Məhkəmə qərarları › İş №3(066)-265/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-265/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-265/2024 06.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi,barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1964-cü ildə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Göygöl şəhəri, S.Hacıyev küşəsi ev 57-də qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 327.2 və 327.8-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddələri ilə inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən X3 xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində X2 adına rəsmiləşdirlmiş, lakin özünə məxsus olan, etibarnamə və BC138354 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi «Vaz 21043 Minik» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl şəhəri, A.Hacıyev küçəsi ilə hərəkətdə olan zaman Göygöl RPŞ-nin yanında olan işıqforun yaşıl işığından sola Sabir küçəsinə sola dönmə siqnalını işə salaraq qarşıdan düzünə hərəkətdə olan Murovey markalı üzərində dövlət qeydiyyat nişanı olmayan motosikiletin gəldiyini görmədiyi üçün hərəkətini davam etdirib dönərkən Moruvey markalı nəqliyyat vasitəsi onun idarə etdiyi avtomobilin sağ ön qanadına dəymiş və Murovey markalı nəqliyyat vasitəsini idarə edən və adı sonradan ona məlum olan Azər adlı şəxsin idarə etdiyi nəqliyyat vasitəsindən yıxılaraq xəsarət almışdır. Daha sonra polis əməkdaşları onlara yaxınlaşmış və polis əməkdaşları Azəri dərhal tibbi yardım alması üçün Göygöl RMX-na aparmışlar. Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı xəsarətin olub-olmamasının yoxlanılması, olduğu halda ağırlıq dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilərək müayinəyə təqdim edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 305 nömrəli rəyindən məlum olmuşdur ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində sağ qaş və sol qulaq nahiyələrinin yaraları, alın nahiyəsinin sıyrığı, sağ əl və sol bazu oynağı nahiyələrinin qançırları bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir müayinə olunanın dediyi vaxtda şəraitdə əmələ gəlməyə uyğundurlar. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. Bununla da, X3 Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 izahatında göstərdi ki, o, həmin yol nəqliyyat hadisəsinin qarşıdan düzünə hərəkətdə olan Murovey markalı üzərində dövlət qeydiyyat nişanı olmayan motosikiletin gəldiyini görmədiyi üçün törətmişdir. Hazırda əməlindən peşmsan olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddələrinin tərkibi vardır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokoldan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəəks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozmaqla yol nəqliyyat hadisəsi törətmiş və 327.8-ci maddələrinə əsasən yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirməsinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2 və 327.8-ci maddələri maddələrinə əsasən inzibati protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 (yüz) manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsində göstərilir ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, daha ağır inzibati tənbeh nəzərdə tutulan Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə edilməsi, inzibati tənbehin məqsədlərinə çatmaq baxımından onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106-119, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərаrın icrаsı Göygöl rayon İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar