Məhkəmə qərarları › İş №3(066)-246/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-246/2023

17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-246/2023 17.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin nümayəndəsi X5 və barəsində imzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 iştirakları ilə, xx.xx.2001-ci ildə, Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, “Avtoyuma 157” adlı obyektin sahibi, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 8-dön., ev 3-də qeydiyyatda olan və yaşayan X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə olan X15 materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X16 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı X15 protokoldan görünür ki, X12 xx.xx.2023-cü il tarixdə saat 11:25-də Göygöl rayonu, Üçtəpə kəndində yerləşən “Avtoyuma 157” adlı obyektdə müvafiq icazə olmadan açıq məkanda reklam yayımlamışdır. X1 Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir Məhkəmə iclasının dindirilən X12 X15 protokola etiraz etdiyini, həmin obyektin bir aydan artıqdırki işləmədiyini, reklamın sökülməsini, əvvəllər reklamla bağlı ödənişlər etməsini bildirərək barəsində tərtib edilmiş protokul icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin nümayəndəsi X9 izahatında göstərdi ki, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən “Avtoyuma 157” obyektinin sahibkarı X12 açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə olmadan reklam yayımladığına görə xx.xx.2023-cü il tarixli, 11-3-3/2-407/2023 saylı yazılı göstəriş göndərilməsinə baxmayaraq yazılı göstərişə əməl etməmiş və xx.xx.2023-cü il tarixdə saat 11:25-də keçirilən yoxlamada açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə olmadan reklam yayımlamağa davam etdiyinə görə barəsində xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli X15 protokol tərtib olunmuşdur. Odur ki, X7 barəsində olan X15 protokola əsasən inzibati qaydada tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə X15 işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla X7 inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 428.7.3cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə X15 xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli protokolu və ona əvalə edilmiş materiallarını araşdırıb hesab edir ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli protokolla və ona əlavə edilmiş sənədlərlə (xx.xx.2023-cü il tarixli, 11-3-3/2-407/2023 saylı yazılı göstərişlə, xx.xx.2023-cü il tarixli aktla və fotoşəkillə) sübuta yetirilir. İnzibati işin materiallarına əlavə edilmiş: Azərbaycan Respunlikasının Dövlət X14 Regional Reklam İdarəsinin rəisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 11-3-3/2-407/2023 saylı yazılı göstərişdən görünür ki, sahibkar X2 rayonu, Üçtəpə kəndində yerləşən “Avtoyuma 157” adlı obyektdə açıq məkanda yayımladığı reklamla bağlı müvafiq icazə sənədinin alınması üçün hüquqi məsuliyyət barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli X16 İdarəsinin baş müfəttişləri – X6 və X4 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, “Avtoyuma 157” obyektinin sahibkarı X12 xx.xx.2023-cü il tarixli, 11-3- 3/-492/2023 saylı məktubla xx.xx.2023-cü il tarixdə 10:00-da barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən X15 protokolun tərtib olunmasında iştirak etmək üçün X16 İdarəsinə dəvət olunsa da müvafiq protokolun rəsmiləşdirilməsində iştirak etməmişdir. Sahibkar tərəfindən 2.98 kvm ölçüdə reklam yayımlanmışdır. X15 xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli X15 protkoldan görünür ki, X21 xx.xx.2023-cü il tarixdə saat 11:25-də Göygöl rayonu, Üçtəpə kəndində yerləşən “Avtoyuma 157” açıq məkanda reklam yerləşdirmişdir. Bununla da X12 İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş X7 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 17-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati xəta törətmiş X7 şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 109, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü mаddəsi ilə təqsirli bilinib, bаrəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ _ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A _ Elektron poçtu:Elektron ünvan __ İş № 3(066)-246/2023 «17» iyul 2023-cw il X16 İdarəsinə Ünvan: Gəncə şəhəri, Fətulla Həsənov küçəsi, 3 Surəti: X10 Ünvan: Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 8-dön., ev 3 Göygöl Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 3(066)-246/2023 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “02” səhifə. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar