Məhkəmə qərarları › İş №3(066)-272/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-272/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-272/2024 30.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X2 nümayəndəsi X8 iştirakı ilə, Gəncə şəhər sakini X9 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X2 rəisi Vüqar Zeynalovun iri və xırda buynuzlu heyvanların baytarlıq sanitariya ekspertizasından keçirilməsini təsdiq edən sənədləri olmadan bazara buraxılması və indektikləşdirilməmiş heyvanların satışı həyata keçirilməsi barədə olan 13 iyun 2024-cü il tarixli, MN №1612072 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən etdi: Gəncə şəhər sakini X13 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X2 rəisi iri və xırda buynuzlu heyvanların baytarlıq sanitariya ekspertizasından keçirilməsini təsdiq edən sənədləri olmadan bazara buraxılmış və indektikləşdirilməmiş heyvanların satışı həyata keçirilməsi barədə olan 13 iyun 2024-cü il tarixli, MN №1612072 nömrəli qərarının ləğv edilməsinə dair şikayətindən məlum olur ki, onun barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X2 rəisinin 13 iyun 2024-cü il tarixli, MN №1612072 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 289.0.1-ci və 447.0.2-ci maddəsinə əsasən Göigöl rayonu Qızılca kəndində yerləşən “Mal bazarında” iri və xırda buynuzlu heyvanların baytarlıq sanitariya ekspertizasından keçirilməsini təsdiq edən sənədləri olmadan bazara buraxılmış və indektikləşdirilməmiş heyvanların satışı həyata keçirilmişdir və o buna görə 1600 (bir min altı yüz) manat cərimə edilmişdir.. Həmin qərarla razı deyildir. Halbuki həmin qərar qəbul edilərkən onun sahibkarlıq fəaliyyəti olmamışdır. Belə ki, onun 25 yanvar 2024-cü il tarixdə onun Göigöl rayonu Qızılca kəndində yerləşən “Mal bazarında” sahibkarlıq fəaliyyəti dayandırılmışdır. Həmçinin 24 aprel 2024-cü il tarixli, 24-1-2-2-419-0784-1 nömrəli parotokolun tərtib edilməsindən xəbəri olmamışdır. Ona gprə də 13 iyun 2024-cü il tarixli, MN №1612072 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən X9 nümayəndəsi və vəkili Nümayəndə şikayətdə qeyd edilənləri göstərməklə, 25 yanvar 2024-cü il tarixdən onun Göigöl rayonu Qızılca kəndində yerləşən “Mal bazarında” başqa şəxsin sahibkarlıq fəaliyyət göstərməsini göstərib, 13 iyun 2024-cü il tarixli, MN №1612072 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X2 nümayəndəsi X12 məhkəmə iclasında göstərdi ki, Göygöl rayon Prokurorunun 24 aprel 2024-cü il tarixli, 24-1-2-2-419-0784-1 nömrəli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı müvafiq inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X5 göndərilmişdir. Bundan sonra bölmənin rəisi Vüqar Zeynalovun 03 iyun 2024-cü il tarixli 3-44-4/2- 1705/2024 nömrəli məktubu ilə Göygöl rayon Prokurorunun 24 aprel 2024-cü il tarixli, 24- 1-2-2-419-0784-1 nömrəli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarında vəzifəli şəxs X13 13 iyun 2024-cü il tarixə saat 15:15-ə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X5 dəvət edilmişdir. X7 13 iyun 2024-cü il tarixə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X5 gəlməmişdir. Ona görə də X3 rayon Prokurorunun 24 aprel 2024-cü il tarixli, 24-1-2-2-419-0784-1 nömrəli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarına əsasən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X2 rəisi Vüqar Zeynalovun 13 iyun 2024-cü il tarixli, MN №1612072 nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İXM-nin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1600 (min altı yüz) manat məbləğində cərimə edilmişdir. Həmçinin inzibati xətanın baş verməsi vaxtı yəni 24 mart 2024-cü il tarixdə X4 rayonu Qızılca kəndində yerləşən “Mal bazarında” vəzifəli şəxs kimi fəaliyyət göstərmişdir. Ona görə də şikayətin təmin edilməməsini xahiş etdi. İnzibati materiala əlavə edilmiş Göygöl rayon Prokurorunun 24 aprel 2024-cü il tarixli, 24- 1-2-2-419-0784-1 nömrəli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarından məlum olur ki, Vəzifəli şəxs Vəliyeva ÜlkərQurban qizi (FİN: 4FJ1WDN) - Göygöl rayonu, Qizilca kəndi ərazisində yerləşən iribuynuzlu və xırdabuynuzlu heyvanların alqi-satqısının həyata keçirildiyi, “Mal bazarı” kimi adlandırılan özünə məxsus ticarət obyektində Azərbaycan Respublikasınin “Baytarlıq haqqında" 31 may 2005-ci il tarixli, 922-İİQ nömrəli Qanununun 16.4-cü maddəsinin “Bazarlarda məhsul sahiblərinə ticarət yeri yalnız dövlət baytarlıq-ekspertiza laboratoriyalarının müsbət rəyindən sonra verilə bilər, 16.9-cu maddəsinin “Mülkiyyət formasından asili olmayaraq dövlət baytarlıq nəzarəti və baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparmaq üçün bazarların müdiriyyəti qanunvericiliyə uyğun olaraq baytarliq (baytarlıq-sanitariya) ekspertizası laboratoriyalarına baytarliq normalarına uyğun xidməti otaqlar verməyə və kommunal xərcləri ödəməyə borcludurlar.”, 17.2-ci maddəsinin “Heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmiş, əhalinin sağlamlığıüçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan olan məhsul və xammalın qəbuluna, saxlanması və satışına yol verilir." kimi tələblərini pozaraq, eləca de “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktlarin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2007-ci il tarixli, 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvanların İdentikləşdirilməsinin aparilmasi Qaydalarınin 2.6-ci bəndinin “Heyvanların digər şəxslərə satılması və ya verilməsi identikləşdirmə haqqında şəhadətnamənin həminşəxslərə təqdim edilməsi ilə müşayiət olunmalıdır” kimi tələblərini təmin etməyərək, xx.xx.2024-cü il tarixdə satilmasi üçün ona məxsus ticarət obyektinə (bazara) gətirilmiş 1 baş iribuynuzlu xəstə heyvanin ticarət obyektinə (bazara) buraxılmasına və satılmasına şərait yaradaraq, elecə də həmin ticarət obyektində (bazarda) dövlət baytarlıq nəzarəti və baytarlıq (baytarlıq-sanitariya) ekspertizasi aparmaq ücün qanunvericiliyə uyğun olaraq baytarlıq (baytarlıq-sanitariya) ekspertizasi laboratoriyalarina baytarliq normalarına uyğun xidməti otaqlar verməmiş, bununa da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.1 və 447.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalari törətmişdir. İnzibati materiala əlavə edilmiş 13 iyun 2024-cü il tarixli, MN №1612072 nömrəli inzibati tənbeh vermə haqqında qərardan məlum olur ki, X13 iri və xırda buynuzlu heyvanların baytarlıq sanitariya ekspertizasından keçirilməsini təsdiq edən sənədləri olmadan bazara buraxılması və indektikləşdirilməmiş heyvanların satışı həyata keçirilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.1 və 447.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalari törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 447.0.2-ci maddəsinə əsasən, 1600 (min altı yüz) manat məbləğində cərimə edilmişdir. İnzibati materiala əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin fiziki şəxsin fəaliyyətinin dayandırılması haqqında arayışdan məlum olur ki, X9 VÖEN-i ********** olan fəaliyyəti və əməliyyatı 25 yanvar 2024-cü il tarixdən 26 fevral 2034-cü il tarixə kimi dayandırılmışdır. İnzibati materiala əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 27 sentyabr 2024-cü il tarixli 3-21-2-18/2-Q-1xx-xx/2024 nömrəli məktubundan məlum olur ki, X9 (VÖEN **********) sahibkarlıq fəaliyyəti 23 mart 2024-cü il tarixdən 13 iyun 2024-cü il tarixə kimi aktiv vəziyyətdə olmuşdur. Elektron uçot məlumat bazasına əsasən vergi ödəyicisinin fəaliyyəti hal-hazırda aktiv vəziyyətdədir. İnzibati materiala əlavə edilmiş 03 iyun 2024-cü il tarixli 3-44-4/2-1705/2024 nömrəli bildirişdən məlum olur ki, X3 rayon Prokurorunun 24 aprel 2024-cü il tarixli, 24-1-2-2-419- 0784-1 nömrəli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarına baxılması üçün 13 iyun 2024-cü il tarixə saat 15:15-ə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X5 dəvət edilmişdir. Məhkəmə Gəncə şəhər sakini X9 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X2 rəisi Vüqar Zeynalovun iri və xırda buynuzlu heyvanların baytarlıq sanitariya ekspertizasından keçirilməsini təsdiq edən sənədləri olmadan bazara buraxılması və indektikləşdirilməmiş heyvanların satışı həyata keçirilməsi barədə olan 13 iyun 2024-cü il tarixli, MN №1612072 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında aydın oldu ki, X1 fəaliyyəti aktiv vəziyyətdə olduğu vaxtda, xx.xx.2024-cü il tarixdə satilmasi üçün ona məxsus ticarət obyektinə (bazara) gətirilmiş 1 baş iribuynuzlu xəstə heyvanin ticarət obyektinə (bazara) buraxılmasına və satılmasına şərait yaradaraq, elecə də həmin ticarət obyektində (bazarda) dövlət baytarlıq nəzarəti və baytarlıq (baytarlıq-sanitariya) ekspertizasi aparmaq ücün qanunvericiliyə uyğun olaraq baytarlıq (baytarlıq-sanitariya) ekspertizasi laboratoriyalarina baytarliq normalarına uyğun xidməti otaqlar verməmiş, bununa da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.1 və 447.0.2ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalari törətmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı : Gəncə şəhər sakini X9 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X2 rəisi Vüqar Zeynalovun 13 iyun 2024-cü il tarixli, MN №1612072 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar