Məhkəmə qərarları › İş №3(066)-247/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-247/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-247/2024 07.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi ilə, X10 məhkəmə iclas katibliyi ilə, şikayət vermiş şəxs X12 nümayəndəsi (vəkili) Nümayəndə2, qərarından şikayət verilmiş şəxsin nümayəndəsi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X3 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X3 vəzifəli şəxsinin, X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1, 444.1, 447.0.2 və 447.0.3-cü maddələri ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X3 vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1, 444.1, 447.0.2 və 447.0.3-cü maddələrin nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X16 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X3 vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış X16 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X3 20 iyun 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1, 444.1, 447.0.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X3 20 iyun 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır. Belə ki, əməlində heç bir inzibati xəta tərkibi olmadığı halda barəsində inzibati xəta haqqınd iş üzrə icraat aparan orqan tərəfindən 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Guya rəhbərlik etdiyi Göygöl rayonu Zurnabad kəndi ərazisində yerləşən “Su Səsi” adlı ictimai iaşə obyektində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X3 keçirilmiş planlı yoxlaması zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması, məhsulların saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması, saxlanma müddəti ötmüş məhsulların satışı və standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi faktları aşkar edilmişdir. Əslində isə inzibati icraat aparan orqanın tənbeh vermə haqqında qərarında göstərdiyi arqumentlər tamamilə əsassız olmuşdur. Bir sahibkar olaraq rəhbərlik etdiyi Göygöl rayonu Zurnabad kəndi ərazisində yerləşən “Su Səsi” adlı ictimai iaşə obyektində əhaliyə xidmət göstərir. Göstərdiyi xidmətlə əlaqədar olaraq indiyədək bir dəfədə olsa müştəri tərəfindən şikayət olmamışdır. Təbiətin qoynunda yerləşən ictimai iaşə obyektində mövsüm vaxtı həm yerli vətəndaşlar, həm də xarici turistlər gəlirlər və onlara daima yüksək keyfiyyətli xidmətlər göstərilmişdir. Lakin, buna baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparan orqan ona qarşı qərəzli mövqe sərgiləmişdir. O heç bir inzibati xəta törətməmiş və inzibati xəta haqqında qərar həm qərəzli həmdə qanunsuz olmuşdur. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X12 nümayəndəsi (vəkili) Nümayəndə2 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, şikayət vermiş şəxs X16 “Su Səsi” adlı yemekxananı işlədir. Özünü ona tərtib edilmiş protokol və qərar üzrə təqsirli bilmir. Belə ki, onun əməlində heç bir inzibati xəta yoxdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X8 yoxlama aparılarkən X12 iştirakı təmin edilməmişdir. Onun iştirakı təmin edilməli, ona hüquq və vəzifələri izah olunmalı və aşkar edilmiş pozuntularla bağlı məlumat verilməli olduğu halda inzibati orqan tərəfindən göstərdiyi xüsusatlara əməl edilməmişdir. Bundan başqa orqanın apardığı yoxlamanın nəticələrinə dair şəxsə göndərilmiş məktubda göstərilmiş nöqsanlar restorana baxış zamanı aşkar edilməmişdir. Qeyd etdiklərindən də göründüyü kimi, bunlar inzibati icraat aparılan orqan tərəfindən qərəzli olaraq edilmişdir. Həmçinin restoranda işçilərin paltarlarını dəyişməsi üçün yer müəyyən edilmiş, həm kişi üçün həmdə qadın üçün və həmin otaqlarda rəflər və paltarları asmaq üçün asıllıqlar mövcud olmuş. Lakin inzibati orqan tərəfindən bunun qanunla müəyyən edilmiş texniki formalara uyğun olmadığı göstərilmişdir. Onlar hesab edirlər ki, qeyd olunan yer şəxsin öz iradəsindən aslı olan bir şeydir və onun büdcəsinə uyğun olaraq düzəldilməlidir və orada məqsəd antisariteriyanın baş verməməsi və xidmət göstərən işçilərin səliqəli formada paltarlarını geyinməsi üçün nəzərdə tutulmuşdur. Əsas odur ki, orada anti sanitariya baş verməsin, xidmət göstərən işçilər səliqəli formada paltarlarını geyinib xidmət göstərsin. İnzibati xəta haqqında icraat aparmış orqana hər hansı müraciət və şikayət edilməmişdir. Belə ki, hər hansı vətandaş narazı qaldıqda şikayət və müraciət etmək hüququ vardır. Lakin bu hallar olmadan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi gəlib yoxlama keçirmişdir. Soyuducuya baxan zaman soyuducunun yararsız olması qənaətinə gəlmişlər, lakin bunun nə ilə müəyyən edilməsi ilə bağlı onun tərəfindən inzibati icraat aparan orqanın nümayəndəsinə tərəfindən sual veriləcəkdir. Həmçinin inzibati icraat aparan orqan tərəfindən kənarda müddəti ötmüş qazlı içkilər aşkar edilmiş və pozuntu kimi qiymətləndirilmişdir. Lakin həmin içkilər stolda olmamış, süfrəyə verilməmiş, bununla bağlı hər hansı vətandaş tərəfindən müraciət və şikayət edilməmiş həmin qazlı içkilər sadəcə bir kənarda olmuşdur. Bundan başqa milli mətbəxə aid olan alça turşusu aşkar edilmiş və onun mənşəyinin məlum olmadığı bildirilərək nöqsan kimi qeyd edilmişdir. Onun hansı ağacdan yığılması? vəya kimin bağında yığılmasımı qeyd edilməlidir?. Həmin məhsulun üzərində adı, istehsal tarixi və alınması ilə bağlı sənədi olmuş və təqdim edilməsinə baxmayaraq inzibati orqan tərəfindən qəbul edilməmişdir. Həmçinin bunu təqdim edən restoranın admistratoru olmuş heç sahibkarın özünün iştirakı təmin edilməmişdir. İnzibati orqanın vəzifələrindən görsənir ki, bəzi pozuntularla bağlı müddət verilməlidir ki, həmin pozuntular aradan qaldırılsın. İnzibati orqan tərəfindən yoxlama təyin edilərək, yoxlama aparılaraq, xəbərdarlıq etmədən aradan 5 gün keçdikdən sonra sahibkarın özünün iştirakı olmadan barəsində protokol tərtib edilmiş, həmçinin onun inzibati iş üzrə icraatda iştirak edilməsi ilə bağlı dəvət edilmədən inizbati orqan tərəfindən 2000 manat cərimə edilmişdir. O hesab edir ki, şəxsin barəsində aparılmış inzibati tənbeh vermə haqqında qərar təmamilə qanunsuz və əsassızdır. Belə ki, qərar əsaslandırılmamış, pozuntuların konkret olaraq nədən ibarət olması və həqiqətən həmin halların məhz pozuntu hesab edilməsi qərarda öz əksini tapmamışdır. Odur ki, məhkəmədən şəxsin barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməklə, şəxsin inzibati məsuliyyətdən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar özlərini inzibati xətaların heç biri üzrə təqsirli bilmirlər. Hesab edir ki, inzibati xəta haqqında icraat aparılan orqan tərəfindən göstərilmiş dəlillər və aparmış olduqları araşdırma təmamilə qanunsuz və əsassız olması ilə yanaşı həqiqəti özündə əks etdirmir. Bu bir növ qərəzçilik mövqeyi daşıyır. İnizbati orqan tərəfə məlumat verməsini bildirsə də tərəfin qeydiyyatda olduğu ünvan Gəncə şəhəri, Akta 6 ünvanıdır və o həmin sənədləri göndərməsini görə bilmir. Şikayəti müdafiə edir və müdafiə etidyi şəxsin barəsində aparılmış olduqları araşdırma təmamilə qanunsuz və əsassız olmuşdur. İnzibati orqan tərəfindən suallar əsasında nəticəyə gəlinməsi göstərilsə də həmin sualların kimə ünvanlanması və həqiqətən də hüquqlarını müdafiə etdiyi şəxsə ünvanlanması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmçinin o hesab edir ki, əgər həqiqətəndə hüquqlarını müdafiə etdiyi şəxs yoxlama zamanı iştirak etmiş olsa idi onun özünü də aşkar edilmiş pozuntuları əli ilə göstərmiş şəkildə çəkərdilər. Lakin göründüyü kimi onlar həmin sübutları məhkəmyə təqdim etdikləri sənədlər vasitəsi ilə təkzib etmişlər. Həmçinin onlar tərəfindən dizinfeksiya işlərinin aparılması barədə yoxlamadan əvvəlki dövürlərdə epidelomogiya idarəsi tərəfindən yoxlama keçirilmiş və bununla bağlı sertifakt da verilmişdir. Soyuducuda olan məhsulların dərəcələrinin ölçülməsi ilə bağlı foto şəkildə olan inizabti orqana məxsus cihazın nə olması və nəyə xidmət etməsi onlara məlum deyil və hesab edirlər ki, həmin cihaza inizbati orqan tərəfindən də müdaxilə edilə bilər. Həmçinin obyektdə olan soyuducular dövlət standartlarına cavab verir və soyuducuda olan məhsulların saxlanma şəraitinə gəldikdə isə təqdim etdiyi foto şəkillərdən də göründüyü kimi məhsullar hər biri ayrı-ayrı olmaqla səliqəli şəkildə bir-birinə toxunmadan üzəri örtülü saxlanılması görülür. Onlar mətbəxlə bağlı inizbati orqan tərəfindən təqdim edilmiş foto şəkilləri təmamilə təkzib edirlər. Əksinə olaraq onlar tərəfindən məhkəməyə təqdim edilmiş, foto şəkillərdən də görünür ki yer metlaq olmaqla, qapıların şüşəsi plastik və xüsusi torlarla örtürülmüşdür. Həmçinin onun tərəfindən məhkəməyə təqdim edilmiş foto şəkillərdən də görünüdüyü kimi restoranda qadın və kişilərin paltarlarını dəyişməsi üçün xüsusi yer ayrılmış və həmin yer müasir standartlara cavab verir, döşəməsi metlaq olmaqla ayrıca dolabları və veşilkaları mövcud olmaqla yüksək kefiyyətdə xidmət göstərir. Odur ki, onun təqdim etdiyi sübutların inizbati orqanın sübutlarını təmamilə təkzib etməsini nəzərə alaraq, şikayətlərinin təmin olunması, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməklə, inzibati məsuliyyətdən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh vermə haqda qərarı qəbul etmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X3 nümayəndəsi Nümayəndə1 protokolu və qərarı müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixli qərarla xx.xx.2024xx.xx.2024-cü il tarixlər arasında yoxlama aparılması qərara alınmışdır. Onların bu haqqda reyestrdən çıxarışları vardır. Onlar yoxlama keçirmədən əvvəl sahibkara bildiriş göndərmişlər, lakin poçtdan onlara ss (izləmə) kodu verilməmişdir. xx.xx.2024-cü il tarixdə Vəliyev Elnur tək “Su Səsi” restoranına getmiş və həmin vaxt Rauf Cəlalzadə orada olmuşdur. Onların yoxlamaya neçə nəfər getməsi ilə bağlı məhdudiyyət yoxdur. Qida obyektinə baxışın keçirilməsinə dair Akt əsasında restorana baxış keçirilmiş, baxış keçirilən zaman Rauf Cəlalzadə özü iştirak etsə də aktı imzalamaqdan imtina etmiş, bununla bağlı akt tərtib edilmişdir. Aktda 18-ci sırada göstərilmiş “işçi heyət dolablar və sanitar-məişət avadanlıqları ilə təhciz edilmiş soyunub geyinmə otaqları ilə təmin edilibmi” tələbinin pozulması Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Qida məhsulları ilə gigiyena tələbləri”nə dair qaydaların 2 nömrəli əlavəsinin 1.10-cu bəndinin tələbini pzomuşdur. Həmin qərar kollegial qərardır və qərarın ahətəsi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiqlənmişdir. Obyektə baxış keçirilən zaman işçilərin soyunub-geyinmə otağında heç bir dolab olmamışdır. Aktda 21-ci sırada göstərilmiş “döşəmə və divar səthləri hamar və təmirli, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin edirmi?” və aktda 23-cü sırada göstərilmiş “Divarlar həyata keçirilən əməliyyat növünə uyğun olaraq münasib hündürlükdə hamar, dezinfeksiyaedici maddələrin təsirinə davamlı səthə malikdirmi?” tələbləri pozulmuşdur. Belə ki, qida obyektinin bütün hissəsində divarlar asan yuyulan və dezinfeksiya olunan materialdan olmalıdır. Lakin döşəmə və divarlar asan yuyulan materiallardan deyil. Qida obyektinin divarları suvaxdır, döşəməsi yarı kafellənmiş yarısı isə betondandır. Aktda 26-cı sırada göstərilmiş “xaricə açılan pəncərələr həşaratların daxilə keçməsinin qarşısını alan və təmizləmə zamanı asanlıqla çıxarılan qoruyucu tor örtüklə təmin olunubmu?” tələbi pozulmuş, belə ki obyektdə pəncərələrdə torlar mövcud olmamışdır. Aktda 28-ci sırada göstərilmiş “qida məhsullarının emalı sahələrində səthlər (avadanlıqların səthləri də daxil olmaqla), xüsusilə də qida ilə təmasda olan səthlər təmirlidirmi, asan təmizlənməni və dezinfeksiya işlərinin aparılmasına imkan verirmi?” tələbi pozulmuş, belə ki mətbəxdə olan soyuducularda rəflər asan təmizləməni və dizinfeksiya işlərinin aparılmasına imkan yaratmır. Həmin rəflər korroziyya davamlı olmalıdır. Lakin həmin rəflər paslanmaqla, qida məhsulları həmin rəflərin üzərində saxlanılmışdır. Aktda 34-cü sırada göstərilmiş “qida məhsulu ilə təmasda olan bütün alətlər, avadanlıqlar və ləvazimatlar təmiz saxlanılırmı və dezinfeksiya edilirmi, çirklənmə hallarının baş verməsinin qarşısını alan materiallardan hazırlanıbmı və yararlı vəziyyətdə saxlanılırmı?” tələbi pozulmuş, belə ki obyekt ümumiyyətlə dezinfeksiya olunmamış və dezinfeksiya aparılmamışdır. Aktda 48-ci sırada göstərilmiş “xammal, inqrediyentlər, yarımfabrikatlar və hazır məhsullar müvafiq temperatur rejiminə uyğun saxlanılırmı?” tələbi pozulmuş belə ki, süd məhsulları temperatur rejiminə uyğun saxlanılmır, “göyçə xaması”- +2; +6 dərəcədə saxlanılmalı olduğu halda +8 dərəcədə, “mayonez” +2; +6 dərəcədə saxlanılmalı olduğu halda +10 dərəcədə saxlanılmışdır. Aktda 53-cü sırada göstərilmiş “saxlama müddəti (yararlılıq müddəti) ötmüş məhsulların istifadəsi və satılması həyata keçirilirmi?” tələbi pozulmuş belə ki, saxlama müddəti bitmiş məhsulların satışı həyata keçirilmiş, “Fanta” nişanlı qazlı içki 5 ədəd 330 ML istifadə tarixi xx.xx.2023, saxlanma istifadə tarixi xx.xx.2023; istifadə tarixi xx.xx.2022, saxlanma istifadə tarixi xx.xx.2022 olmaqla satış sahəsində aşkar edilmişdir. Aktda 55-ci sırada göstərilmiş “məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başa düşülən və oxunaqlı olan tərzdə həyata keçirilirmi?” və 56-cı sırada göstərilmiş “qida məhsullarının etiketində qida məhsulunun adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, kefiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşəyi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar göstərilibmi?” tələbləri pozulmuş belə ki, qida obyektində turşu və zoğal turşusu olmaqla onların etiket məlumatı olmamış bu isə Qida təhlükəsizliyi haqqında qanunun 17-ci maddəsinin tələbini pozmuşdur. Aktda 81-ci sırada göstərilmiş “ərazilərdə qida məhsulları daşınan nəqliyyat vasitələrində dezinfeksiya, dezinseksiya, deratizasiya, fumiqasiya işləri aparılırmı?” tələbi pozulmuş belə ki, obyekt ümumiyyətlə dezinfeksiya olunmamış və dezinfeksiya aparılmamaqla sənədləşdirilmə aparılmamış, həmçinin dezinfeksiya aparan hər hansı orqan və ya şirkətlə müqavilə bağlanmamışdır. Bununla da qida obyekti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1, 444.1, 447.0.2 və 447.0.3-cü maddələrinin tələblərini pozmuş və inizbati xəta törətmişdir. Şikayətçinin nümayəndəsinin məhkəmədə verdiyi ifadəsində göstərdikləri bağlı bildirir ki, “Su Səsi” restoranından xx.xx.2023-cü il tarixində vətandaş tərəfindən şikayət olunmuşdur. Həmçinin qeyd olunan yoxlamanın cəriməsi vətandaş tərəfindən ödənilməmişdir. Əlavə olaraq bildirdi ki, onlar tərəfindən inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, şikayət vermiş şəxsə inizbati tənbeh vermə haqqında qərar qəbul edilmədən əvvəl xx.xx.2024-cü il tarixli bildirişlə məlumat verilmiş və həmin bildiriş xx.xx.2024-cü il tarixdə barəsində inizbati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsə çatdırılmışdır. Həmin bildiriş onlar tərəfindən xx.xx.2024-cü il tarixdə poçt şöbəsinə verilmişdir. Onlar tərəfindən Rauf Cəlalzadəyə 4 məktub ünvanlanmışdır. xx.xx.2024-cü il tarixdə “Su Səsi” restoranında yoxlama aparılan zaman X16 iştirak etmiş və “yoxlamanın aparılması” haqqında qərarla tanış olmuş və qərarın arxasına imza etmişdir. Həmçinin yoxlama aparılmazdan əvvəl X14 ünvanlanmış məktub atası Cəlalzadə Şahin tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Onlara yoxlama aparılan zaman dezifeksiya keçirilməsi ilə bağlı heç bir sənəd təqdim edilməmişdir. Yoxlama üzərindən 4 ay keçmiş və hazırda qarşı tərəfin təqdim etmiş olduğu sənədlər və foto şəkillər əsassızdır. Həmçinin ilkin məhkəmə iclasında şikayət vermiş şəxsin nümayəndəsi Rauf Cəlalzadənin iştirakı olmadan obyektə baxış keçirilməsini bildirsə də onun özü iştirak etmiş və bu barədə qərarı imza etmişdir. Onlar tərəfindən aşkar edilmiş bütün pozuntular üzrə məhkəməyə foto şəkillər təqdim edilmiş və hesab edirlər ki qərar tam qanuni və əsaslıdır. X12 nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görsənir ki, dezinfeksiya, dezinseksiya və detaliseksiya kimi aparılmalı və hər an həmin işlər aktlaşdırılmalı olmaqla, hər ay dezinfeksiya işləri aparılmalıdır. Müqavilə olması onu sübuta yetirmir ki, obyektdə hər ay dezinfeksiya işləri aparılmışdır. Belə ki, may və iyun aylarında obyektdə dezinfeksiya aparılması barədə heç bir sübut təqdim edilməmişdir. Onların heç bir qərəzli mövqeləri yoxdur və X12 nümayəndəsi tərəfindən söylənilənləri təkzib edir və onlar tərəfindən aşkar edilmiş bütün pozuntular üzrə məhkəməyə foto şəkillər təqdim edilmiş və hesab edirlər ki qərar tam qanuni və əsaslıdır. Temperator ölçən cihaz orqan tərəfindən verilmiş və mütamadi olaraq kalibirləşdirilir. Həmçinin bildirişlərin təqdim edilməsi barədə sənədlər məhkəməyə təqdim edilmiş və yoxlama zamanı Rauf Cəlalzadənin özü iştirak etmişdir. O sənədləri imzalamaqdan imtina etmiş və bu barədə aktda tərtib edilmişdir. X17 cinayət törətməmişdir ki, onu aşkar edilmiş nöqsanları göstərməsi ilə birgə şəkilləri çəkilsin. Onların məhkəməyə sonsuz etmadı vardır. Məhkəmədən şikayətin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 rayonu, Zurnabad kəndi “Su Səsi” restoranında işçi heyəti üçün ayrılan soyunub, geyinmə otağı dolablarla təmin edilməyib, soyuducunun rəfləri korroziyaya məruz qalıb, məhsulların saxlanması zamanı tempuratur rejiminə riayət olunmur, saxlanma müddəti ötmüş və mənşəyi məlum olmayan qida məhsulları aşkar edilib. Bununla da İXM-nin 220.1, 444.1, 447.0.2 və 447.0.3-cü maddələri ilə nəzərdə tutulmuş xətanı törətmişdir. X16 2000 manat cərimə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Göygöl rayon, Zurnabad kəndi “Su səsi” restoranı işçi heyəti üçün ayrılan soyunub-geyinmə otağı dolablarla təmin edilməyib, soyuducunun rəfləri korroziyaya məruz qalıb, məhsulların saxlanması zamanı tempuratur rejiminə riayət olunmur, saxlanma müddəti ötmüş və mənşəyi məlum olmayan qida məhsulları aşkar olunmuşdur. X4 İXM-nin 220.1, 444.1, 447.0.2 və 447.0.3-cü maddələri ilə nəzərdə tutulmuş xətanı törətmişdir. Bu fakt xx.xx.2024-cü il tarixli Qida obyektinə baxışın keçirilməsinə dair aktla təsdiq edilmişdir. İnzibati xətanın aşkar edilməsinə 10 C0 göstəricili, Testo 830T1 tipli, Elektro termometr markalı xüsusi texniki vasitədən istifadə olunmuşdur. X16 protokolu imzalamaqdan imtina etmişdir. İşdə olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 xx.xx.2024cü il tarixli qərardan görünür ki, X12 (VÖEN **********) ünvan 2ində yerləşən obyektində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yoxlanılma aparılması nəzərdə tutulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, KY242110664 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, X12 (VÖEN **********) ünvan 2ində yerləşən obyektində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək nəzarət növündə plan üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılma aparılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli, GDRB-303 nömrəli aktdan görünür ki, Göygöl rayonu Zurnabad kəndində fəaliyyət göstərən “Su səsi” restoranında planlı yoxlama keçirilmiş, yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilmiş belə ki, sual 18) işçi heyət üçün soyunub-geyinmə otağı olsa da işçilər üçün dolablar təşkil edilməmiş; sual 26) obyekdə xaricə açılan pəncərələrdə (məbəx sahəsində) bəzilərində qoruyucu tor örtük mövcud deyildir. Sual 28) mətbəxdə olan soyuducularda rəflər asan təmizləməni və dizinfeksiya işlərinin aparılmasına imkan yaratmır. Sual 48) süd məhsulları temperatur rejiminə uyğun saxlanılmır, “göyçə xaması”- +2; +6 dərəcədə saxlanılmalı olduğu halda +8 dərəcədə, “mayonez” +2; +6 dərəcədə saxlanılmalı olduğu halda +10 dərəcədə saxlanılmışdır. Sual 53) saxlama müddəti bitmiş məhsulların satışı həyata keçirilir, “Fanta” nişanlı qazlı içki 5 ədəd 330 ML it. xx.xx.2023, s.it xx.xx.2023; it xx.xx.2022, sit xx.xx.2022. Sual 55) etiket məlumatları olmayan məhsullar 4 ədəd 400 qr, 1 ədəd 2 kqr miqdarında turşu ilə zoğal satışı həyata keçirilir. Sual 81) Qida obyektində dizinfeksiya işləri aparılmır və sənədləşdirilmir. İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “Su Səsi” restoranında aparılmış yoxlama zamanı (planlı) yararlılıq müddəti bitmiş məhsullar plomb № AA162507 və mənşəyi məlum olmayan turşular plomb № AA162508 nömrəli plomblanaraq saxlanca qoyulmuşdur. X16 aktı imzalamaqdan imtina etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, GDRB-303 saylı qərardaddan görünür ki, vəzifəli şəxs X16 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1, 444.1, 447.0.2 və 447.0.3-cü maddələri ilə inzibati xətanın törətməsi ilə bağlı işə baxılması Gəncə şəhər, X23 prospekti 478-də yerləşən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X3 inzibati binasına xx.xx.2024-cü il tarixində saat 15:25-ə təyin edilməsi və inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işə baxılmasında iştirakının təmin edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, 3-44-4/2-1737/2024 nömrəli bildirişdən görünür ki, X16 inzibati xətaya dair işə baxılmasında iştirak etmək üçün xx.xx.2024-cü il tarixində saat 15:25-dəGəncə şəhər, X23 prospekti 478-də yerləşən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X5 çağırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarilxi 3-27-109-6/765 nömrəli X22 Filialı tərəfindən verilmiş məktubdan görünür ki, Göygöl rayonu Zurnabad kəndində fəaliyyət göstərən Su-səsi restoranının sahibkarı X14 ünvanlanmış SS899101826AZ, SS902110312AZ, SS902110312AZ saylı məktubları Şəhriyar Pş-nin müdürinin verdiyi məlumata əsasən Su-səsi restoranının sahibkarı X16 xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində imza edərək qəbul etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarilxi 3-27-109-6/891 nömrəli X22 Filialı tərəfindən verilmiş məktubdan görünür ki, Az-2006 saylı poçt şöbəsinin verdiyi məlumata əsasən Su-səsi restoranının sahibkarı X14 ünvanlanmış SS894691750AZ saylı sifarişli məktubu atası Cəlalzadə Şahin xx.xx.2024-cü il tarixində imza edərək qəbul etmişdir. Göygöl rayonu Zurnabad kəndində fəaliyyət göstərən Su-səsi restoranının sahibkarı X14 ünvanlanmış SS899101826AZ, SS902110312AZ, SS902110312AZ saylı məktubları Şəhriyar Pş-nin müdürinin verdiyi məlumata əsasən Su-səsi restoranının sahibkarı X16 xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində imza edərək qəbul etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, GDRB-303 saylı aralıq aktından görünür ki, vəzifəli şəxs X12 iştirakı ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin yoxlamanın aparılması haqqında xx.xx.2024-cü il tarixli GDRB-303 nömrəli qərarına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yoxlamanın qeydiyyata alınmasına dair “sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2024-cü il tarixli KY ********* nömrəli çıxarışına əsasən ünvan 2i ünvanında fəaliyyət göstərən “Su Səsi” restoranında aparılan yoxlama zamanı sahibkarlıq fəaliyyətinə dair aşağıdakı məcburi tələblərin pozulması faktları aşkar edilmişdir. Sual 136. Soyuducuda mənşəyi məlum olmayan, üzərində heç bir etiket məlumatları qeyd olunmayan 1 ədədx400 qr miqdarında alça turşusu, 1 ədədx400 qr, 1 ədədx250 qr miqdarında zoğal turşusu məhsulu aşkar olunmuşdur. Qeyd olunan pozuntu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 nömrəli qərarının 4.5-ci bəndinin tələblərinə ziddir. Bununla da sahibkar tərəfindən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanununun 17-ci maddəsinin tələbi pozulmuşdur. Sual 143. Yoxlama zamanı restoranda saxlam müddəti ötmüş adları aşağıda qeyd olunan qida məhsulları aşkar edilmişdir. “Fanta” nişanlı alkoqolsuz qazlı içki 5 ədəd x 330ml (i.t. xx.xx.2023, xx.xx.2022 s.i.t. xx.xx.2023, xx.xx.2022), “Bizim süfrə” nişanlı barbekü sous 1 ədəd x 280 qr (i.t. xx.xx.2023 s.i.t xx.xx.2024) bununla da sahibkar tərəfindən “istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 6-cı maddəsinin tələbi pozulmuşdur. X16 aktı imzalamaqdan imtina etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli GDRB-303 nömrəli yoxlamanın nəticələri üzrə qərardan görünür ki, vəzifəli şəxs X2 fəaliyyəti ilə məşğul olduğu “Su səsi” restoranı, ünvan 2i aşkar olunmuş pozuntuların təfərrüatı, əsaslandırıcı sübutlar və pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri: Sual 124. İşçi heyət üçün ayrılmış soyunub-geyinmə otaqlarından biri dolabiarla təmin edilməmişdir. Qeyd olunan pozuntu Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qida məhsulları ilə gigiyena tələbləri”nə dair qaydaların 2 nömrəli əlavəsinin 1.10cu bəndinin tələblərinə ziddir.Qabların yuyulma və təmiz qabların saxlanma sahəsində döşəmə və divar səthləri hamar və təmirli deyil, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparıiması üçün müvafiq şərait təmin edilməmişdir, divarlar həyata keçirilən əməliyyat növünə uyğun olaraq münasib hündürlükdə hamar, dezinfeksiyaedici maddələrin təsirinə davamlı materialla üzlənməyib. Qeyd olunan pozuntu Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları ilə gigiyena tələbləri”nə dair qaydaların 2 nömrəli əlavəsinin 2.0.1 -ci bəndinin tələblərinə ziddir.Qabların yuyulma və təmiz qabların saxlanma sahəsində tavan hissəsi asan təmizlənə bilən materialla üzlənməyib, toz və kənar hissəciklərin iş yerlərinə düşməsinin qarşısını alan formada qurulmayıb. Qeyd olunan pozuntu Azərbaycan Respublikası Qıda X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları ilə gigiyena tələbləri”nə dair qaydaların 2 nömrəli əlavəsinin 2.0.2-ci bəndinin tələblərinə ziddir. Xaricə açılan pəncərələrdən bəziləri həşəratların daxilə keçməsinin qarşısını alan və təmizlənmə zamanı asanlıqla çıxarıla bilən qoruyucu tor örtüklə təmin edilməyib. Qeyd olunan oozuntu Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qida məhsulları ilə gigiyena tələbləri"nə dair qaydaların 2 nömrəli əlavəsinin 2.0.3-cü bəndinin tələblərinə ziddir.Soyuq qəlyanaltıların hazırlanma sahəsində qida məhsullarının saxlanması üçün istifadə olunun soyuducu avadanlığın rəfləri təmirli deyil, asan təmizlənməni və dezinfeksiya işlərinin aparılması təmin edilməmişdir, rəflərin bir hissəsi paslanmış və korroziyaya uğramışdır. Qeyd olunan pozuntu Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qida məhsulları ilə gigiyena tələbləri”nə dair qaydaların 2 nömrəli əlavəsinin 2.0.5-ci bəndinin tələblərinə ziddir. Qida məhsulları ilə təmasda olan doğrama lövhələri korroziyaya uğramışdır, çirklənmə hallarının qarşısını alan materialdan hazırlanmamışdır. Qeyd olunan pozuntu Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları ilə gigiyena tələbləri”nə dair qaydaların 2 nömrəli əlavəsinin 3.1.1 və 3.1.2-ci bəndinin tələblərinə ziddir. Qida obyektində mütəmmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması ilə bağlı sənədlər mövcud deyil. Qeyd olunan pozuntu Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları ilə gigiyena tələbləri”nə dair qaydaların 2 nömrəli əlavəsinin 8.8-ci bəndinin tələblərinə ziddir. Bununla da sahibkar tərəfindən “Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin tələbləri pozulmuşdur. Sual 136. Soyuducuda mənşəyi məlum olmayan, üzərində heç bir etiket məlumatları qeyd olunmayan 1 ədəd x 400 qr miqdarında alça turşusu, 1 ədəd x 400 qr, 1 ədəd x 250 qr miqdarında zoğal turşusu məhsulu aşkar olunmuşdur. Qeyd olunan pozuntu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 nömrəli qərarının 4.5-ci bəndinin tələblərinə ziddir. Bununla da sahibkar tərəfindən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanununun 17-ci maddəsinin tələbi pozulmuşdur. Sual 137. Soyuducularda məhsulların saxlanması zamanı temperatur rejiminə riayət olunmur. Belə ki, "Göyçə” nişanlı xama məhsulunun etiket məlumatında saxlanma temperaturu +4 - +6 dərəcə qeyd olunsada məhsul +8 dərəcə temperaturda saxlanılır, mayonez məhsulunun etiket məlumatında saxlanma temperaturu +2 - +6 dərəcə qeyd olunsada məhsul +10 dərəcə temperaturda saxlanılır. Qeyd olunan pozuntu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 nömrəli qərarının 4.5-ci bəndinin tələblərinə ziddir. Bununla da sahibkar tərəfindən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanununun 18-ci maddəsinin tələbi pozulmuşdur. Sual 143. Yoxlama zamanı restoranda saxlanma müddəti ötmüş adları aşağıda qeyd olunan qida məhsulları aşkar edilmişdir. “Fanta” nişanlı alkoqolsuz qazlı içki 5 ədəd x 330ml (i.t. xx.xx.2023, xx.xx.2022 s.i.t. xx.xx.2023", xx.xx.2022) “Bizim süfrə" nişanlı barbekü sous 1 ədəd x 280 qr (i.t. xx.xx.2023 s.i.t. xx.xx.2024) Bununla da sahibkar tərəfindən “istehlakçıların hüquqularının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 6-cı maddəsinin tələbi pozulmuşdur. Aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli olan tədbirlər: İşçi heyət üçün ayrılmış soyunub-geyinmə otağı dolablarla təmin edilməli; qabların yuyulma və təmiz qabların saxlanma sahəsində döşəmə və divər səthləri hamar və təmirli olmalı, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılması üçün müvafiq şərait təmin edilməli, divarlar həyata keçirilən əməliyyat növünə uyğun olaraq münasib hündürlükdə hamar, dezinfeksiyaedici maddələrin təsirinə davamlı materialla üzlənməli; qabların yuyulma və təmiz qabların saxlanma sahəsində tavan hissəsi asan təmizlənə bilən materialla üzlənməli, tavan toz və kənar hissəciklərin iş yerlərinə düşməsinin qarşısını alan formada qurulmalı; xaricə açılan pəncərələrdən hər biri həşəratların daxilə keçməsinin qarşısını alan və təmizlənmə zamanı asanlıqla çıxarıla bilən qoruyucu tor örtüklə təmin edilməli; soyuq qəlyanaltıların hazırlanma sahəsində qida məhsullarının saxlanması üçün istifadə olunun soyuducu avadanlığın rəflərində paslanmış və korroziyaya uğramış hissələr təmir edilməli və ya yenisi ilə əvəz edilməli; İstifadə olunan, korroziyaya məruz qalmış doğrama lövhələri çirklənmə hallarının qarşısını alan materialdan təşkil edilməli; restoranda mütəmmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmalı və sənədləşdirilməli; mənşəyi məlum olmayan, üzərində heç bir etiket məlumatları qeyd olunmayan qida məhsullarının satışı həyata keçirilməməli; qida məhsullarının saxlanması zamanı temperatur rejiminə riayət olunmalı; satışı aparılan qida məhsullarının saxlanma müddətinə nəzarət edilməlidir. Pozuntuların aradan qaldırılması müddəti: 30 (otuz ) gündür. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 33.2.2-ci maddəsinə əsasən inzibati xəta əlamətləri aşkar edildiyi üçün inzibati xəta ilə bağlı işə baxılmasına dair zəruri tədbirlərin görülməsi təmin edilməsi, yuxarıda göstərilən pozuntular xx.xx.2024-cü il tarixədək aradan qaldırılmalı və bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin X5 məlumat verilməsi və 10,06.2024-cü il tarixli GDRB-303 nömrəli Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın qüvvədə saxlanılması qərara alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli GDRB-303 saylı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərardan görünür ki, vəzifəli şəxs X14 məxsus “Su Səsi” restoranı aşakar olunan mənşəyi məlum olmayan, üzərində heç bir etiket məlumatları qeyd olunmayan 1 ədəd x 400 qr miqdarında alça turşusu, 1 ədəd x 400 qr, 1 ədəd x 250 qr miqdarında zoğal turşusu məhsullarının satışının dayandırılması və saxlanma müddəti ötmüş 5 ədəd x 330 ml miqdarında “Fanta” nişanlı alkoqolsuz qazlı içki, 1 ədəd x 280 qr miqdarında “Bizim süfrə” nişanlı barbekü sous məhsulunun satışı qadağan edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin X3 22 may 2024-cü il tarixli GDRB 303 nömrəli qərarı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 may 2021-ci il tarixli KY ********* nömrəli çıxarışına əsasən 07 iyun 2024-cü il tarixində aparılan yoxlama zamanı tərtib edilən Qida obyektinə baxışın keçirilməsinə dair akt, toxunulmazlıq aktı, məhsulların möhürlənməsinə dair akt və inzibati xəta haqqında protokola sahibkar X16 imza çəkməkdən imtina etmişdir. X16 aktı imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar qeyd edir ki, X16 özünə məxsus Göygöl rayon Zurnabad kəndində yerləşən “Su səsi” restoranında işçi heyəti üçün ayrılan soyunub, geyinmə otağını dolablarla təmin etməmiş, restoranda olan soyuducunun rəfləri korroziyaya məruz qalmış, məhsulların saxlanması zamanı tempuratur rejiminə riayət olunmamış, saxlanma müddəti ötmüş və mənşəyi məlum olmayan qida məhsulları aşkar edilmişdir. Bununla da, X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1, 444.1, 447.0.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmiş və məhkəmə iclasında öz təsdiqini tapmışdır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 İXM-in 220.1, 444.1, 447.0.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X12 şikayəti əsassız olduğundan təmin edilməməli və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin X3 rəisi Vüqar Zeynalovun qəbul etdiyi xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X16 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin X3 rəisi Vüqar Zeynalovun qəbul etdiyi xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar