Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-244/2025 10.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, Zərərçəkmiş şəxs1 və barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göygöl Rayonu Qızılca kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixdə saat 17 radələrində sürücü Şəxs idarə etdiyi Vaz 21074 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhər Hava Limanı ərazisindən Gəncə-Şəmkir yoluna çıxarkən Azərbaycan Respublikası yol hərəkəti haqqında qanunun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla Gəncə-Şəmkir yolunda üzü Şəmkir istiqamətində əsas yolda hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi Opel Astra markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Sürücü Şəxs öz ehtiyatsızlığından yol hərəkəti qaydalarının tələblərini pozması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. Yol-nəqliyyat hadisəsi “Vaz-21074” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs ara məsafəsi saxlamadan manevr etmə qaydalarını pozması səbəbi ilə baş vermişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.8-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, nəqliyyat vasitəsi ilə yolda hərəkətdə olan zaman digər nəqliyyat vasitəsini ötməyə çalışmış, lakin həmin nəqliyyat vasitəsi sürətlə hərəkət etdiyi üçün yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəmə iclasında izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun tanışıdır, onunla barışıq əldə etmişlər, həmin şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə telefon vasitəsilə əlaqə saxlanmış, iş materiallarına əlavə edilmiş teleqramdan da göründüyü kimi şəxs üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, həmçinin, iş üzrə zərərçəkmiş şəxs kimi heç bir narazılığının olmadığını, Şəxs qarşı tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan: Şəxs tərəfindən verilmiş izahatdan görünür ki, o, Göygöl rayonu Qızılca kəndində yaşayır, evlidir, 2 övladı var, rəsmi olaraq heç bir yerdə işləmir. Onun özünə məxsus Vaz 2107 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Onun həmin avtomobili idarə etmək üçün AE 121340 nömrəli sürücülük vəsiqəsi vardır. xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində idarə etdiyi Vaz 2107 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhər hava limanından qonşusu Zərərçəkmiş şəxs1 ilə yük götürüb yaşadığı kəndə qayıdarkən Gəncə-Şəmkir yolunun Quşqara kəndi ərazisindən keçən hissəsində əsas yola çıxaraq digər hərəkət zolağına çıxmaqla kuruqa qayıtmaq istəmişdir. Bu zaman Gəncə şəhərindən Şəmkir rayonu istiqamətində hərəkətdə olan Opel Astra markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmayaraq gəlib onun idarə etdiyi avtomobilin arxasından dəymişdir. Həmin vaxt idarə etdiyi avtomobil zərbənin təsirindən kuruqun səkisənə dəyib fırlanıb dayanmışdır. Hadisə zamanı o və avtomobilində sərnişin olan qonşusu Zərərçəkmiş şəxs1 xəsarət almışdır. Əlavə olaraq bildirmişdir ki, o, yol nəqliyyat hadisəsini törədən zaman sərxoş olmamışdır. Hadisə baş verən zaman onun həmin vaxt yanında qonşusu Zərərçəkmiş şəxs1 olmuşdur. Həmin hadisədə arvad xəsarət almışdır. O, yol nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Onun hadisədən əvvəl surəti təxminən 20-30 km/saat olmuşdur, o, həmin avtomobili uzaq məsafədən görmüş və həmin vaxt yolu keçəcəyini zənn etmişdir, ancaq surətlə gəldiyi üçün onun avtomobilinin arxası ilə toqquşmuşdur. O, avtomobilin ona artıq çatdığını görüb qaza basıb yolu cəld keçməyə çalışmışdır, lakin digər avtombil sürətli gəldiyi üçün yolu keçə bilməmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, Samux rayonu, İstixana qəsəbəsində yaşayır, subaydır, fərdi əməklə məşğuldur. Onun özünə məxsus Opel Astra markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Onun həmin avtomobili idarə etmək üçün BD 121447 nömrəli sürücülük vəsiqəsi vardır. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində idarə etdiyi Opel Astra markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərindən Şəmkir rayonuna gedən zaman Göygöl rayonu Quşqara kəndi ərazisində Şəmkir rayonu istiqamətində hərəkətdə olarkən Aeroport yolu deyilən ərazidən hərəkət istiqamətinə Vaz 2107 markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobil çıxmışdır. O, həmin vaxt tormoz versə də avtomobili sürüşərək dayanmamışdır. Avtomobilinin qabaq hissəsi həmin avtomobilin arxası ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. O, yol nəqliyyat hadisəsini törədən zaman sərxoş olmamışdır. Onun həmin vaxt yanında heç kəs olmamışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Gəncə-Şəmkir yolunun Göygöl rayonu Quşqara kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Hadisə baş vermiş yer yaşayış sahəsinə aiddir. Baxış zamanı mebel mağazasının təhlükəsizlik kamerasına baxılmış və müəyyən olunmuşdur ki, VAZ 2107 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhər Hava Limanı yolundan Gəncə-Şəmkir yoluna çıxarkən Azərbaycan Republikası “Yol hərəkəti haqqında” qanunun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla həmin yolda üzü Şəmkir istiqamətində əsas yolda hərəkətdə olan Opel Astra markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun hərəkət hissəsinin eni 15 metrdir, Opel Astra markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 30 metr tormoz izi vardır. Baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək heç bir iz, əşya aşkar edilib götürülməmişdir. Baxış sutkanın gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş, “Samsung” markalı rəqəmsal fotoaparatla şəkillər çəkilmiş, hadisə yerinin sxemi tərtib edilmişdir. Hadisənin qeydə alındığı kamera görüntüsü götürülərək disk formasında protokola əlavə olunmuşdur. “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 xx.xx.2025-ci il tarixli, 258 nömrəli rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin əzilməsi - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 xx.xx.2025-ci il tarixli, 267 nömrəli rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol diz oynağı nahiyyələrinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi), sağ diz oynağı nahiyyəsinin sıyrığı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 iyun 2025-ci il tarixli qərara əsasən sürücü Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs Azərbaycan Respublikası İXM-in 327.2 və 327.8 maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Göygöl RPŞ-nin DYPB-nə göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Zərərçəkmiş şəxs2 barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilməsi qərara alınmışdır. AE121340 nömrəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək B, C kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, Şəxs törətdiyi əməli səmimi etiraf edib peşman olmasını, zərəçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Eyni zamanda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən, İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə münasibətdə baxılması üçün Göygöl Rayon Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43,115,128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə münasibətdə baxılması üçün Göygöl Rayon Polis Şöbəsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-244/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-244/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver