Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-251/2023 23.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin sahə rəisi, X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 2002-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Göygöl rayonu Yeni Qızılca kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 23 may 2023cü il tarixdə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl rayon Polis Şöbəsinin sahə rəisi, X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs 01 aprel 2023-cü il tarixdə, Göygöl rayonu Üçtəpə kəndində yerləşən həyət evində 300 (üç yüz) manat dəyərində qab-qacaq sındıraraq maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilən inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin sahə rəisi, X7 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs 01 aprel 2023-cü il tarixdə, Göygöl rayonu Üçtəpə kəndində, Göygöl rayonu Üçtəpə kənd sakini X4 məxsus olan fərdi yaşayış evindən 70 manat dəyərində əmlakı oğurlamış, eləcə də həmin evdə olan 300 manat dəyərində qab-qacağı məhv edərək X4 maddi ziyan vurmuşdur. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 01 aprel 2023-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndində evə girərkən qab-qacaqın qırıq olduğunu və hazırda əməlindən peşimandır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, işdə olan Göygöl rayon Polis Şöbəsinin sahə rəisi, X9 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola və Göygöl rayon X8 Bölməsinin baş təhqiqatçısı, polis baş leytenatı X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 aprel 2023-cü il tarixli qərara əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyası həddində, yəni inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114 və 117-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində yəni, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov İş № 3(066)-251/2023 MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU 23 may 2023-cü il Göygöl şəhərində Göygöl Rayon Məhkəməsi Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin sahə rəisi, X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Sədrlik edən məhkəmə iclasını açaraq Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə xəta törətməsinə dair işə baxılmasını elan edir. İclas saat 12:00-da başlandı Sədrlik edən məhkəmə iclasına kimlərin gəlib-gəlməməsi barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verdi. Sədrlik edənin göstərişi əsasında məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gəlmiş zərərçəkmiş şəxs məhkəmənin yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişdir. (İXM-106) Sədrlik edən Şəxs Azərbaycan Respublikasının İXM-in 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən hakimə və məhkəmə iclas katibinə etiraz etmək, müdafiəçinin xidmətindən istifadə etmək hüquqlarının olmasını izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: Hüquqlarım mənə aydındır, sədrlik edənə və məhkəmə katibinə etirazım yoxdur. Mənim vəkilə ehtiyacım yoxdur, öz hüquqlarımı özüm müdafiə etməyi bacarıram. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatəti olub-olmamasını soruşur. Vəsatət olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxx 2002-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Göygöl rayonu Yeni Qızılca kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən işin halları barədə izahat alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: 01 aprel 2023-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndindəki yaşayış evinə daxil olanda qab-qacaqın qırıqıydı o qab-qacaqı mən qırmamışam. Hazırda əməlimdən peşimanam. Sədrlik edən inzibati inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin sahə rəisi, X1 verir. Məhkəmə iclasında dindirilən inzibati inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin sahə rəisi, X7: inzibati xəta haqqında protokolu müdafiə edirəm. Şəxs 01 aprel 2023-cü il tarixdə, Göygöl rayonu Üçtəpə kəndində, Göygöl rayonu Üçtəpə kənd sakini X4 məxsus olan fərdi yaşayış evindən 70 manat dəyərində əmlakı oğurlamış, eləcə də həmin evdə olan 300 manat dəyərində qab-qacağı məhv edərək X4 maddi ziyan vurub. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edən işdə olan protokolu və digər hüquqi sənədləri elan edir. Elan olunmuş hüquqi sənədlərə dair xəta törədən şəxsin etirazı olmadı. Sədrlik edən müşavirə otağına gedir qayıdaraq məhkəmə qərarını elan edir, qərarın məzmunu, ondan apellyasiya şikayəti vermək müddət və qaydasını habelə məhkəmə iclas protokolu ilə tanış olmaq hüquqlarını izah edir. Sədrlik edən məhkəmə iclasını saat 10-45-də bağlı elan edir. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-251/2023 05 iyun 2023-cü il Göygöl rayon İcra və Probasiya Şöbəsinə Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan Şəxs barəsində olan Göygöl Rayon Məhkəməsinin 3(066)-251/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: qərarın surəti « » vərəq. Hakim: Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-251/2023 23 may 2023-cü il Göygöl rayon Polis Şöbəsinə Göygöl şəhəri A.Hacıyev küçəsi 93 Şəxs Göygöl rayonu Yeni Qızılca kəndi X4 Şəmkir rayonu Üçtəpə kəndi Göygöl Rayon Məhkəməsinin 3(066)-251/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti « » vərəq. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-251/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-251/2023
23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver