Məhkəmə qərarları › İş №3(066)-273/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-273/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-273/2024 14.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi, barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 iştirakı ilə barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin əməkdaşı polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş 27 dekabr 2023-cü il tarixli, inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin əməkdaşı polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş 27 dekabr 2023-cü il tarixli, inzibati tənbeh vermə haqqında qərara əsasən Göygöl şəhər sakini X2 26 dekabr 2023-cü il tarixdə saat 19:41də Bakı şəhəri ərazisində idarə etdiyi “Opel MERİVA minik” markalı **-BK-*** dövlət qeydiyyatlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 328.1-ci və 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 328.1-ci və 332.3-cü maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X2 məhkəmə iclasında göstərdi ki, o, Göygöl Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 3(066)-552/2023 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı töröətməkdə təqsirli bilinb, nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. O, həmin qərarın çıxarılmasına əsas olan cəriməni ödəməsinə görə Göygöl Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 3(066)- 552/2024 nömrəli qərarına əsasən Göygöl Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 3(066)-552/2023 qərarı ləğv edilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin əməkdaşı polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş 27 dekabr 2023-cü il tarixli, inzibati tənbeh vermə haqqında qərara əsasən o, 26 dekabr 2023-cü il tarixdə saat 19:41-də Bakı şəhəri ərazisində idarə etdiyi “Opel MERİVA minik” markalı **-BK-*** dövlət qeydiyyatlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 328.1-ci və 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, cərimə qanunsuz olaraq ona yazılmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Ancaq Göygöl Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 3(066)-552/2024 nömrəli qərarına əsasən Göygöl Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 3(066)- 552/2023 qərarı ləğv edilməsinə görə hesab edir ki, o, qnunsuz olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə olunmdur. Ona görə də qeyd edilən qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin surətindən məlum olur ki, X2 06 dekabr 1982-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin əməkdaşı polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş 27 dekabr 2023-cü il tarixli, inzibati tənbeh vermə haqqında qərara əsasən Göygöl şəhər sakini X2 26 dekabr 2023-cü il tarixdə saat 19:41-də Bakı şəhəri ərazisində idarə etdiyi “Opel MERİVA minik” markalı **-BK-*** dövlət qeydiyyatlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 328.1-ci və 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və buna görə də o, həmin Məcəllənin 332.3-cü maddəsi ilə 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görədörd yüz manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, X226 dekabr 2023-cü il tarixdə saat 19:41-də Bakı şəhəri ərazisində idarə etdiyi “Opel MERİVA minik” markalı **-BK-*** dövlət qeydiyyatlı avtomobillə hərəkətdə olarkən onun nəqliyyat vasitələrini idarə etmə hüququ Göygöl Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 3(066)-552/2023 qərarı ilə məhdudlaşdırılmışdır. Göygöl Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 3(066)- 552/2023 qərarı Göygöl Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 3(066)-552/2024 nömrəli qərarına əsasən ləöv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı : Barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin əməkdaşı polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş 27 dekabr 2023-cü il tarixli, inzibati tənbeh vermə haqqında a qərarından verdiyi şikayət təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar