Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-253/2023 02.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X2 iclas katibliyi, şkayətçi X3 və Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqqəti icra edən X4 iştirakı ilə, Göygöl Rayon İcra Hakimiyyətinin 26 yanvar 2023-cü il tarixli, MN № ******* saylı qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X7 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göygöl Rayon İcra Hakimiyyətinin 26 yanvar 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə şərti olaraq 300 manat cərimə edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 2 ay müddət müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X7 məhkəməyə şikayət verərək, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında daimi fəaliyyət göstərən inzibati komissiyanın 26 yanvar 2023-cü il tarixli, ******* saylı qərarın ləğv edilməsinə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə və onun inzibati məsuliyyətdən azad edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında daimi fəaliyyət göstərən inzibati komisssiya 26 yanvar 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar qəbul etmiş və həmin qərara əsasən X7 300 manat məbləğində cərimə edilmiş, törədilmiş hüquq pozmanın aradan qaldırılması üçün 2 ay vaxt müəyyən edilmişdir. Mərhum qaynanası X5 adına Göygöl rayonu, Cümşüdlü kəndində 0.22 ha torpaq sahəsində 237 kv.m-dən ibarət fərdi yaşayış evini öz şəxsi vəsaiti hesabına tikmiş və həmin mülkə dair çıxarış da almışdır. Qanuni mülkkiyyətdə olan mülkdə tikinti işləri apararkən nə Göygöl RPŞ tərəfindən, nə də Göygöl rayon İcra Hakimiyyəti tərəfindən heç bir xəbərdarlıq edilməmişdir. Buna baxmayaraq ona heç bir məlumat verilmədən barəsində İXM-nin 395.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol çıxarılmış və Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında daimi fəaliyyət göstərən inzibati komissiyanın 26 yanvar 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilərək şərti olaraq 300 manat cərimə edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 2 ay müddət müəyyən olunmuşdur. Halbuki qeyd edilən tikiliyə mərhum qaynanasının adına texniki pasport və çıxarış almışdır. Hesab edir ki, heç bir inzibati xəta törətməmişdir, barəsində çıxarılmış qərar qanunsuz və əsassızdır. Odur ki, məhkəmədən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında daimi fəaliyyət göstərən inzibati komissiyanın 26 yanvar 2023-cü il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsinə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə və onun inzibati məsuliyyətdən azad edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayətçi X7 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək bildirdi ki, tikinti aparılmış ərazi çıxarışla onlara məxsusdur. Həmin torpaq qaynanasının adına olmuşdur. Hal-hazırda onlar vərəsəlik qaydasında qəbul etmişlər. Odur ki, şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi - Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqqəti icra edən X8 izahatında göstərdi ki, şikayətin təmin edilməsinə etiraz etmir. Belə ki, X7 qeyd edilən tikili ilə bağlı mülkiyyət sənədi əldə etmişdir. Odur ki, məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, şikayəti iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında daimi fəaliyyət göstərən inzibati komissiyanın 26 yanvar 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 rayonu, Balçılı kəndində müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan özbaşına tikinti işləri aparıdığından, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində şərti olaraq 300 manat cərimə tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 2 ay müddət müəyyən olunması qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Punlik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyta nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Cümşüdlü kəndində 0.22 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X5 xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 60 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X7 mərhum qaynanasına məxsus Göygöl rayonu, Cümşüdlü kəndində yerləşən torpaq sahəsində müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan özbaşına tikinti işləri apardığından, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında daimi fəaliyyət göstərən inzibati komissiyanın 26 yanvar 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Gülyanaq Quliyeva Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilməklə barəsində şərti olaraq 300 manat cərimə tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 2 ay müddət müəyyən olunması qərara alınmışdır. Daha sonra barəsində inzibati xəta haqqında qərar tərtib edilmiş şəxs X7 həmin əmlaka dair texniki pasport və çıxarış almış və məhkəməyə şikayət verərək, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında daimi fəaliyyət göstərən inzibati komissiyanın 26 yanvar 2023-cü il tarixli, ******* saylı qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-cimaddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-nin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Göründüyü kimi X3 Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən üzərinə qoyulmuş öhdəliyi yerinə yetirərək hüquqpozmanı aradan qaldırmışdır. Bundan başqa işdən müəyyən edilir ki, tikinti aparılan torpaq sahəsi hüquqmüəyyənedici sənədləri mövcuddur. Odur ki, X3 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqanın nümayəndəsi isə məhkəmə iclasında X7 tərəfindən törədilən hüquq pozuntusunun aradan qaldırılmasını etiraf etmişdir. Belə olan halda X3 təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. İXM-nin 53.1-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İXM-nin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət təmin edilməli, Göygöl Rayon İcra Hakimiyyətinin 26 yanvar 2023-cü il tarixli, MN № ******* saylı qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-nin 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. Göygöl Rayon İcra Hakimiyyətinin 26 yanvar 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əyyub Kərimov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _____________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-253/2023 «02» iyun 2023-cü il Göygöl Rayon İcra Hakimiyyətinə ünvan: Göygöl şəhəri, A.Kazımov küçəsi, 1 surəti: X6 ünvan: ünvan 3 iyun 2023-cü il tarixli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(066)-253/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-253/2023
02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver