Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-248/2023 20.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və İnzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon X8 Rayon Polis Şöbəsinin İTB-in polis sahə rəyisi polis kapitanı X2 iştirakları ilə, xx.xx.1990-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, deməyinə görə əvvəllər məhkum olunmamış, Göygöl rayon Balçılı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 20 may 2023-cü il tarixdə Göygöl rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 20 may 2023-cü il tarixdə Göygöl rayonu Balçılı kəndi ərazisində polis əməkdaşlarının qaununi tələblərinə qəsdən tabe olmamışdır Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə özünü təqsirli bilərək həmin vaxt içkili olduğunu, törətdiyi əməldən peşiman olmasını bildirmişdir . Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl Rayon Polis Şöbəsinin İTB-in polis sahə rəisi polis kapitanı X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 20 may 2023-cü il tarixdə Göygöl rayon Polis Şöbəsiniun DYPB-nin əməkdaşları Göygöl rayonu Balçılı kəndi ərazisində xidmətdə olarkən adı sonradan onlara məlum olan Şəxs idarə etdiyi avtomobillə hərəkətdə olarkən dönmə işıqlarından istifadə etmədiyi üçün saxlamışlar. Yoxlama zamanı Şəxs spirtli içki qəbul edərək avtomobil idarə etməsi onlara məlum olmuşdur. Polis əməkdaşları Şəxs müayinədən keçirtmək isdəyərkən Elnur Bayramov avtomobildən düşərək yüksək səslə onlarla mübahisə etməyə başlamışdır. Polis əməkdaşları Şəxs nizam-intizama dəvət etmələrinə baxmayaraq o polis əməkdaşlarının qaununi tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Göygöl rayon X9 Yol Polisi bölməsinin Yol Patrul Xidməti İnspektoru polis baş serjantı X5 bildirdi ki, 20 may 2023-cü il tarixdə Göygöl rayonu Balçılı kəndində xidmətdə olarkən **-RY-*** dövlət qeydiyyat nişanlı Ford markalı avtomobilin dönmə işıqlarından istifadə etmədiyi üçün tərəflərindən saxlanılmış,saxlanılan zaman kəskin sipirt iyi gəldiyi üçün onu müayinədən keçməyə dəvət etməklərinə baxmayaraq Şəxs yüksək səslə kobudluqla polisin qanunu tələbinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Göygöl rayonu X9 yol polisi bölməsinin Yol Patrul Xidməti inspektoru polis baş serjantı X6 bildirdi ki 20 may 2023-cü il tarixdə Göygöl rayonu Balçılı kəndində xidmətdə olarkən **-RY-*** dövlət qeydiyyat nişanlı Ford markalı avtomobilin dönmə işıqlarından istifadə etmədiyi üçün tərəflərindən saxlanılmış, saxlanılan zaman kəskin sipirt iyi gəldiyi üçün onu müayinədən keçməyə dəvət etməklərinə baxmayaraq Şəxs yüksək səslə kobudluqla polisin qanunu tələbinə tabe olmamışdır. Sonradan onu Göygöl rayonu Polis Şöbəsinə gətirdiklərində yenidən yüksək səslə səs-küy salmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, Göygöl rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokola və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilkin və məhkəmə iclasında verdiyi izahatlarına əsasən Şəxs yuxarıda təsvir edilən inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və əməlindən peşiman olmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati cəza təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qələmdar Abbasov İş № 3(066)-248/2023 MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU 20 may 2023 -cü il Göygöl şəhərində Göygöl Rayon Məhkəməsi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və İnzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl Rayon Polis Şöbəsinin İTB-in polis sahə rəyisi polis kapitanı X2 iştirakları ilə, Sədrlik edən məhkəmə iclasını açaraq Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xəta törətməsinə dair işə baxılmasını elan edir. İclas saat 11:30-da başlandı Sədrlik edənin göstərişi əsasında məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gəlmişdir. (İXM-112.1.2) Sədrlik edən Şəxs Azərbaycan Respublikasının İXM-in 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən hakimə və məhkəmə iclas katibinə etiraz etmək, müdafiəçinin xidmətindən istifadə etmək hüquqlarının olmasını izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: Hüquqlarım mənə aydındır, sədrlik edənə və məhkəmə katibinə etirazım yoxdur. Mənə vəkil təqdim edildi vəkil istəmirəm, hüquqlarımı özüm müdafiə edə bilərəm. Bu mənim maddi imkanımla bağlı deyildir. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatəti olub-olmamasını soruşur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: vəsatətim yoxdur. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini müəyyən edir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1990-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, deməyinə görə əvvəllər məhkum olunmamış, Göygöl rayon Balçılı kəndində yaşayan Şəxs Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən işin halları barədə izahat alır. Mən Göygöl rayon Balçılı kəndində yaşayıram. 20 may 2023-cü il tarixdə Göygöl rayonu Balçılı kəndində restoranda sipirtli içki qəbul etdimvə evə gəldikdə atam xəstə olduğu üçün ona dərman almağa getdikdə YPX əməkdaşları məni saxladı.Əməlimdən peşmanam. Sədrlik edən inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl Rayon Polis Şöbəsinin İTB-in polis sahə rəyisi polis kapitanı X1 verir. X4: İnzibati xəta haqqında protokolu müdafiə edərək bildirirəm ki, , 20 may 2023-cü il tarixdə Göygöl rayon Polis Şöbəsiniun DYPB-nin əməkdaşları Göygöl rayonu Balçılı kəndi ərazisində xidmətdə olarkən adı sonradan onlara məlum olan Şəxs idarə etdiyi avtomobillə hərəkətdə olarkən dönmə işıqlarından istifadə etmədiyi üçün saxlamışlar. Yoxlama zamanı Şəxs spirtli içki qəbul edərək avtomobil idarə etməsi onlara məlum olmuşdur. Polis əməkdaşları Şəxs müayinədən keçirtmək isdəyərkən Elnur Bayramov avtomobildən düşərək yüksək səslə onlarla mübahisə etməyə başlamışdır. Polis əməkdaşları Şəxs nizam-intizama dəvət etmələrinə baxmayaraq o polis əməkdaşlarının qaununi tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edirəm. Sədrlik edən məhkəmə iclasına şahid dəvət edir. Göygöl rayon X9 Yol Polisi bölməsinin Yol Patrul Xidməti İnspektoru polis baş serjantı X5 bildirdi ki, 20 may 2023-cü il tarixdə Göygöl rayonu Balçılı kəndində xidmətdə olarkən **-RY-*** dövlət qeydiyyat nişanlı Ford markalı avtomobilin dönmə işıqlarından istifadə etmədiyi üçün tərəfimizdən saxlanıldı, saxlanılan zaman kəskin sipirt iyi gəldiyi üçün onu müayinədən keçməyə dəvət etməyimizə baxmayaraq Şəxs yüksək səslə kobudluqla bizim qanunu tələbimizə tabe olmadı. Sədrlik edən məhkəmə iclasına şahid dəvət edir. Göygöl rayonu X9 yol polisi bölməsinin Yol Patrul Xidməti inspektoru polis baş serjantı X6 bildirdi ki 20 may 2023-cü il tarixdə Göygöl rayonu Balçılı kəndində xidmətdə olarkən **-RY-*** dövlət qeydiyyat nişanlı Ford markalı avtomobilin dönmə işıqlarından istifadə etmədiyi üçün tərəfimizdən saxlanıldı və saxlanılan zaman kəskin sipirt iyi gəldiyi üçün onu müayinədən keçməyə dəvət etməyimizə baxmayaraq Şəxs yüksək səslə kobudluqla bizim qanuni tələbimizə tabe olmadı. Sonradan onu Göygöl rayonu Polis Şöbəsinə gətirdiyimizdə yenidən yüksək səslə səs-küy saldı. Sədrlik edən işdə olan Göygöl rayon Polis şöbəsinin protokolunu və digər hüquqi sənədləri elan edir. (İXM-113.2.7) Elan olunmuş hüquqi sənədlərə dair xəta törədən şəxsin etirazı olmadı. Sədrlik edən müşavirə otağına gedir qayıdaraq məhkəmə qərarını elan edir, qərarın məzmunu, ondan apellyasiya şikayəti vermək müddət və qaydasını habelə məhkəmə iclas protokolu ilə tanış olmaq hüquqlarını izah edir. Sədrlik edən məhkəmə iclasını saat 11:50-da bağlı elan edir. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-248/2023 20 may 2023-cü il Göygöl rayon Polis Şöbəsinə Göygöl şəhəri A.Hacıyev küçəsi 93 Şəxs Göygöl rayonu Balçılı kəndinə Şəxs barəsində olan Göygöl rayon məhkəməsinin 3(066)-248/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «01» vərəqə. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-248/2023 31 may 2023-cü il Gəncə şəhər üzrə İcra İdarəsinə Göygöl rayonu Balçılı kəndində yaşayan Şəxs barəsində olan Göygöl rayon məhkəməsinin 3(066)-248/2023 nömrəli, 20 may 2023-cü il tarixli qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «01» vərəqə. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-248/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-248/2023
20.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver