Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-254/2023 09.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkı ilə, xx.xx.1973-cü il tarixdə Xanlar rayonunun Topalhəsənli kəndində anandan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göygöl rayonu, Topalhəsənli kəndində yaşayan Şəxs (AA 4993983) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1 və 232-1-ci mаddələri ilə inzibаti xətа haqqında prоtоkоl tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu, Topalhəsənli kəndində anası Zərərçəkmiş şəxs məxsus evin qapısını sındırıb və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən protokol tərtib etmiş şəxs - Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi X2 məhkəmə iclasında çıxış edərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Göygöl rayonu, Topalhəsənli kəndində anası Zərərçəkmiş şəxs məxsus evin qapısını sındıraraq Zərərçəkmiş şəxs 900 manat məbləğində ziyan vurmuşdur. Bununla əlaqədar olaraq Şəxs izahatının alınması üçün dəfələrlə şöbəyə dəvət edilmişdir. Lakin Şəxs onların qanuni tələblərinə əməl etməyərək şöbəyə gəlməyəcəyini bildirmişdir. Hadisə ilə əlaqədar Göygöl RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılmış və həmin bölmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində İXM-nin 232-1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib təhbeh tədbiri görülməsi üçün qərarın surəti Göygöl RPŞ-nin İTB-yə göndərilmişdir. Göygöl RPŞ-də 24 may 2023-cü il tarixdə Şəxs barəsində İXM-nin 232-1 və 535.1-ci maddələri ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək sonuncunun barəsində qanuni tədbir görülməsi üçün rayon məhkəməsinə müraciət edilmişdir. Evin qapısının Şəxs tərəfindən sındırılması barədə görüntülərin olmasını bildirərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, heç bir hadisə törətmədiyini, evin qapısını sındırmağını, polisin qanuni tələblərinə əməl etdiyini, barəsində çıxarılmış qərarın qanunsuz çıxarıldığını, heç bir sübuta əsaslanmadığnı bildirdi və barəsində olan inzibati xəta haqqında materialın icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclаsındа Zərərçəkmiş şəxs çıxış edərək ifadəsində bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə oğlu onun yaşadığı Göygöl rayonu, Topalhəsənli kəndində evin qapısını sındrımaqla ona 900 manat dəyərində maddi ziyan vurmuş, ancaq vurduğu ziyanı ödəməmişdir. Hazırda ondan şikayətçi olduğunu bildirərək Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclаsındа şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, Şəxs qardaşı, Zərərçəkmiş şəxs isə anasıdır. xx.xx.2023-cü il tarixdə evin qapısını Elsevər yox, o qırmışdır.Yəni evin qapsını bərk itələmiş və qapı qırılmışdır. Əvvəlcədən qapını qırmaq niyyətində olmamışdır. Qardaşının heç bir günahı yoxdur. Ümumiyyətlə hadısə zamanı Elsevər evdə olmamışdır. Məhkəmə tərəfləri və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barədə İXM-in 232-1 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Göygöl RPŞ-nin İTB-nin sahə rəisi X2 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN № ******* saylı protokolda göstərilmişdir ki, vət. Şəxs xx.xx.2023-cü il tarixdə Göygöl rayonu, Topalhəsənli kəndində anası Zərərçəkmiş şəxs məxsus evin qapısını sındırıb və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Göygöl RPŞ TB-nin baş təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinаyət tərkibi оlmаdığından barəsində İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş tənbeh tədbirinin seçilməsi üçün qəbul edilmiş qərarın surəti Göygöl RPŞ-nin İTB-yə göndərilmişdir. İXM-in 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Göygöl rayonu, Topalhəsənli kəndində Zərərçəkmiş şəxs məxsus evin qapısını sındırmaqla Zərərçəkmiş şəxs 900 (doqquz yüz) manat maddi ziyan vurması və polisin qanuni tələbinə qəsdən tabe olmaması göstərilmiş və ona görə də Şəxs barəsində 232-1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 232-1 və 535.1-ci maddələrinin tərkibinin olması qənaətinə gəlmək olmur. Çünki onun Zərərçəkmiş şəxs məxsus evin qapı və pəncərələrini sındırmaqla Aygün Səfərovaya 900 (doqquz yüz) manat maddi ziyan vurması və polisin qanuni tələbinə qəsdən tabe olmaması tərəflərin ifadələri və inzibati işin materialları ilə sübut olunmur. Belə ki, iş materiallarında Şəxs qapını sındırması ilə bağlı video görüntülərə istinad edilsə də həmin video görüntülər məhkəməyə təqdim edilməmiş və iş materiallarında sübut mövcud deyil. Həmçinin Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə əsas kimi Göygöl rayon polis şöbəsinin təhqiqat bölməsinin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı göstərilsə də həmin araşdırma zamanı maddi ziyanın məbləğinin müəyyən edilməsi ilə də bağlı ekspertiza keçirilməmiş, yaşayış evinin qapısının sındırlıması ilə bağlı Hüseynova Dilǝfrus Teymur qızına dəymiş zərər 900 manat olaraq qiymətləndirilmişdir. Lakin dəymiş ziyanın məbləğinin 900 manat hesablanması əsaslandırılmamış və bu barədə iş materiallarında sübut mövcud deyil. Eyni zamanda Göygöl rayon polis şöbəsinin təhqiqat bölməsinin “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarda izahatları alınmış şəxslərin ifadələri ilə də Şəxs İXM-nin 232-1 və 535.1-ci maddələri ilə təqsirliliyi müəyyən edilmir. Həmçinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxs Şəxs Zərərçəkmiş şəxs məxsus evin qapısını sındırmadığını bildirmiş, məhkəmə iclаsındа şahid qismində dindirilmiş X3 xx.xx.2023-cü il tarixdə evin qapısını Şəxs yox, özünün qırdığını etiraf etmişdir. Bundan başqa İXM-nin 535.1-ci maddəsinin mənasına görə polisin "qanuni tələbi" dedikdə təqsirkara ünvanlanmış, yazılı, aydın və təqsirkarın nədə ittiham edildiyi əməli əks etdirən tələb başa düşülür. Mövcud hadisə zamanı polisin belə tələbi olmasına dair hər hansı sübut iş materiallarında aşkar edilməmişdir. Bununla yanaşı Şəxs izahatında göstərmişdir ki, polis əməkdaşına "Azərişıq"da qəza xidmətində sürücü vəzifəsində işlədiyini, bir həftəlik Samux rayonuna ezam olunduğu üçün işdən icazə alıb polis şöbəsinə gələ bilməyəcəyini bildirmiş, daha sonra özü polis şöbəsinə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-nin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Göründüyü kimi Şəxs təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda Şəxs təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində məhz İXM-nin 232-1 və 535.1-ci maddələrinin tərkibi yoxdur. İXM-nin 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibini olmamasına görə iş üzrə icraata xitam verməlidir Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpelyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Elektron poçtu: mailto:goygolcourt@gmail.comElektron ünvan İş № 3(066)-254/2023 «09» avqust 2023-cü il Göygöl rayon polis şöbəsinə Göygöl şəhəri, A.Kazımov küçəsi, 93 Şəxs Göygöl rayonu, Topalhəsənli kəndi Zərərçəkmiş şəxs Göygöl rayonu, Topalhəsənli kəndi Göygöl Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 3(066)-254/2023 nömrəli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(066)-254/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-254/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver