Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-248/2024 30.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi, barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X2 iştirakı ilə barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin əməkdaşı polis polkovnik leytenantı X3 tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli, EQ 20729076 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin əməkdaşı polis polkovnik leytenantı X3 tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli, EQ 20729076 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Göygöl şəhər sakini X5 23 aprel 2024-cü il tarixdə saat 12:37-da Göygöl şəhəri A.Kazımov küçəsində yol hərəkəti qaydalarını qaydalarını pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXMnin) 327.1-ci və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 327.1-ci və 332.3-cü maddələri ilə təqsirli bilinib, 332.3-cü maddəsi ilə 300 (üç yüz) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X5 məhkəmə iclasında göstərdi ki, X1 mülkiyyətində olan “OPEL ASTRA” markalı **-BS-*** dövlət qeydiyyatlı avtomobili etibarnəmə əsasında 02 aprel 2024-cü il tarixə kimi idarə etmişdir. 02 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazi hüdudlarını tərk edib, Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Buna bağmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin əməkdaşı polis polkovnik leytenantı X3 tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli, EQ 20729076 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, 23 aprel 2024-cü il tarixdə saat 12:37-da Göygöl şəhəri A.Kazımov küçəsində yol hərəkəti qaydalarını qaydalarını pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXMnin) 327.1-ci və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ancaq o, həmin vaxtı Rusiya Federasiyasının Moskva şəhərində olmuş və oradan 02 iyul 2024cü il tarixdə qayıtmışdır. Ona görə də qeyd edilən qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Gəncə şəhər X7 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin surətindən məlum olur ki, X5 15 may 1988-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin əməkdaşı polis polkovnik leytenantı X3 tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli, EQ 20729076 saylı inzibati tənbeh vermə haqqında qərardan məlum olur ki, X5 23 aprel 2024-cü il tarixdə saat 12:37-da Göygöl şəhəri A.Kazımov küçəsində əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə qaydalarını pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 327.1-ci və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının pasportundan məlum olur ki, X5 02 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazi hüdudlarını tərk etmiş və 02 iyul 2024-cü il tarixdə qayıtmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin əməkdaşı polis polkovnik leytenantı X3 tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli, EQ 20729076 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Göygöl şəhər sakini X5 23 aprel 2024-cü il tarixdə saat 12:37-da Göygöl şəhəri A.Kazımov küçəsində yol hərəkəti qaydalarını pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 327.1-ci və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ancaq məhkəmə iclasında aydın oldu ki, X5 02 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazi hüdudlarını tərk etmiş və 02 iyul 2024-cü il tarixdə qayıtmışdır. Həmin qərarın qəbul edilməsinə əsas isə “OPEL ASTRA” markalı **-BS-*** dövlət qeydiyyatlı avtomobili etibarnəmə əsasında 02 aprel 2024-cü il tarixə kimi idarə etməsi olmuşdur. Göründüyü kimi X5 23 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda olmasına görə qeyd edilən inzibati xətaları da törədə bilməzdir. Məhkəmədə həmçinin aydın oldu ki, qeyd edilən inzibati xəta haqqında protokol və qərar qəbul edilərkən X2 hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı : Barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin əməkdaşı polis polkovnik leytenantı X3 tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli, EQ 20729076 saylı inzibati tənbeh vermə haqqında qərarından qərarından verdiyi şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin əməkdaşı polis polkovnik leytenantı X3 tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli, EQ 20729076 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işin icraatına xitam verilsin. X5 inzibati məsuliyyətdən azad edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(066)-248/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-248/2024
30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver