Məhkəmə qərarları › İş №3(066)-275/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-275/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-275/2025 21.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X2 nümayəndəsi Nümayəndə və şikayət vermiş şəxs X5 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar qəbul edilmiş şəxs X10 məhkəməyə şikayət verərək, X15 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, X15 Xidmətinin X3 tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar qəbul edərək 3000 (üç min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Qərarı qəbul edən səlahiyyətli orqan qərarı onunla əsaslandırmışdır ki, o əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X11 adlı vətəndaşı hər hansı işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Həmin adıçəkilən işçini heç bir işə cəlb etməmişdir. Onunla aralarında olan şifahi razılaşmaya əsasən Əflatun Səfərov ona məxsus olan “Kamaz” markalı avtomaşını ilə yük daşıması üçün Ağdam rayonu ərazisində fəaliyyət göstərən şirkətlərin birində sürücü işləməli idi. Şirkətin yerləşdiyi əraziyə gəldiyi gün həftənin bazar günü olduğundan ümumiyyətlə iş olmamışdır. Sonrakı gün isə onun razılaşdığı şirkət fəaliyyətini dayandırdığı üçün heç bir iş görülməmişdir. Buna görədə iş alınmadığı üçün X11 niyə işlə təmin edilmədiyini tələb edərək ondan şikayət etmişdir. Əflatun Səfərovu heç bir işə cəlb etməmişdir. X27 haqlı olsaydı həmin vaxt dərhal şikayət edərdi. Onun belə fakt olsaydı vaxtında şikayət etməməsi onu göstərir ki, X11 ondan qərəzli olaraq şikayət etmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X3 tərəfindən barəsində Azərbayacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır. Qərarı ona görə qanunsuz və əsassız hesab edir ki, inzibati xəta barədə qərar qəbul edən inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tətqiq etməmişdir. Belə ki, ümumiyyətlə belə bir hərəkətə yol verməmişdir, yəni ona istinad olunan inzibati xətanı törətməmişdir. Ona görədə hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. Həmçinin özü 44 günlük vətən müharibəsi iştirakçısıdır, bir övladı İ qrup əlildir. Barəsində bu qədər yüksək məbləğdə inzibati cərimə tətbiq edilməsi, onsuzda ağır olan maddi vəziyyətini daha da ağır vəziyyətə salır. Məhkəmə iclasında dindirilən şikayət vermiş şəxs X10 bildirdi ki, Əflatun Səfərov ondan Polis Şöbəsinə şikayət edərək bildirmişdir ki, o, N nömrəli hərbi hissədə işləyir. Hərbi qulluqçu olmaqla 2014-cü ildən hazırkı vaxtadək hərbiçi kimi işləyir. Əflatun Səfərov adlı şəxs guya ondan 1040 manat alacağı olması barədə polisə şikayət etmiş, polis şöbəsində araşdırma aparıldıqdan sonra şikayəti ləğv edilmiş və onunla əmək müqaviləsi bağlanılmadan işlədilməsi üçün qərar əmək müfəttişliyinə göndərilmişdir. O, X20 göndərmiş lakin, ona gedib işləməsini deməmişdir. O, onunla şirkət arasında müqavilə bağlandıqdan sonra Əflatun Səfərova onunla arasında əmək müqaviləsi bağlanacağını, bundan sonra işləyəcəyini bildirmişdir. Əflatun Səfərovla aralarında aylıq 1000 manat olmaqla əmək haqqı verəcəyi barədə razılaşmışlar. O, Əflatun Səfərovu işlədən şirkəti görməmiş və ümumiyyətlə həmin şirkətin adını da bilmir. Onun dayısı oğlu Daşqın Əliyev ona Əflatun adlı kamaz sürücüsü olmasını, ona məxsus kamazı götürüb gəlib onun yanında işləməsini və yük avtomobilinin boşda qalmamasını bildirmişdir. Belə ki, avtomobil onun olsa da Əflatun Səfərov şirkətin işlərini görməli olmuşdur. O, yük avtomobilini Əflatun Səfərova verərək həmin şirkətə aparmasını, şirkətlə onun arasında müqavilə bağlandıqdan sonra onunla da əmək müqaviləsi bağlayacağını bildirmişdir. İş alınsa X25 rayonunda Kamaz markalı avtomobillə gedib iş görməli idi. Əflatun Səfərov şirkətə bazar günü getdiyindən şirkət həmin gün işləməmişdir. O, isə birinci gün gedib şirkətlə müqavilə bağlamalarını demişdir. Birinci gün isə Əflatun Səfərov ona şirkətin bağlanmasını özünün isə geri qayıdacağını bildirmişdir. Əlavə olaraq bildirdi ki, o Əflatun Səfərova işləməsini bildirməmiş, Əflatuna gəlib onun özünün şirkətlə müqavilə bağlayacağını, bundan sonra isə onunla əmək müqaviləsi bağlayacağını və onun yük avtomobilini sürməsini bildirmişdir. Həmin vaxtdan 10 ay keçdikdən sonra Əflatun polisə şikayət edərək Ağdam rayonunda işləməsini və ondan 1040 manat alacağı olmasını bildirmişdir. Əflatun onunla heç bir müqavilə bağlamadan və onun məlumatı olmadan özbaşına iki gün şirkətin işini görmüşdür. Həmin şirkətdə bildirmişdir ki, Əflatun iki gün şirkətdə işləmişdir, onun iki günə 1040 manat alacağı yoxdur. O, Əflatun Səfərova heç bir iş gördürməmişdir. O, Əflatun Səfərovu sadəcə sürücü kimi avtomobilini aparıb saxlmasını üçün yollamış, ona heç bir iş gördürməmiş və ona şirkətdə iş görməsi barədə bir şey deməmişdir. xx.xx.2024-cü il tarixdə Əflatun Səfərov həmin yerə getmişdir. O özü getmədiyi halda şirkət həmin şəxsi qəbul etməli deyildi. O, öz Kamaz markalı yük avtomobilini sürmək üçün Əflatun Səfərov adlı şəxsə vermişdir. O, Əflatun Səfərovla əmək müqaviləsi bağlamamış, Əflatuna sadəcə yük avtomobilini aparıb saxlamasını bildirmiş və Əflatunun işləməsindən onun xəbəri olmamışdır. O, Əflatuna və ya şirkətə işləməsi barədə hər hansı göstəriş verməmişdir. Odur ki, şikayətinin təmin edilməsini və X15 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X2 nümayəndəsi Nümayəndə bildirdi ki, "xxxx" MMC şirkəti padrat müqaviləsi əsasında fəaliyyət göstərir. Daşqın Şahbazın dayısı oğludur. Daşqınla "xxxx" MMC şirkəti arasında padrat müqaviləsi vardır. Əflatun faktiki olaraq Şahbazla aralarında olan razılaşmaya əsasən Şahbaza məxsus avtomobillə şirkətə işləməyə getmişdir. Şahbazın adına VÖEN olmadığı üçün Daşqının VÖENİ altında getmiş, Daşqın 360 manat pulu alıb Şahbaza göndərməsini bildirmişdir. Görünür ki, maşının sahibi Şahbaz Əflatunu işə cəlb etmişdir. Vətəndaş özüdə izahat verərkən Əflatunu işlətməsini və ilk dəfə olduğu üçün əmək məcəlləsinin tələblərindən məlumatının olmamasını bildirmişdir. Əlavə olaraq bildirdi ki, padrat müqaviləsi əmək məcəlləsinə tətbiq olunmur. Şirkətə sorğu verilsə də münasibət bildirməmişdir. Şirkətin nümayəndəsi polisdə izahat vermişdir. Şirkətin adı "xxxx" MMC -dır. Əflatun "xxxx" MMC şirkətində işləmişdir. Podrat müqaviləsi "xxxx" şirkəti ilə Daşqın arasında olmuşdur. Podrat müqaviləsi Daşqınla ols a da X13 avtomobini sürmüşdür. Şikayətin təmin edilməməsini və X15 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və tərəflərin izahatını, inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İşdə olan AZE seriyalı, 17643605 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X10 xx.xx.1992-ci ildə Göygöl (Xanlar) rayonu, Çaykənd kəndində anadan olmuş və Azərbaycan Respublikasının vətandaşıdır. İşdə olan AR Müdafiə Nazirliyi Veteran adlarının müvafiq vəsqiələrinin verilməsi üzrə komissiyası tərəfindən verilmiş 106258 nömrəli vəsiqədən görünür ki, X10 müharibə veteranıdır. İşdə olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən X7 verilmiş uçota dair arayışın sürətindən görünür ki, X1 və ya digər vergi tutulan əməliyyatları xx.xx.2024-cü il tarixdən xx.xx.2031-ci il tarixədək dayandırılmış, hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İşdə olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X18 birinci dərəcə əlildir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış HK-1/657 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin maraqlı şəxslərə göndərilməklə qərardan narazı qaldıqda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağdam rayon prokurorluğuna, yuxarı prokurora və ya Məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmək hüququnun izah edilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağdam rayon prokurorluğuna göndərilməsi, X6 işlədiyi müddət ərzində "xxxx" MMC və X10 ilə aralarında əmək müqaviləsi bağlanmadığı üçün müvafiq tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın sürətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə göndərilməsi və HK-1/657 nömrəli materialın saxlanılması üçün Ağdam RPŞ-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X2 rəisi X12 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 13 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X10 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. İşdə olan X10 tərəfindən Ağdam Rayon Polis Şöbəsinə verilmiş izahatdan görünür ki, Müdafiə Nazirliyinin 191 saylı Hərbi Hissəsində sürücü vəzifəsində xidmət edir. 2024-cü ilin təxminən iyun ayında dayısı oğlu Daşqın Əliyev ona Əflatun adlı şəxsin əvvəllər sürücü işlədiyini, hazırda iş axtardığını demişdir. O, Əflatun adlı şəxsə məxsus mobil telefona zəng edərək danışmışdır. Danışıq zamanı Əflatuna özünə məxsus “Kamaz 6520” markalı, **-ON-*** dövlət nişanlı yük avtomobilinin olduğunu demiş və həmin avtomobili işlədə bilməsini demişdir. Həmçinin Əflatuna bildirmişdir ki, dayısı oğlu Daşqının işlədiyi adını bilmədiyi tikinti şirkətinə gedib işləyəcək. Həmin gün Əflatunla Gəncə şəhərində görüşərək ona avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Daha sonra idarə etdiyi “Mercedes markalı, **-UA-*** dövlət nişanlı avtomobillə “Kamaz” markalı avtomobili saxladığı yerə, yəni “Çöl yolu” adlanan yerə gəlib yük avtomobilini Əflatuna vermişdir. O, Əflatunla danışıq zamanı ona aylıq 1000 (bir min) manat pul verəcəyi barədə razılaşmışlar. Əflatun Ağdam rayonuna Daşqının yanına getmişdir. Adını bilmədiyi həmin tikinti şirkətində iki gün işləmişdir. Sonra Əflatun ona zəng edərək şirkətin fəaliyyətini dayandırmasını, işləyən zaman özlərinin xəbər edəcəyini demişdir. Həmçinin danışıq zamanı həmin şirkət yenidən işə başlayana kimi, Ağdamda başqa iş olduğunu, orada işləyəcəyini bildirmişdir. Təxminən 3-4 gün orada işlədikdən sonra Əflatun ona zəng edərək avtomobilin nasaz olduğunu demişdir. O, avtomobili təmir etdirmək üçün Bərdə rayonuna gətirməsini bildirmişdir. Həmin gün Əflatun yük avtomobilini Bərdə rayonuna gətirmişdir. Avtomobilə baxan zaman avtomobilin matorunun, karobkasının, iki ədəd diskinin nasaz vəziyyətə düşməsini görmüşdür. Avtomobili niyə bu hala gətirməsini soruşduqda Əflatun ona cavab olaraq onun nə etməsini, avtomobilin özünün bu hala düşməsini demişdir. O, Əflatuna çıxıb getməsini avtomobili özü təmir edəcəyini bildirmişdir. Avtomobili təmir etdirdikcə avtomobilə xeyli ziyan, yəni təxminən 2000 (iki min) manata yaxın ziyan dəyməsini görmüşdür. Əflatuna zəng edib bildirdikdə onluq bir şey olmamasını demişdir. Bundan bir neçə gün sonra tanımadığı şəxs ona zəng edərək Əflatunun oğlu olduğunu bildirmiş və atasının işlədiyi günə uyğun pulunu verməsini demişdir. O, həmin şəxsə atasının avtomobilə vurduğu ziyanı ödədikdən sonra işlədiyi günə uyğun olaraq pulunu ödəyəcəyini bildirmişdir. Bu danışıqdan sonra nə Əflatunla, nə də oğlu ilə hər hansı bir danışıqları olmamışdır. Bildirmişdir ki, dayısı oğlu Daşqın adını bilmədiyi hansısa tikinti şirkətində işləyirdi. O, Əflatunu dayısı oğlunun yanına göndərmişdir ki, həmin şirkətdə işləsin. Şirkət fəaliyyətini dayandırdığı üçün gedib əmək müqaviləsi bağlaya bilməmişdir. İşi ilə əlaqədar gedə bilmədiyi üçün şirkət fəaliyyətini davam etdirəcəyi halda qardaşı Orxan gedib həmin tikinti şirkəti ilə müqavilə bağlayacaqdı. İşdə olan X14 tərəfindən Ağdam Rayon Polis Şöbəsinə verilmiş izahatdan görünür ki, 2024-cü ilin iyun ayında qohumu Şahbaz ona işlədiyi "xxxx" şirkətində özünə məxsus “Kamaz” markalı avtomobilinin sürücü ilə birlikdə işləməyinə köməklik göstərməsini xahiş etmişdir. O, Şahbazla razılaşdıqdan sonra şirkətdə nəzarətçi işləyən Taleh adlı şəxsə bu barədə danışdıqdan sonra Şahbazın yük avtomobilini sürən Əflatun Səfərov şirkətdə işə başlasada, iki gün işlədikdən sonra işdən çıxmışdır. Bundan sonra Şahbaz Mərdanova çatmalı olan 340 manat pul onun hesabına yüklənmişdir. O, pulu aldıqdan sonra Şahbaza göndərmişdir. Həmin vaxtdan sonra bu barədə heç bir məlumatı olmamışdır. Əflatunun harada işləməsini bilməmişdir. Özü işləyərkən şirkətlə aralarında əmək müqaviləsi bağlanmışdır. Əflatun Səfərovun, Şahbaz Mərdanovun və "xxxx" MMC ilə əmək müqaviləsi bağlayıb-bağlamaması barədə heç bir məlumatı yoxdur. İşdə olan "xxxx" MMC-də lahiyə rəhbəri işləyən X19 tərəfindən Ağdam Rayon Polis Şöbəsinə verilmiş izahatdan görünür ki, X14 2024-cü ildə podratçı olmuşdur. Belə ki, "xxxx" MMC ilə podrat müqaviləsi əsasında işləmişdir. X17 yük avtomobillərindən birinin sürücüsü olmuşdur. Əflatunun müraciətindən sonra bu işlə bağlı maraqlanarkən Əflatunun sürücü işləməsini, ona ödənilməli olan əmək haqqının tamamilə ödənilməsini öyrənmişdir. Hazırda nə Daşqın, nədə Əflatun "xxxx" MMC-də işləmir. "xxxx" MMC əmək haqqını Daşqına köçürüb, Daşqının Əflatuna həmin pulu ödəyib-ödəməməsi barədə məlumatı yoxdur. Bundan əlavə, Əflatun Səfərovla MMC arasında əmək müqaviləsi bağlanılıbbağlanmaması barədə məlumatlı deyil. Özü "xxxx" MMC-də əmək müqaviləsi əsasında işləyir. İşdə olan X11 tərəfindən Ağdam Rayon Polis Şöbəsinə verilmiş izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə tanışı Sadiq adlı şəxs ona zəng edərək X5 “Kamaz” markalı avtomobili olmasını, həmin avtomobilə Ağdam rayonunun Başqərbənd kəndində tikinti işləri aparan "xxxx" MMC-nin sürücüsü olmasını və ayda 1200 manat əmək haqqı almasını təklif etmişdir. Onun təklifini qəbul edib X10 ilə əlaqə saxlayıb Gəncə şəhərində onunla görüşmüşdür. Onunla görüşən zaman o “Kamaz” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün ona etibarnamə verərək ondan Ağdam rayonunun Başqərbənd kəndinə getməsini və orada tikinti işləri aparan "xxxx" MMC-nin rəhbərliyinin göstərişlərinə uyğun hərəkət etməsini istəmişdir. O, "xxxx" MMC-yə gedərək sürücü kimi fəaliyyət göstərməyə başlamışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X7 məxsus avtomobillə "xxxx" MMC-nin apardığı tikinti işlərində işlətsədə ona heç bir məbləğdə pul ödənilməmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin iş icraçısı Taleh adlı şəxsin mobil telefonuna zəng edərək ailəsinə baş çəkmək üçün Lənkəran rayonuna getmək istədiyini və buna görə ona pul verməsini bildirmişdir. O, ona mobil nömrə verərək onunla əlaqə saxlamasını istəmişdir. Həmin nömrəyə zəng etdikdə "xxxx" MMC-nin onun idarə etdiyi avtomobilə görə X7 pul ödədiklərini, pulunu Şahbazın verəcəyini bildirmişdir. O, həmin gün Bərdə rayonuna gələrək Şahbaza “Kamaz” markalı avtomobili təhvil verib pulunu istədikdə Şahbaz müxtəlif bəhanələr gətirərək onun pulunu qısa müddət ərzində verəcəyini bildirsədə onun pulunu verməmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxsin və inzibati qərarı qəbul etmiş orqanın nümayəndəsinin izahatı və tədqiq edilmiş sənədlərlə müəyyən olunur ki, X10 özünə məxsus “Kamaz” markalı avtomobil ilə Ağdam rayonunda yerləşən "xxxx" MMC-də işləməsi üçün X8 etibarnamə vermişdir. Şahbaz Mərdanovun dayısı oğlu Daşqın Əliyevin "xxxx" MMC-ilə aralarında olan padrat müqaviləsi əsasında Əflatun Səfərov "xxxx" MMCdə işləmişdir. Daha sonra Əflatun Səfərov əmək haqqısının verilməməsi ilə bağlı Şahbaz Mərdanovdan polis şöbəsinə şikayət etmişdir. Polis Şöbəsində araşdırma aparıldıqdan sonra HK-1/657 nömrəli material üzrə cinayə işinin başlanmasının rədd edilməsi və X6 işlədiyi müddət ərzində "xxxx" MMC və X10 ilə aralarında əmək müqaviləsi bağlanmadığı üçün müvafiq tədbir görülməsi məqsədilə qərarın surəti X15 Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Şahbaz Mərdanov şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X15 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.2-ci maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. İXM-in 76.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 192.1.-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 1.-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. İşçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 4.-cü maddəsinə görə, Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “müəssisələr”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. 6.-cı maddəsinə görə, aşağıdakı şəxslərə bu Məcəllə şamil edilmir: a) hərbi qulluqçulara; b) məhkəmə hakimlərinə;c) Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə; ç) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə; d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə. Göstərilən qanunvericilik normalarından və tərəflər arasında olan faktiki münasibətlərə əsaslanaraq məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat başlanılaraq inzibati tənbeh edilmə barədə qərar qəbul edilmiş şəxs X10 özünə məxsus “Kamaz” markalı avtomobili X8 Daşqın Əliyevin "xxxx" MMC-ilə aralarında olan padrat müqaviləsi əsasında "xxxx" MMC-nin tapşırdığı işlərin görülməsində sürücü kimi işləməsi barədə şifahi qaydada razılaşma olmuşdur. Şahbaz Mərdanovla "xxxx" MMC arasında işlərin görülməsinə görə hər hansı müqavilə və razılaşma olmamışdır. Lakin, X24 Mərdanovun dayısı oğlu Daşqın Əliyevlə "xxxx" MMC arasında olan padrat müqaviləsi əsasında "xxxx" MMC-nin tapşırdığı işləri görmüşdür. Məhkəmə hesab edir ki, qeyd edilən işin görülməsi X5 əsas fəaliyyət sahəsinə aid olmamaqla onun peşəsinə və vəzifəsinə aid olmamış, X11 tərəfindən bu işin görülməsinə dair sifarişi Daşqın Əliyevin "xxxx" MMC-ilə aralarında olan padrat müqaviləsi əsasında verilmişdir. Qeyd edilən bu halda isə X5 hərəkətlərində və tərəflər arasında yaranmış qeyd edilən münasibətlərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəalarına uyğun qiymət verilə və bu münasibətə Azərbaycan Respublikasının Əmək Məcəlləsi tətbiq edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halının təkzib edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmiş və onun tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar əsaslandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə belə nəticəyə gəlir ki, X10 tərəfindən verilmiş şikayət təmin edilməli və onun barəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X2 rəisi X12 tərəfindən qəbul etmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X10 tərəfindən verilmiş şikayət təmin edilsin. X10 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar