Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-266/2024 23.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 barəsində inzibati xəta haqqında iş aparılan Şəxs iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, sahibkarlıq fəaliyyəti ilə məşöul olan, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Göygöl rayon Prokurorluğundan daxil olmuş inzibati xətaya dair materiala Göygöl Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş aparılan Şəxs 22 iyul 2024-cü il tarixdə, saat 22:00 radələrində Göygöl rayonu Toğana yolunda səs-küy salaraq, ünvansız söyüşlər söyməklə, nalayiq ifadələr işlədərək, ucadan səs-küy salaraq, icitimai qaydanı pozmuş, həmin vaxtı ictimai qaydanı mühafizəsi vəzifələrini icra edən Göygöl rayon polis şöbəsinin əməkdaşlarının qanuni tələblərinə riayət etməmiş və bu zəmində polis əməkdaşları ilə mübahisə yaratmış, uca səslə danışaraq qarşılıqlı davranış və əxlaq normalarını pozmaqla ictimai qaydanı pozmuşdur.. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verib göstərdi ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla ünvan 1 ünvanında yaşayır. 22 iyul 2024-cü il tarixdə, saat 22:00 radələrində ailə üzvüləri ilə birlikdə oğlu X3 idarə etdiyi **-XT-*** dövlət qeydiyyatlı avtomobil ilə Göygöl rayonu Toğana yolu ilə istirahətdən qayıdarkən, həmin yolun Göygöl rayonu Aşıqlı kəndi ərzisindən keçən hissədə Göygöl rayon polis şöbəsinin DYB-nin əməkdaşları oğlunun idarə etdiyi **-XT-*** dövlət qeydiyyatlı avtomobil saxlatmışlar. Onlar oğluna döngədə avtomobilin sayrışan işıqlarından istifadə etməməsini, sərnişin kimi isə onun təhlükəsizlik kəmərindən istifadə etməməsini əsas gətirərək, onunla mübahisə etmişlər. DYB-nin əməkdaşları oğlunu avtomobilin arxa hissəsinə çəkməsinə görə o da avtomobildən düşmüş, DYB-nin əməkdaşlarına öz iradlarını bildirmişdir. DYBnin əməkdaşları əlavə kömək çağırmış və ora gələn Göygöl rayon polis şöbəsinin əməkdaşları onu və ailə üzvülərini təhqir etmişlər. Həmin vaxtı o, ictimai qaydanı pozmamış və Göygöl rayon polis şöbəsinin əməkdaşlarına qarşı kobudluq etməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində göstərdi ki, o, Göygöl RPŞ-də DYB-ndə polis nəfəri işləyir. 22 iyul 2024-cü il tarixdə, saat 22:00 radələrində Göygöl rayonu Toğana yolunun Göygöl rayonu Aşıqlı kəndi ərzisində xidməti vəzifələrini yerinə yetirərkən X3 idarə etdiyi **-XT-*** dövlət qeydiyyatlı avtomobil ilə hərəkətdə olarkən dönmə əməliyyatı zamanı təhlükəsizlik kəmərindən və işıq sistemindən istifadə etməməsinə görə onun tərəfindən saxlanılmışdır. O, sürücü X4 qayda pozuntusunu izah etmək istədikdə avtomobilin sərnişini olan Şəxs avtomobildən düşərək onun üzərinə gələrək onun və polisin ünvanına nalayiq ifadələr işlədərək, söyüş söymüş və onun sinəsindən itələmişdir. Onlar Şəxs sakitləşdirmək istəsələrdə Şəxs sakitləşməmiş, öz hərəkətlərini davam etdirmişdir. Ona görə də məcbur olaraq Göygöl RPŞ-dən kömək üçün əlavə post patrul naryadını çağırmışlar. Şəxs yenədə ictimai qaydanı mühafizəsi vəzifələrini icra edən Göygöl rayon polis şöbəsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Həmçinin göstərdi ki, **-XT-*** dövlət qeydiyyatlı avtomobilin sürücüsü X6 onun bildirdiyi qayda pozuntları ilə razılaşmış və bu barədə olan protokola da imzalamışdır. Məhkəmə iclasında iştirak edən şahid X5 oğlu ifadəsində göstərdi ki, o, Göygöl RPŞ-nin PPX-də polis nəfəri işləyir. 22 iyul 2024-cü il tarixdə, saat 22:00 radələrində Göygöl RPŞ-də xitmətdə olarkən Göygöl rayonu Toğana yolunun Göygöl rayonu Aşıqlı kəndi ərzisində vətəndaşların Göygöl RPŞ-də DYB-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmamasına görə kömək üçün ora getmişlər. Həmin yerə çatdıqda isə sonradan tanıdığı Şəxs səs-küy salaraq, nalayiq ifadələr işlətməsinin şahidi olmuşlar. Onlar da Şəxs sakitləşdirmək, intizama dəvət etmək istəsələrdə Şəxs sakitləşməmiş, öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə işə baxılan zaman inzibati xəta tərətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli, təqsirinin dərəcəsini, qərəzli olmasını nəzərə alaraq, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs cəzasının təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. X7 barəsində olan inzibati həbsin müddəti 23 iyul 2024-cü il tarixdə, saat 17:55-dən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №3(066)-266/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-266/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver