Məhkəmə qərarları › İş №3(066)-270/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-270/2024

27.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-270/2024 27.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 barəsində inzibati xəta haqqında iş aparılan Şəxs iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Göygöl rayon Prokurorluğundan daxil olmuş inzibati xətaya dair materiala Göygöl Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş aparılan Şəxs 26 iyul 2024-cü il tarixdə, saat 21:00 radələrində Göygöl şəhəri D.Verdiyev küçəsində səs-küy salaraq, ünvansız söyüşlər söyməklə, nalayiq ifadələr işlədərək, ucadan səs-küy salaraq, icitimai qaydanı pozmuş, onun intizama dəvət edən Göygöl rayon polis şöbəsinin əməkdaşlarının qanuni tələblərinə riayət etməmiş və bu zəmində polis əməkdaşları ilə mübahisə yaratmış, uca səslə danışaraq qarşılıqlı davranış və əxlaq normalarını pozmaqla ictimai qaydanı pozmuşdur.. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verib göstərdi ki, o, Göygöl şəhəri D.Verdiyev küçəsi ev 29-də yaşayır. 26 iyul 2024-cü il tarixdə, saat 21:00 radələrində ailədaxili münaqişə ilə əlaqədar DİN 102 xitmətinə zəng etmiş, polis əməkdaşları onu Göygöl rayon Polis şöbəsinə dəvət etmiş, o, bundan əsəbləşib, küçədə polis əməkdaşı ilə mübahisə etmişdir, nalayiq ifadələr işlətmişdir. O, polis əməkdaşına tabe olmamışdır. Həmin vaxtı çox əsəbləşdiyindən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Hal-hazıra əməlindən peşman olmuşdur. Ağır formada şəkər və dialez xəstəsidir. Bunları nəzərə almağı xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində göstərdi ki, o, Göygöl RPŞ-də təhqiqatşı işləyir. 26 iyul 2024-cü il tarixdə, saat 21:00 radələrində xidməti vəzifələrini yerinə yetirərkən, Şəxs yaşadığı ünvana getmişdir. Həmin vaxtı Şəxs yaşadığı küçədə səs-küy salaraq, ünvansız söyüşlər söyməklə, nalayiq ifadələr işlədərək, ucadan səs-küy salaraq, icitimai qaydanı pozmuş, onu ictimai qaydanı mühafizə tədbiri olaraq intizama dəvət etmiş olsalar da onların qanuni tələblərinə Şəxs onlara tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X2 da X3 göstərdiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə işə baxılan zaman inzibati xəta tərətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli, təqsirinin dərəcəsini, qərəzli olmasını nəzərə alaraq, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərаrın icrаsı Göygöl rayon İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar