Məhkəmə qərarları › İş №3(066)-271/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-271/2025

09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-271/2025 09.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X3 iclas katibliyi, təqdimatı vermiş orqan Göygöl Rayon Prokurorluğunun nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X5 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.1980-ci ildə Göygöl rayonu Quşqara kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Göygöl rayonu Quşqara kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Göygöl Rayon Prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 198.3-cü maddələri ilə başladılmış inzibati xəta haqqında iş üzrə icraata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən fiziki şəxs Şəxs barəsində AR İXM-in 192.1 və 198.3-cü maddələsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması, qərar və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, fiziki şəxs Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid1 2024-cü ilin oktyabr ayının əvvəllərindən 27 oktyabr 2024-cü il tarixədək Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən mebel təmiri sexində taxta kəsən dəzgahda taxta kəsmə və digər işlərə cəlb etmiş, həmçinin texniki təhlükəsizlik qaydalarına riayət etməli və sexdə təhlükəsiz iş şəraitinin yaradılmasına cavabdeh olan şəxs kimi 12.2.003-91 "istehsalat avadanlığı’’ DÜST-nın 1.2ci bəndinin 5, 8-ci abzaslarının, 2.1, 2.1.5-ci bəndlərinin tələblərinə əsasən təhlükə mənbəyi olan hərəkətli hissəsinə işçinin toxunmasını istisna edən, yaxud zədələnmələrin qarşısını alan qoruyucu vasitələrlə təmin edilməmiş taxta kəsən dəzgahın istismarına yol verməməli olduğu halda, qeyd edilən tələbləri yerinə yetirmədiyindən həmin sexdə taxta kəsmə və digər işlərə cəlb etdiyi Şahid1 27 oktyabr 2024-cü il tarixdə taxta kəsən dəzgahda taxta kəsərkən sağ əlinin taxta kəsən dəzgahın kəsici hissəsinə ilişməsi nəticəsində dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid "sağ əlin İV-V barmaqlarının travmatik amputasiyası, sağ əlin ll-llİ barmaqlarının kəsilmiş yaraları” xəsarətlərini almış, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyinin pozulması və 198.3-cu maddəsində nəzərdə tutulmuş əməyin mühafizəsi qaydalarının pozulması inzibati xətalarını törətmişdir. Qeyd olunanlar Şahid1, Şahid2 və Qanuni nümayəndə izahatları, hadisə yerinə baxış aparılması haqqında protokol, məhkəmə-tibbi ekspertizasının 20 noyabr 2024-cü il tarixli, 684 nömrəli və məhkəmə texniki-təhlükəsizlik ekspertizasının 08 may 2024-cü il tarixli, 10/2058 nömrəli rəyləri ilə öz təsdiqini tapmışdır. Şəxs izahatında qeyd edilən sexi işlətmədiyini göstərsə də, izahatları alınmış Şahid1, Şahid2 və Qanuni nümayəndə izahatları, eləcə də digər sübutlarla Şəxs həmin sexi işlətməsi öz təsdiqini tapmışdır. Şahid1 izahatında göstərmişdir ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində atası Qanuni nümayəndə məxsus mebel təmiri sexi vardır. Əvvəllər atası Nazim həmin sexi özü işlətsə də səhhətində problemlər olduğu üçün sonradan işləməmiş, sex istifadəsiz qalmışdır. 2024-cü ilin oktyabr ayında mebel təmiri işi ilə məşğul olan şəxs kimi tanıdığı həmkəndlisi Şəxs atası Qanuni nümayəndəla şifahi razılığa gələrək sexi işlətməyə başlamış, bu müddətdə o gündəlik 15-20 manat ödəniş qarşılığında Şəxs köməklik etmişdir. 27 oktyabr 2024-cü il tarixdə o, sexdə yerləşən dəzgahda taxta kəsərkən sağ əlinin dəzgahın kəsici hissəsinə ilişməsi nəticəsində xəsarət almışdır. Material üzrə izahatları alınmış Şahid2 və Məmmədov X2 Emin Nazim oğlu ilə oxşar məzmunlu izahatlar verərək sonuncunun izahatında göstərilənləri təsdiq etmişdirlər. Məhkəmə-tibbi ekspertizasının 20 noyabr 2024-cü il tarixli, 684 nömrəli rəyində göstərilmişdir ki, azyaşlı Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əlin İV-V barmaqlarının travmatik amputasiyası, sağ əlin ll-lll barmaqlarının kəsilmiş yaraları - kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə texniki-təhlükəsizlik ekspertizasının 08 may 2024-cü il tarixli, 10/2058 nömrəli rəyində göstərilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar, 12.2.003-91 "İstehalat avadanlığı” DÜSTnın 1.2-ci bəndinin 5, 8-ci abzaslarının, 2.1, 2.1.5-ci bəndlərinin tələbləri pozulmuşdur kı, bu da hadisənin baş verməsinin texniki səbəbi olmuşdur. Göygöl rayonu, Quşqara kəndində Şahid1 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən mebel sexində, təhlükə mənbəyi olan hərəkətli hissəsinə işçinin toxunmasını istisna edən, yaxud zədələnmələrin qarşısını alan qoruyucu vasitələrlə təmin edilməmiş taxta kəsən dəzgahın istismarına yol verildiyinə görə, 12.2.003-91 “İstehalat avadanlığı" DÜST-nın 1.2-ci bəndinin 5, 8-ci abzaslarının, 2.1, 2.1.5-ci bəndlərinin tələbləri sexdə təhlükəsiz iş şəraitinin yaradılmasına cavabdeh olan şəxs tərəfindən pozulmuşdur (konkret şəxs istintaq tərəfindən müəyyən edilə bilər). Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, zərərçəkmiş Şahid1 tərəfindən qayda və təlimatların pozulması halı müəyyən edilmir. “X1 Sistemi”ndə Şəxs işəgötürən kimi Şahid1 ilə emək müqaviləsi bağlamasına dair məlumat aşkar edilməmişdir Məhkəmə iclasında təqdimatı vermiş orqan Göygöl Rayon Prokurorluğunun nümayəndəsi X6 inzibati xəta haqqında iş materiallarında göstərilənləri müdafiə edərək təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, mebel ustasıdır, özünün sexi yoxdur, sadəcə “İnstagram”, “Tik-Tok” kimi sosial şəbəkələrdən sifarişlər götürərək materialları kəsim sexlərinə verib hazırlatdırmaqla məşğul olmuşdur. Daha sonra zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə kəsim işlərini görə biləcəyini ona bildirmişdir. Bundan sonra o, sifariş olunan mallar üçün laminatların birini 5 manatdan Qanuni nümayəndə kəsilməsi üçün vermiş, aralarında hər hansı müqavilə olmamışdır, Nazim də həmin laminatları özü, oğlu və Emin adlı ustası ilə birlikdə hazır edərək ona təhvil vermişdir. Bir müddət bu şəkildə işlədikdən sonra sexdə işləyən Emin adlı usta onlardan ayrılmışdır. Emin adlı şəxsin yerinə usta tapa bilmədiyi və sifariş olunan malları hazır edə bilmək üçün məcbur olaraq müvəqqəti özü usta kimi sexdə müəyyən işləri görməli olmuşdur. Daha sonra işləri olduğu üçün birgə sifariş götürdüyü yoldaşı Ayxan adlı şəxsdən sifarişlərin çatdırılması ilə bağlı köməklik göstərməsini istəmişdir. Ayxan da razılaşmış, laminatı kəsib verə biləcəklərini bildirmişdir. 1-2 saat keçəndən sonra hadisə ilə bağlı olanları eşitmiş, lakin sexdə olmamışdır. Əlavə olaraq bildirdi ki, Emin onun işçisi olmamış, Eminə günəmuzd olaraq olaraq işləməyi təklif etməmişdir. Sadəcə Emin öz evlərində atası ilə birgə işləmiş, atasına köməklik etmişdir. Onun vergi ödəyicisi kimi fəaliyyəti illər əvvəl dayandırılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında göstərdi ki, sex barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məxsus olmamışdır, həmin şəxs sexə arada bir gəlib kəsinti işləri edib getmişdir. Sex 4-5 ildir ki, fəaliyyətini dayandırmışdır, hazırda fəaliyyət göstərmir. Şəxs ona sifariş olunan malların çatdırılması üçün ustaya ehtiyacı olması ilə bağlı müraciət edən zaman o, Emin adlı usta tanıdığını bildirərək həmin şəxsin nömrəsini Ramala vermişdir. Bundan sonra Emin adlı usta ilə Ramal razılığa gəlmişlər. Emin usta sexdə malları hazır etdikdən sonra Ramal həmin malları sexdən götürüb aparmış, lakin Ramal görülən işlərlə bağlı ustanın pulunu verməmişdir. Beləcə onların arasında narazılıq yaranmışdır. Bununla bağlı o, Ramala müraciət etdikdən sonra Ramal ustanın pulunu vermişdir. O, ağrıdığı zaman Şəxs onun oğlu Şahid1 sexdə müəyyən kəsinti işləri görməsi qarşılığında 20 manat məbləğində pul verməyi təklif etmişdir. Şahid1 də azyaşlı olduğu üçün pula həvəs göstərib təkliflə razılaşmışdır. Həmin vaxtı Şahid1 sexdə laminata kömək edən zaman Şəxs zəng gəlmiş və Ramal getməli olmuşdur. Şəxs sexdən ayrılan zaman Şahid1 stanokun arxasında oturaraq kəsinti işləri görməsini tapşırmış, Ayxan adlı şəxsin də ona kömək edəcəyini bildirmişdir. Şahid1 laminatları doğrayan zaman sexin darvazası açıldığı üçün arxaya çevrilib boylanmış və həmin əsnada stanok sağ əlinin barmaqlarını kəsmişdir. Həmin əsnada uşağın səsinə çölə çıxan zaman görmüşdür ki, oğlunun əli qan içindədir. Dərhal oğlunu Göygöl Rayon Xəstəxanasına aparmış, lakin qəbul edilmədiyi üçün Gəncə şəhərində yerləşən 3 nömrəli xəstəxanaya, oradan isə Beynəlxalq xəstəxanaya aparmış, ən sonda uşağı təkrar 3 nömrəli xəstəxanaya aparmalı olmuşdur. Sabaha kimi uşağın əlinə buzlar qoyulmuş, keyidici vurulmuşdur. Xəstəxanada uşağın əlinin əməliyyat olunması ilə bağlı 3000 manat pul istənilmişdir. O bununla bağlı Şəxs müraciət edən zaman Ramal pulunun olmadığını bildirmiş, özünün bir çarə tapmasını söyləmişdir. O isə qardaşına müraciət etdikdən sonra qardaşı sələmlə pul götürmüş və uşağın əlini əməliyyat etdirmişlər. Hadisə baş verən zaman Şəxs sexdə olmamış, şəhərdə olmuşdur. Həmin vaxtı sexdə işləyən oğlu Emin və Ayxan adlı şəxs olmuşdur. Əlavə olaraq bildirdi ki, sex mütəmadi fəaliyyət göstərməmişdir, sadəcə Şəxs sexə işçilər cəlb edərək müəyyən sifarişləri hazırlatdırıb həmin istehsal edilmiş malları müştərilərinin qapısına yığmışdır. Həmçinin Ayxan adlı şəxs də oğlu Emin kimi şagird olmuş, ustalıqdan anlayışı olmamışdır. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs Şahid1 izahatında göstərdi ki, o sexdən çıxmaq istəyən zaman Şəxs ondan laminatları doğramasını istəmiş bunun qarşılığında ona pul verəcəyini bildirmiş və gələn zəngdən sonra Şəxs sexdən ayrılmışdır. Bundan sonra o, stanokla laminatları doğrayan zaman arxadan kiminsə gəldiyini hiss etmiş və arxaya çevrilib baxan zaman bilmədən stanok əlini kəsmişdir. Əlavə olaraq bildirdi ki, sexə ümumilikdə 1-2 dəfə getmişdir. Atası ilə Şəxs sexin icarəyə götürülməsi və orada sonuncunun sexi işlətməsi barədə məlumatı olmamışdır. Şəxs sexə arada gəlib 1-2 detalı kəsib getmişdir. O, yalnız hadisə yaşanan günü sexdə stanok vasitəsilə iş görmüşdür. İş materiallarında olan: Şahid1 tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, Göygöl rayonu Quşqara kəndində ailəsi ilə yaşayır, Göygöl rayon Quşqara kənd tam orta məktəbin 9-cu sinif şagirdidir, izahat verməsinin səbəbi ona tam aydındır. Onların özünə məxsus evlərinin həyətyanı sahəsində yerləşən mebel təmir sexi vardır. Əvvəllər həmin sexi atası Qanuni nümayəndə işlətmişdir. Sonralar isə atası belində qirija yarandığı üçün işləyə bilməmişdir. Atası işləyə bilməməklə yanaşı əməliyyatlar keçirmişdir və iş qabiliyyətini itirmişdir. Bundan sonra ailəsini dolandırmaq anasının öhdəliyinə düşmüşdür. O da evin dolanışığına kömək etmək qərarına gəlmişdir. Həmin ərəfədə kənd sakini olan Xəyyam kimi tanıdıqları Şəxs atasından sexdə iş görmək üçün müəyyən vaxtlarda icazə almışdır. Ramal da həmin vaxtlarda işlədiyi işə görə atasına 20-30 manat hörmət etmişdir. Həmçinin Ramal işlədiyi vaxtlarda onu çağırıb fəhlə kimi işlədərək ona gündəlik 15-20 manat vermişdir. O, Ramala 2 dəfə kömək etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Ramal gəlib onların qapılarındakı özlərinə məxsus sexdən istifadə edərkən ona işləməyi təklif etmişdir. Onun Ramal ilə razılaşmasına görə Ramal ona 20 manat verməli imiş. Həmin gün ondan başqa bir nəfər kənd sakini olan Arzu adlı şəxsin oğlu Ayxan da onunla işləmişdir. Onlar işləyən zaman Ramal onlara işi olduğunu, Gəncə şəhərinə gedib qayıdacağını deyərək, həmin vaxt ərzində onların taxdaları kəsmələrini istəmişdir. Ramal getdikdən sonra Ayxan ilə o işləməyə başlamışdır. Onlar bir qədər işlədikdən sonra o, “Yatar” adlı texnikanın qarşısında durub taxtanı aparata kəsdirirmiş. Ayxan da həmin kəsilmiş taxtalara digər aparatla kant vururmuş. O işləyən zaman ani vaxtda ehtiyatsızlıq etmiş və taxtanı aparata salan zaman əli mişar daşına keçmişdir. Bir anlıq barmaqlarının kəsildiyini və yerə düşdüyünü, əlindən qan açıldığını görmüşdür. Bundan sonra o qorxaraq qışqırmağa başlamışdır. Bu zaman Ayxan onun yanına gəlmiş və onu qolundan tutaraq sexdən çıxarmışdır. Daha sonra evdə xəstə yatağında olan atası da səsini eşidib evdən çıxıb onu görmüş və həmin vəziyyətdə avtomobillərini idarə edərək onu xəstəxanaya aparmışdır. Qanuni nümayəndə tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, Göygöl rayonu Quşqara kəndində ailəsi ilə yaşayır, onların özlərinə məxsus evin həyətyanı sahəsində yerləşən mebel təmir sexləri vardır. O, əvvəllər həmin sexi özü işlətmişdir. Sonradan belində qrija yaranmışdır və o, iş qabiliyyətini itirmişdir, O, bir neçə dəfə əməliyyat keçirmişdir. O, iş qabiliyyətini itirdiyi üçün sexi işlədə bilməmişdir. Həmin ərəfədə Xəyyam kimi tanıdığı Şəxs onun sexindən istifadə etmək istədiyini və hər istifadə edəndə 20- 30 manat verəcəyini, həmçinin kamunal xidmətləri ödəyəcəyini demişdir. O, Ramalın təklifi ilə razılaşmışdır. Daha sonra Ramal bir neçə dəfə sexindən və aparatlarından istifadə edib zakaz götürdüyü mebelləri hazırlamışdır. Həmin işlədiyi günlərə görə hər dəfəsində ona 20-30 manat verirniş. O, xəstə olub yatdığı üçün Ramal işlədiyi vaxtlarda fəhləsi olmayanda oğlu Eminə də təklif edərək onu işçi kimi işlətmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Ramal sexində işləyən zaman oğlu Emini də özünə fəhlə kimi işlətmişdir. Uşağı işləyən zaman o da evdə yatırmış. Həmin gün oğlu Eminin həyətdə qışqırmağını eşidib birtəhər evdən çölə çıxmışdır. Bu zaman Ayxan adlı şəxsin oğlunun qolundan tutmasını və oğlunun əlinin qanlar içində olduğunu görmüşdür. O dərhal avtomobilini əməliyyatlı formada idarə edib oğlunu xəstəxanaya aparmışdır. Şahid2 tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, Göygöl rayonu Quşqara kəndində ailəsi ilə yaşayır, izahat verməsinin səbəbi ona tam aydındır. O, Xəyyam kimi tanıdığı həmkəndlisi Şəxs ilə birlikdə mebel təmiri işləri görmüşdür. Həmin işə görə Ramal ona qazancın 40 faizini verirmiş. Şəxs özünün mebel təmir sexi yoxdur, Ramal iş olduqca onu çağırmış, ya kiminsə sexində işləri görürmüşlər, ya da sifariş verənin ünvanında iş görmüşlər. O, Ramal ilə birlikdə işləyən zaman Ramal həmkəndlisi Qanuni nümayəndə ilə danışaraq onun həyətyanı sahəsində yerləşən mebel təmir sexindən istifadə etməyə razılıq almışdır. Onlar təxminən 10-15 gün Ramalın qəbul etdiyi sifarişləri həmin mebel sexində hazırlamışlar. Həmin sexdən istifadəyə görə Ramal Nazimə hər kəsilən laminata görə beş manat yəni təxminən hər işlədikləri günə görə 20-30 manat verirmiş. Həmçinin, Ramal kammunal xərcləri də ödəyirmiş. Nazimin oğlu Emin xx.xx.2024-cü il tarixdə həmin sexdə iş görürmüş. O isə Eminin kəsdiyi taxtalara bir qədər aralıda başqa texnika ilə kant vururmuş. Həmin vaxt Eminin qışqırtı səsini eşitmş və dərhal işini dayandırıb Eminin yanına getmişdir. O, Eminin yanında olan zaman Eminin əlinin qanlar içində olmasını və işlədiyi texnikanın mişarının Eminin barmaqlarını kəsməsini görmüşdür. Bundan sonra o, Eminə kömək edərək onu sexdən çıxarmışdır. Emin evlərinin həyətində qışqırdığı üçün atası əsa ilə qapıya çıxmış və oğlunun əlinin kəsilməsini görərək avtomobilinə Emini qoyub xəstəxanaya aparmışdır. Şəxs tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, 2024-cü ilin oktyabr ayında Nazim adlı şəxsin mebel sexində onun heç bir fəaliyyəti olmamışdır. O, mebel ustasıdır. Onun istehsal üçün heç bir sexi yoxdur. Ona müştərilər tərəfindən verilən sifarişlərə əsasən qırıq-sökük köhnə mebellərin təmiri sifariş olunmuş, arada yeni mebel sifarişi də olunmuşdur ki, onu da Gəncə şəhərində olan müxtəlif kəsim sexlərinə ölçüləri sifariş etmiş və aparıb müştəriyə təhvil vermişdir. Bir gün Nazim adlı qonşusu ona sexi olduğunu bildirərək ölçüləri verəcəyi halda kəsim işləri görə biləcəyini söyləmişdir. O da Nazimlə razılaşaraq sifariş olunan zaman Nazimə materialları alıb vermiş, Nazim isə həmin materiallar üzərində öz sexində kəsim işləri görmüşdür. Lakin Nazimin həmin işləri kimlərlə birlikdə gördüyünü bilməmişdir. Bir gün Nazim ona zəng edərək onun 14 yaşlı uşağının barmaqlarını kəsdiyini bildirmiş və ondan borc pul istəmiş, o da vermişdir. Daha sonra bir neçə gün keçəndən sonra Nazim ona az-az aldığı borcları ona qaytarmayacağını bildirmiş, onu polisə şikayət etməklə hədələmişdir. Əlavə olaraq bildirmişdir ki, o, heç bir sexi icarəyə götürməmişdir. Hadisə yerinə baxış keçirilməsi ilə bağlı 20 noyabr 2024-cü il tarixli protokolun surətindən görünür ki, Baxış Göygöl Rayonu Quşqara kəndində keçirilmişdir. Baxış zamanı hadisənin baş verdiyi yerin Qanuni nümayəndə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən mebel təmiri sexində olması müəyyən olunmuşdur. Fərdi yaşayış evinin küçədən giriş qapısı qara rəngli olmaqla sarı naxışlıdır, ev 1 mərtəbəli köhnə tikilidir, həyətyanı sahəyə girişdən sonra düz çınqıl daşlı sahə vardır, girişdən sonra açıq balkonu olan ev yerləşir, evdən sonra bir mərtəbəli giriş qapısı paslı boz darvaza olan mebel təmir sexinin içərisində müxtəlif avadanlıqlar və mebel hissələri vardır. Şahid1 əlini kəsən texnika girişdən sağda orta hissədə yerləşir. Həmin aparatın üzərində əşyaları kəsmək üçün mişarı vardır, həmçinin yerdə qan ləkələri qurumuş və tozlanmış halda görsənir. Baxış gündüz vaxtı təbii işıqlandırma şəraitində keçirilmişdir. “Məhkəmə -Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 684 nömrəli ekspert rəyinə əsasən, azyaşlı Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əlin İV-V barmaqlarının travmatik amputasiyası, sağ əlin İİ-İİİ barmaqlarının kəsilmiş yaraları – kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəldiyi, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il rarixə uyğun gəldiyi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edildiyi müəyyən edilmişdir. “Əmək təhlükəsizliyinin tədqiqi ekspertizası” ilə bağlı Məhkəmə Ekspertizasının 08 may 2025-ci il tarixli, HK-1/2381 nömrəli ekspert rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar, 12.2.003-91 "İstehalat avadanlığı” DÜST-nın 1.2-ci bəndinin 5, 8-ci abzaslarının, 2.1, 2.1.5-ci bəndlərinin tələbləri pozulmuşdur kı, bu da hadisənin baş verməsinin texniki səbəbi olmuşdur. Göygöl rayonu, Quşqara kəndində Şahid1 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən mebel sexində, təhlükə mənbəyi olan hərəkətli hissəsinə işçinin toxunmasını istisna edən, yaxud zədələnmələrin qarşısını alan qoruyucu vasitələrlə təmin edilməmiş taxta kəsən dəzgahın istismarına yol verildiyinə görə, 12.2.003-91 “İstehalat avadanlığı" DÜST-nın 1.2-ci bəndinin 5, 8-ci abzaslarının, 2.1, 2.1.5-ci bəndlərinin tələbləri sexdə təhlükəsiz iş şəraitinin yaradılmasına cavabdeh olan şəxs tərəfindən pozulmuşdur (konkret şəxs istintaq tərəfindən müəyyən edilə bilər). Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, zərərçəkmiş Şahid1 tərəfindən qayda və təlimatların pozulması halı müəyyən edilməmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 iyun 2025-ci il tarixli qərara əsasən əməldə cinayət tərkibi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası 39.1.2-ci maddəsinə əsasən 79-c/25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin portal çıxarışından görünür ki, fiziki şəxs Şəxs məxsus ********** nömrəli VÖEN hazırda “fəaliyyətini müvəqqəti dayandırılmış” vəziyyətdədir. 18 iyun 2025-ci il tarixli arayışdan görünür ki, “X1 Sistemi”ndə Şahid1 əmək müqaviləsi məlumatları axtarılarkən bu barədə hər hansı məlumat aşkar edilməmişdir. İnzibati xəta haqqında mаteriаlı аrаşdırılarkən müəyyən оlundu ki, Şəxs bаrəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 198.3-cü maddələri ilə tərtib оlunmuş inzibati materiala əlavə edilmiş sənədlər natamam olduğundan və məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığına görə inzibati iş materialı geri qaytarılmalıdır. Belə ki, Göygöl Rayon Prokurorluğu tərəfindən Şəxs bаrəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 198.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq həmin məcəllənin 198.3-cü maddəsinə münasibətdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə — min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. AR İXM-nin 198.3-cü maddəsinin dispozisiya şərtinə əsasən inzibati xəta hadisəsi “texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs” tərəfindən törədildikdə inzibati xəta tərkibi yaradır. Hazırki halda azyaşlı Şahid1 əməyin mühafizə və texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində sağlamlığına az ağır zərər vurulması işin faktiki halları və əlavə edilmiş sübutlarla təsdiqini tapır. Lakin həmin inzibati xəta hadisə ilə bağlı “texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs” dəqiq müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən tam şəkildə araşdırma aparılmamışdır. Belə ki, Göygöl Rayon Prokurorluğu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 198.3ci maddəsinə əsasən inzibati xətanın törədilməsi ilə bağlı məsul şəxs kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirləndirilsə də, sonuncunun məhz inzibati xəta hadisəsinin baş verdiyi müəssisə-sexdə texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə məsul subyekt olmasına dair kifayət qədər sübut təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı Şəxs vergi ödəyicisi kimi fəaliyyətinin dayandırılmış olması, eyni zamanda nə zərərçəkmiş Şahid1, nə də başqalar ilə əmək müqaviləsinin bağlanmaması, müəssisə-sexin məhz Qanuni nümayəndə razılaşma əsasında Şəxs istifadəsinə keçməsinə dair sübutların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8-ci maddəsinin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta Haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXM-nin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan səxsin, zərərçəkmiş səxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). İnzibati xəta hadisəsinin olub-olmaması, şəxsin həmin xətanın törədilməsinə aidiyyətinin olub-olmaması və inzibati xəta törətməkdə şəxsin təqsiri kimi mühüm məsələlər inzibati icraatda sübut olunmalı olan istisnasız hallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1, 198.3-cü maddələri ilə başlanılmış inzibati material Göygöl rayon Prokurorluğuna geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106- 111-ci maddələrini rəhbər tutaraq, qərаraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1, 198.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Göygöl Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında qərar və ona əlavə edilmiş 1108xid/25 nömrəli iş materialı Göygöl Rayon Prokurorluğuna geri qaytarılsın. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Sədrlik edən:Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar