Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-264/2024 04.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl Rayon YPX-nin inspektoru, polis baş serjantı Nümayəndə və barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Kəlbəcər rayonu, Zivel kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Kəlbəcər rayon, Anar Əliyev adına 2 saylı məktəbdə gözətçi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Zivel kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülüstan qəsəbəsi ADAU 6 saylı yataqxanada yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 343.2 və 329.3-cü maddələri ilə tərtib edilmiş Göygöl Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3, 332.1 və 343.2-ci maddələri ilə inzibati xəta törətməsi haqqında xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol aidiyyatı üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:05 radələrində idarət etdiyi «HYUNDAİ İ30 minik» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən işıq cihazlarıdandan istifadə qaydalarını pozmağa görə, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə və 333.2 və 333.3-cü maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsi hallarına yol verilmişdir. Göygöl Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 3(066)-264/2024 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 343.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 343.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 3(104)-502/2024 nömrəli qərarı ilə Göygöl Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 3(066)- 264/2024 nömrəli qərarından Şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi və Göygöl Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 3(066)- 264/2024 nömrəli qərarının ləğv edilərək işin yenidən baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclаsındа dindirilən Göygöl Rayon YPX-nin inspektoru, polis baş serjantı Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək 12 iyul 2024-cü il tarixdə gecə saatlarında Göygöl-Toğanalı yolunda xidmətdə olan zaman “HYUNDAY İ 30” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avromobilin sürücüsü işıq cihazından düzgün istifadə etmədiyi üçün tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı sürücünün avtomobili idarə etmək üçün etibarnaməsi olmadığı və işıq cihazından düzgün istifadə etmədiyi ona izah edilərkən, sürücüdən kəskin sipirtli içki qoxusu gəlmiş, bundan sonra sürücünün spirtli içki qəbul edərək avtomobili idarə etməsi onlara məlum olmuşdur. Sürücü özüdə bunu səmimi etiraf etmişdir ki spirtli içki qəbul etmişdir. Sürücü onu buraxmalarını xahiş etmişdir. Sürücü Şəxs alkotesterlə müayinə etmək etmək üçün dəvət etmişlər, lakin o etiraz etmişdir. Onlar sürücünü həkim müayinəsindən keçirtmək üçün narkoloji dispanserə aparmışlar. Həmin vaxt sürücü həkim müayinəsindən də keçəməkdən imtina etmişdir. Onlar sürücünü gətirib rayon polis şöbəsinə təhvil vermişlər. Əlavə olaraq bildirdi ki, sürücü Şəxs avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Sürücü Şəxs işıq cihazalarından istifadə qaydasını pozmuşdur. Belə ki, uzaq vuran işıqlardan istifadə edərək avtomobili idarə etmişdir. Onlar sürcü ilə qabaq-qabağa gəlmişlər, belə ki sürücü hərəkətdə olmuş lakin onlar sayrışan işıqlardan istifadə etdikdən sonra sürücü uzaq vuran işıqlarını söndürmüş və dayanmışdır. Həmçinin videoda görünür ki, sürücü Şəxs “avtomobili burdan-bura sürmüşəm” deməsi aydın şəkildə görsənir. Onların sürcünü saxladığı yerlə alma bağlı deyilən yer arasında 1 km məsafə olmuşdur. Sürücü yalan ifadə verir, görüntülər sübutdur, sürücü sərxoş halda avtomobili idarə edərək müəyyən məsafəyə qədər gətirmiş, barəsində inzibati iş aparılan şəxsin piknik etdiyi və avtomobili saxlanıldığı dediyi yer ilə onun tərəfindən həmin avtomobilin saxlanılmış yer arasında təxminən 400-500 metr aralıq məsafəsi vardır. Həmçinin onlar tərəfindən qeydə alınmış video görüntüdə stop nişanı da düşmüşdür. Lakin sürcünün göstərdiyi yerə baxış keçirilən zaman orada belə bir nişanın olmaması aşkar edilmişdir. Protokolu müdafiə edərək Şəxs qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs İXM-in 327.3, 332.1 və 343.2-ci mаddələri ilə özünü təqsirli bilməyərək göstərdi ki, 12 iyul 2024-cü il tarixdə öz ailə üzvləri və dostu Şahid və onun ailə üzvləri ilə birlikdə qardaşına məxsus avtomobillə istirahət etmək üçün Göygöl rayonu Yeni Zod kəndinin ərazisinə getmişlər və yolun kənarında avtomobili saxladıqları yerdə piknik etmişlər. Avtomobil qardaşının adına olmuş və avtomobili o idarə etmişdir. Qardaşı onları düşürdükdən sonra avtomobili onların yanında yolun kənarında saxlayıb özü yol maşını ilə geri qayıtmışdır. Onlar axşam saat 11 radələrində qardaşına zəng edərək gəlib onları aparmasını istəmişdir. Onlar həmin yerdə hava soyuq olduğu üçün maşında əyləşmişlər və yolun kənarında dayanmışlar. Həmin vaxt yol polis əməkdaşlarının avtomobilinin işıqları onların gözlərinə düşmüşdür. Həmin vaxt polis əməkdaşları gəlib özlərini təqdim edərək içkili olub olmadıqlarını soruşmuşlar. Onlar içkili olmalarını lakin, avtomobili idarə etmədiklərini avtomobili idarə etmək üçün ayıq sürücünü gözlədiklərini bildirmişlər. Yol polisi əməkdaşı Nümayəndə onu xidməti avtomobilə mindirmiş digər polis əməkdaşı Vüsal Bayramov isə qardaşına məxsus avtomobili idarə edərək Sarısu polis bölməsinə gətirmişlər. Bundan 5 dəqiqə çəkməmiş onun qardaşı gəlmişdir. Daha sonra onu rayon polis şöbəsinə gətirərək ordan X3 aparmışlar. O həkim müayinəsindən imtina edərək avtomobili idarə etmədiyi halda nə səbəbə həkim müayinəsindən keçməsini bildirmişdir. Orda müayinədən imtina edilməsi barədə sənəd vermişlər. Qayıdanda polis əməkdaşı Vüsal Bayramov azpetrolda maşından düşmüşdür. Digər polis əməkdaşı Nümayəndə onu şöbəyə gətirmişdir. Yolda Asəf ona 400 manat təşkil edərsə avtomobili çıxardacağını ona bildirmişdir. O isə pulunun olmamasını bildirmişdir. Avtomobilin duracağa təhvil verilməsi barədə heç bir akt tərtib etməmişlər. Əlavə olaraq bildirmişdir ki, o müayinədən keçməkdən imtina etmişdir. Onlar həmin vaxt araq içmişlər, lakin nə qədər içki içməsini xatırlamır. Avtomobildə 4 uşaq, 2 qadın o, dostu, qardaşı olmaqla gedəndə 9 nəfər olmuşlar. Onun uşaqlarının 5-6 yaşı, dostu Vasifin uşaqları isə 1-3-cü siniflədə oxumuşdur. Qayıdanda qardaşı olmamış və əlavə özü ilə maşın gətirmişdir. Avtomobili idarə etmək fikri olmamışdır. Onun sürücülük hüququ olsa da qardaşının avtomobilini idarə etmək üçün etibarnaməsi olmamışdır. Qardaşı uşaqların yaşı az olması səbəbindən avtomobili onların yanında qoyub getmişdir. Onlar oturduqları yerdə asvaltın kənarında avtomobili saxlamışlar. Onlar avtomobildə əyləşib qardaşını gözləyərkən o sükanın arxasında oturmuşdur, gecə olduğundan avtomobilin işıqlarını yandırmışdır, ancaq avtomobili idarə etməmişdir. Onlar pikniki də avtomobilin yanında etmişlər. Onlar olduğu yer bağ ərazisi olsa da orada yerləşən villaya görə həmin yerə asvalt yol çəkilmişdir. O avtomobili idarə etmədiyi üçün müayinədən keçməkdən imtina etmişdir. Onları polis əməkdaşları saxladığı yerdə piknik etmişlər və avtomobili 1 addım belə olsun yerini dəyişməmişlər. Onlar polisə pul təklif etməmişlər. Videogörüntülərə müdaxilə edilib, görüntülərin bəzi yerlərində səs yoxdur. Video görüntüdə olan qardaşına məxsus avtomoilinin yaxın vuran işıqları onun tərəfindən qoşulmuşdur. O polis əməkdaşları tərəfindən təqdim edilmiş video görüntü ilə razı deyil belə ki, həmin görüntüyə müdaxilə edilmiş və yol polis əməkdaşının ondan rüşvət istəməsi hissəsi düşməmişdir və onlar bu barədə aidiyyatı orqanlara şikayət etmişlər. Yol polis əmkdaşı məhkəmədə düzgün danışmır, ondan rüşvətdə istəmişdir. O nəqliyyat vasitəsini idarə etməmişdir. O, özünü təqsirli hesab etmədiyindən barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid bildirdi ki, 12 iyul 2024-cü il tarixdə X2 məxsus avtomobillə o, ailə üzvləri və İmdadın ailə üzvləri ilə birlikdə alma bağı adlanan əraziyə getmişlər. Gedəndə avtomobili Nicat idarə etmişdir. Avtomobili yolun kənarında saxlayaraq özləri ağacın altında oturub istirahət etmişlər. Nicat onları düşürdükdən sonra işi olmasını bildirib, avtomobili orda qoyub qayıtmışdır. Onlar həmin gün gün ərzində ailə olaraq istirahət etmişlər. Onlar spirtli içki qəbul etmişlər və evə qayıtmaq istəyərkən Nicatı zəng edib çağırmışlar. Onlar Nicatı gözləyərkən ailə olaraq avtomobildə oturmuş və dayanmışlar. Bu zaman polis əməkdaşları Vüsal və Asəf onlara yaxınlaşmışlar və onlardan içkili olub-olmamalarını soruşmuşlar. Bu vaxt onlar içkili olmalarını bildrimişər lakin avtomobili idarə etməmişlər. İmdad avtomobili idarə etməmişdir. Yalnız avtomobilin işıqlarını yandırmışdır. Əlavə olaraq bildirdi ki, onun 3 uşağı və İmdadın 2 uşağı var. Onlar Nicatla birlikdə 10 nəfər olmuşlar. Onun uşaqlarının 7-8-9 yaşları var və uşaqları qucaqlarına alaraq qeyd oluna yerə getmişlər. Onlar alma bağı adlanan əraziyə təxminən saat 10-11 radələrində getmişlər. Onlar 1 litrlik sipirtli içki alasalar da İmdadla ikisi tam içə bilməmişlər. Onlar avtomobili saxladıqları yerdə yolun alt tərəfində piknik etmişlər və avtomobilin yerini dəyişməmişlər. Onlar avtomobili heç bir hərəkət etdirməmişlər. Onların avtomobili saxladıqları yerdən alt yerdə oturmaq üçün yer var. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli 2810/2024 nömrəli sərxoşluq vəziyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs müayinədən keçməkdən imtina etmişdir. İşdə olan video görüntüyə baxış keçirərkən müəyyən edilmişdir ki, Göygöl Rayon YPX-nin xidməti avtomobili Göygöl-Toğanalı yolundan Şəxs avtomobili saxladığı ara yola dönərkən, həmin ərazidə stop nişanın və yaşayış evinin olması, Şəxs avtomobilin uzaqvuran işıqlarını yandırması və polis əməkdaşlarının ona yaxınlaşması, həmin vaxt bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs içkili vəziyyətdə olması və bunun özünün də etiraf etməsi, sürücü Şəxs alkotesterlə müayinə etmək etmək üçün dəvət edilməsi, lakin etiraz edərək müayinədən imtina etməsi məlum olur. Məhkəmə tərəfindən inzibati xətanın aşkar edildiyi yerə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilmiş və keçirilmiş baxış mobil telefon vasitəsilə qeydə alınmışdır. Məlum olmuşdur ki, Şəxs ailə üzvləri ilə birlikdə istirahət etdikləri və avtomobili saxladıqları yer olaraq göstərdikəri ərazi polis əməkdaşlarının onları saxladığı yerdən təxminən 400-500 metr məsafədə və Göygöl-Toğanalı yolundan isə təxminən 500 və 600 metr aralıda yerləşir. Göygöl Rayon YPX-nin xidməti avtomobili Göygöl-Toğanalı yolundan Şəxs avtomobili saxladığı ara yola dönərkən Şəxs avtomobilin uzaqvuran işıqlarının yandırmış vəziyyətdə olması aşkarlandığı yerədək məsafə təxminən 100-150 metr məsafə vardır və həmin ərazidə stop nişanı və yaşayış evi yerləşmişdir. Şəxs avtomobili saxladığı yerdən Göygöl Rayon YPX-nin əməkdaşlarının göstərdiyi ərazinin görünməsi mümkün deyildir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-nin 332.1, 343.2 və 329.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 343.2 və 329.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Şəxs barəsində başlanılmış İXM-nin 332.1, 343.2 və 329.3-cü maddələri ilə inzibati iş üzrə təqsirli bilməməsi barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş üzrə tərəflərin məhkəmə iclasında verdikləri izahatları və tədqiq edilmiş sübutlarla xx.xx.2024-cü il tarixdə «HYUNDAİ İ30 minik» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsinə sahiblik hüququ olmadan idarə etməsi, işıq cihazlarıdan istifadə qaydalarını pozması, spirtli içki qəbul etmiş olması və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etməsi hallarına yol vermişdir. Belə ki, onun idarə etdiyi avtomobildə saxladığı yerlə onun göstərdiyi əraziyə məhkəmə tərəfinən proses tərəflərinin iştirakı ilə baxış keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, Şəxs ailə üzvləri ilə birlikdə istirahət etdikləri və avtomobili saxladıqları yer olaraq göstərdikəri ərazi polis əməkdaşlarının onları saxladığı yerdən təxminən 400-500 metr məsafədə və Göygöl- Toğanalı yolundan isə təxminən 500 və 600 metr aralıda, Göygöl-Toğanalı yolundan isə təxminən 500 və 600 metr aralıda yerləşmişdir. Göygöl Rayon YPX-nin xidməti avtomobili Göygöl-Toğanalı yolundan Şəxs avtomobili saxladığı ara yola dönərkən Şəxs avtomobilin uzaqvuran işıqlarının yandırmış vəziyyətdə olması aşkarlandığı yerədək məsafə təxminən 100-150 metr məsafə vardır və həmin ərazidə stop nişanı və yaşayış evi yerləşmişdir. Şəxs avtomobili saxladığı yerdən Göygöl Rayon YPX-nin əməkdaşlarının göstərdiyi ərazinin görünməsi mümkün deyildir. Həmçinin Şəxs məhkəmədə verdiyi ifadəsinə qardaşına məxsus «HYUNDAİ İ30 minik» markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsinə sahiblik hüququ olmamasını etiraf etmiş, yol-polis əməkdaşları tərəfindən məhkəməyə təqdim edilmiş cd diskdə olan görüntülər tədqiq edilərkən, bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs içkili vəziyyətdə olması və bunun özünün də etiraf etməsi, sürücü Şəxs alkotesterlə müayinə etmək üçün dəvət edilməsi, lakin etiraz edərək müayinədən imtina etməsi məlum olmuşdur. Qeyd olunan hallar onu deməyə əsas verir ki, qeyd edilən avtomobil Şəxs tərəfindən nəqliyyat vasitəsinə sahiblik hüququ olmadan və içkili vəziyyətdə idarə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə 30 (otuz) manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 343.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi. texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsində göstərilir ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 343.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, daha ağır inzibati tənbeh nəzərdə tutulan Azərbaycan Respublikası İXM-nin 343.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğdə cərimə edilməsi, inzibati tənbehin məqsədlərinə çatmaq baxımından onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130, 329.3, 343.2 və 332.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərаrа аldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 332.1-ci və 343.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 343.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-264/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-264/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver