Məhkəmə qərarları › İş №3(066)-270/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-270/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-270/2025 04.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 iştirakı ilə, X3 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək Gəncə Şəhər DYPŞ-nin YPX-i inspektoru X2 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 12:10 radələrində idarə etdiyi **-KP-*** d.q.n-lı Hyundai Grandeur markalı avtomobilini heç bir işıq cihazından istifadə etmədiyi halda Yol polisi əməkdaşları saxlatmışlar və avtomobilinin duman işıqlarını, yaxın vuran işıqlarını və uzaq vuran işıqlarını yandırmağı tələb etmişlər və daha sonra bildirmişlər ki, uzaq vuran işıqları normativ tələblər pozulmaqla qurraşdırılmışdır. O buna etirazını bildirsə də polis əməkdaşları onun avtomobilini Gəncə Şəhər Yol Polisi İdarəsinin mühafizə olunan duracağına yerləşdirmişlər. Azərbaycan Respublikasının İXM-nin 96-cı Maddəsi Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi Azərbaycan Respublikasının İXM-nin 96.1.5-ci maddəsi nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda. İXM-nin 101.1-ci maddəsi İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Lakin onun barəsində protokol beş saatdan sonra tərtib edilmişdir. İXM-nin 8-ci Maddəsinə əsasən Təqsirsizlik prezumpsiyası prinsipi 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Onu da əlavə olaraq qeyd edir ki, Gəncə şəhəri ərazisində yüzlərlə Hyundai Grandeur markalı avtomobil var və hər birində qeyd edilən işıqlar var, o həmin avtomobilə normativ tələbləri pozmaqla müdaxilə edib heç bir işıq çəkməmişdir, avtomobili o alandan həmin işıqlar avtomobilin üzərində olmuşdur. Normativ tələbi pozmaq o deməkdir ki, bu avtomobilə həmin işıqlar nəzərdə tutulmasın. Bundan başqa həmin avtomobilin kitabında da qeyd edilir ki, bu avtomobil üçün H7 lampa tipi istifadə edilməlidir. Məhkəmə iclası zamanı inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 məhkəməyə ərizə təqdim edərək Göygöl Rayon Məhkəməsinin icraatında olan 3(066)-270/2025 saylı işə aidiyyatı qaydasında baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət baxılması üçün aidiyyəti üzrə düzgün verilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. - 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Şikayətdən və əlavə edilmiş sənədlərdən görünür ki, X4 inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən xətanı Gəncə Şəhər Dövlət X8 ərazisində törətmişdir. Odur ki, xətanın törədildiyi yer Gəncə şəhəri hesab olunur və həmin yer Göygöl Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Hazırkı halda məhkəmə hesab edir ki, şikayət xətanın törədildiyi yer üzrə verilmədiyindən, həmçinin şikayət verən şəxsin ərizəsini nəzərə alaraq şikayət ərizəsinə tam, obyektiv və hər tərəfli baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. - 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 110, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Gəncə Şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar