Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-252/2023 01.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 iclas katibliyi, protokol tərtib etmiş şəxs Göygöl rayon polis şöbəsinin X2 polis sahə rəisi X12 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Daşkəsən rayonunun Yeni Daşkəsən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan Şəxs (AA 0752191) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 227-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl rayon polis şöbəsindən (bundan sonra Göygöl RPŞ) daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində inzibati xətа hаqqındа prоtоkоllar tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində tarixdə Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən X20 məxsus fərdi yaşayış evinin zirzəmisindən 50 manat dəyərində su motorunu və 40 manat dəyərində avtomobil ehtiyyat hissələrini, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində X17 məxsus fərdi yaşayış evindən 12 il əvvvəl alınmış 40 manat dəyərində paltaryuyan, 30 manat dəyərində qazan oğurlamış və həmin evdə olan 300 manat dəyərində əmlakı məhv etmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Göygöl rayonu Mollacəlilli kəndi ərazisində yerləşən qəbristanlıqdan X4 yaxın qohumlarının məzarlığının ətrafına çəkilmiş metal tor hasarın metal materialından olan 30 manat dəyərində bir ədəd qapını, xx.xx.2023-cü il tarixdə X6 yaşadığı Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən yaşayış evinin zirzəmisindən 90 manat dəyərində 10 kq. qoz və dəmir parçalarını, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Göygöl rayonu, Üçtəpə kəndində yaşayan X10 yaşadığı evin qarşısında saxladığı “Mercedes 208D” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 396 manat dəyərində 2 ədəd təkər, 1 ədəd maqintafon və 20 manat məbləğində qəpik əskinazları oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Göygöl rayon polis şöbəsinin X2 polis sahə rəisi X25 məruzə edərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində tarixdə Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən X20 məxsus fərdi yaşayış evinin zirzəmisindən 50 manat dəyərində su motorunu və 40 manat dəyərində avtomobil ehtiyyat hissələrini, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində X17 məxsus fərdi yaşayış evindən 12 il əvvvəl alınmış 40 manat dəyərində paltaryuyan, 30 manat dəyərində qazan oğurlamış və həmin evdə olan 300 manat dəyərində əmlakı məhv etmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixə keçən gecə Göygöl rayonu, Üçtəpə kəndində yaşayan X10 yaşadığı evin qarşısında saxladığı “Mercedes 208D” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 396 manat dəyərində 2 ədəd təkər, 1 ədəd maqintafon və 20 manat məbləğində qəpik əskinazları oğurlamışdır. Göygöl RPŞ-nin TB-də aparılan araşdırmadan müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Odur ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Göygöl rayon polis şöbəsində inzibati xəta haqqında MN 1623347, MN ******* və MN ******* saylı protokollar tərtib etmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tənbehin seçilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında protokol tərtib etmiş şəxs Göygöl rayon polis şöbəsinin X2 polis sahə rəisi X13 məruzə edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X6 yaşadığı Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən yaşayış evinin zirzəmisindən 90 manat dəyərində 10 kq. qoz və dəmir parçalarını oğurlamışdır. Göygöl RPŞ-nin TB-də aparılan araşdırmadan müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Odur ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Göygöl rayon polis şöbəsində inzibati xəta haqqında MN ******* saylı protokol tərtib etmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tənbehin seçilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında protokol tərtib etmiş şəxs Göygöl rayon polis şöbəsinin X2 polis sahə rəisi X14 məruzə edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Göygöl rayonu, Mollacəlilli kəndi ərazisində yerləşən qəbristanlıqdan X4 yaxın qohumlarının məzarlığının ətrafına çəkilmiş metal tor hasarın metal materialından olan 30 manat dəyərində bir ədəd qapını oğurlamışdır. Göygöl RPŞ-nin TB-də aparılan araşdırmadan müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Odur ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Göygöl rayon polis şöbəsində inzibati xəta haqqında MN ******* saylı protokol tərtib etmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tənbehin seçilməsini xahiş etmişdir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd edilən oğurluq hadisələri üzrə özünü təqsirli bilməyərək, həmin oğurluqlardan xəbərinin olmamasını, oğurluqların onun etmədiyini bildirərək barəsində olan inzibati materialın icraatına xitam verilmısini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X27 həmin oğurluq hadisələrinin Şəxs tərəfindən edilməsinə dair heç bir sübutun olmamasını, Şəxs əmələrində heç bir inzibati xətanın olmamasını bildirərək inzibati materialın icraatına xitam verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş qisminə dindirilmiş X18 məhkəməyə ərizə təqdim edərək Şəxs heç bir şikayətinin olmamasını bildirdi. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş qisminə dindirilmiş X19 məhkəməyə ərizə təqdim edərək Şəxs heç bir şikayətinin olmamasını bildirdi. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş qisminə dindirilmiş X15 məhkəmə iclasında oğurluq hadisəsinin kim tərəfindən törədilməsinin ona məlum olmamasını Şəxs tanımadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş qisminə dindirilmiş X3 Hidayət Əli oğlundan heç bir şikayətinin olmamasını bildirdi. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş qisminə dindirilmiş X1 Hidayət Əli oğlunu tanımadığını, oğurluq hadisəsinin kim tərəfindən törədildiyini bilməməsini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barəsində İXM-in 227-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlarla və məhkəmə tərəfindən tələb edilərək araşdırılmış materiallarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirilməmişdir. Göygöl rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı, X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən, Göygöl rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X29 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən, Göygöl rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı, X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən, Göygöl rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı, X26 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən, görünür ki, materiallar üzrə cinayət işi başlanması rədd edilmiş, şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarların surətləri Göygöl RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxs Şəxs barəsində İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. Çünki onun həmin oğurluq hadisələrini törətməsi inzibati işin materialları və məhkəmə iclasında verilən izahatlarla sübut olunmur. Belə ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə əsas kimi Göygöl rayon polis şöbəsinin təhqiqat bölməsinin “cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərarları göstərilmişdir. Lakin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxs Şəxs həmin oğurluq hadisələrindən məlumatı olmamasını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-nin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Göründüyü kimi Şəxs təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda Şəxs təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində məhz İXM-nin 227-ci maddəsinin tərkibi yoxdur. İXM-nin 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibini olmamasına görə iş üzrə icraata xitam verməlidir Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpelyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ ___ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-252/2023 «31» iyul 2023-cü il Göygöl rayon polis şöbəsinin rəisi, polis polkovniki cənab Zaur Nəsirova hörmətli Zaur müəllim Göygöl Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 3(066)-252/2023 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-252/2023 «01» avqust 2023-cü il Şəxs (Göygöl rayonu, Yeni Qızılca kəndi) Surəti: X20 (Göygöl rayonu, Yeni Qızılca) Surəti: X17 (Göygöl rayonu, Üçtəpə kəndi) Surəti: X16 (Göygöl rayonu, Üçtəpə kəndi) Surəti: X11 (Göygöl rayonu, Balçılı kəndi) Surəti: X9 (Göygöl rayonu, Mollacəlilli kəndi) Göygöl Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 3(066)-252/2023 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hakim:Qələmdar Abbasova
Məhkəmə qərarları › İş №3(066)-252/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-252/2023
01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver