona görə də Göygöl RPŞ-nin xidmət işləri üzrə rəis müavini X2 MN № ******* saylı, xx.xx.2022-ci tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X5 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş orqana qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq, Göygöl RPŞ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsin 59 saylı rəyinin surətindən görünür ki, ekspert məhkəmə-tibbi ekspertizası zamanı X6 bədəni üzərində aşkar edilmiş xəsarətlərin – sol bazunun, sağ və sol diz oynağının, sağ ayaq pəncəsinin qançırlarımım bərk küt əşyanın (əşyaların) təsirindən törənməsi, törənmə müddətinin xx.xx.2022-ci il tarixə uyğun olması və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələrinin təyin edilməməsi, Aytac Hüseynovanın bədəni üzərində aşkar edilmiş xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsinin mümkün olması nəticəsinə gəlmişdir. Göygöl rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X11 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Göygöl rayonu, Üçtəpə kəndində yaşayan X7 ilə gəlini X6 arasında şəxsi münasibətlər zəminində münaqişə baş vermiş və münaqişə zamanı Mahnizər Məmmədova gəlini Aytac Hüseynovanı döyməklə sol bazunun, sağ və sol diz oynağının, sağ ayaq pəncəsinin qançırları xəsarətləri ilə müşayiət edilən dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, eləcə də münaqişə zamanı Aytac Hüseynova qayınanası Mahnizər Məmmədovanı döyüb ona fiziki ağrı yetirməklə onların hər ikisi AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişlər. Hadisə ilə əlaqədar aparılmış araşdırma zamanı tərəflərin əməlində cinаyət tərkibi оlmаdığından İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş tənbeh tədbirinin seçilməsi üçün qəbul edilmiş qərarın surəti Göygöl RPŞ-nin İTB-yə göndərilmişdir. Göygöl RPŞ-nin xidmət işləri üzrə rəis müavini X8 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 300 manat inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X5 xx.xx.2022-ci il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində birgə yaşadıqları evdə gəlini X12 ilə aralarında yaranmış münaqişə zamanı gəlini Aytac Hüseynovaya sol bazunun, sağ və sol diz oynağının, sağ ayaq pəncəsinin qançırları xəsarətləri ilə müşayiət edilən dərəcəsi təyin edilməyən xəsarət yetirərək onu döyməklə İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla bağlı onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən 300 manat məbləğində inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. Daha sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 məhkəməyə şikayət verərək, xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında Göygöl RPŞ-nin xidmət işləri üzrə rəis müavini tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İşdən müəyyən edilir ki, Göygöl RPŞ-nin xidmət işləri üzrə rəsi müavini X8 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş MN ******* saylı qərara əsasən X5 xx.xx.2022-ci il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində birgə yaşadıqları evdə gəlini X12 ilə aralarında yaranmış münaqişə zamanı gəlini Aytac Hüseynovaya sol bazunun, sağ və sol diz oynağının, sağ ayaq pəncəsinin qançırları xəsarətləri ilə müşayiət edilən dərəcəsi təyin edilməyən xəsarət yetirərək onu döyməklə İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şikayətin məzmunundan və şikayətçinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində birgə yaşadıqları evdə gəlini X9 döymədiyini bildirsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsin 59 saylı rəyində X6 bədəni üzərində aşkar edilmiş xəsarətlərin xx.xx.2022-ci il tarixə uyğun olması və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələrinin təyin edilməməsi, Aytac Hüseynovanın bədəni üzərində aşkar edilmiş xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsinin mümkün olması müəyyən edilmişdir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək və qiymətləndirib hesab edir ki, şikayət təmin edilməməlidir. İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-nin 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Əyyub Kərimov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _____________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-244/2023 30 may 2023-cü il Göygöl rayon polis şöbəsinə ünvan: Göygöl şəhəri, A.Hacıyev küçəsi, 93 X4 ünvan: Göygöl rayonu, Üçtəpə kəndi Göygöl Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 3(066)-244/2023 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar