Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-268/2024 24.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi və Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 barəsində inzibati icraat aparılan X6 iştirakı ilə, xx xxx 1993-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, Göygöl rayonu Topalhəsənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X11 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Göygöl rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Göygöl rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göygöl rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(066)-458/2022 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən, 15 mart 2022-ci il tarixdən hesablanmaqla, 29 may 2014-cü il təvəllüdlü X7 və 20 sentyabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 hər ay, hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, 300 (üç yüz) manat məbləğində aliment X5 ödəməli olduğu halda, ödəməmiş, ümumilikdə 4120 ( dörd min yüz iyirmi) manat aliment borcu yaranmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilsə də, X1 məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Buna görə də Göygöl rayon İcra və probasiya şöbəsi tərəfindən X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 24 iyul 2024cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan X11 vermiş olduğu izahatında göstərdi ki, o, Göygöl rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(066)- 458/2022 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən 29 may 2014-cü il təvəllüdlü X7 və 20 sentyabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay, hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, 300 (üç yüz) manat məbləğində aliment X5 ödənilməlidir. Lakin işləmədiyi, maddi imkanı aşağı olduğu üçün borcunu ödəməmişdir. Borcunu tez bir zamanda ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 məhkəmə iclasında göstərdi ki, Göygöl Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(066)-458/2022 saylı qətnaməsinə və icra icra sənədi 05 may 2022-ci icraata daxil olduqdan sonra X1na tələbin könüllü icrası barədə 05 may 2022-ci il tarixli bildiriş, icraata başlamaq haqqında qərar göndərilmişdir. X6 hal-hazırda X3 1700 (min yeddi yüz) manat aliment borcu yaranmışdır. X1 heç bir yerdə işləmədiyini bəhanə gətirərək məhkəmə qətnaməsinin icrasından qəsdən boyun qaçırmaqla yaranmış olan borcunu hal-hazırda ödəyə bilməyəcəyini bildirmişdir. İş materillarında olan Göygöl Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(066)-458/2022 saylı qətnaməsi və icra vərəqəsindən məlum olur ki, 15 mart 2022-ci il tarixdən hesablanmaqla, 29 may 2014-cü il təvəllüdlü X7 və 20 sentyabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 15 mart 2022-ci il tarixdən hesablanmaqla, X4 hər ay, hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, 300 (üç yüz) manat məbləğində aliment X5 ödənilməlidir Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 bu xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 24 iyul 2024-cü il tarixdən, saat 14:25-dən hesablansın. Qərarın icrası Göygöl rayon Polis şöbəsinə həvalə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(066)-268/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-268/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver