Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-277/2025 02.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, tələbkar X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Göygöl rayonu Üçtəpə kəndində qeydiyyatda olan və Bakı şəhərində müvəqqəti yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-587/2023 saylı, 28 avqust 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 3 uşağın saxlanması üçün cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 ödənilməsi qərara alınmışdır. İcra sənədi 30 avqust 2023-cü il tarixdə Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “icraata başlama haqqında” qərar qəbul edilərək tərəflərə göndərilmişdir. X1 Sistemi vasitəsilə borclu Şəxs adına müvafiq sorğular verilmiş, lakin borclunun adına heç bir rəsmi gəlir yeri, əmlak aşkar edilməmişdir. Bugünkü tarixdə 2025-ci ilin iyun ayı daxil olmaqla borclu Şəxs 8030 manat aliment borcu yaranmışdır. Borclu izahatında bugünkü tarixdə yaranmış aliment borcundan 1000 manat məbləğində ödəniş edə biləcəyini qeyd etmiş, qalan 7030 manat aliment borcunu isə 2025-ci ilin dekabr ayının sonunadək tam şəkildə ödəyəcəyini bildirmişdir. Bununla belə borclunun barəsində protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Əlavə olaraq bildirdi ki, borclu 2024-cü ildə aliment borcundan 500 manat ödəniş etmiş, daha sonra işlərinin alınmaması ilə əlaqədar aliment borcundan ödənişləri edə bilmədiyini bildirmişdir. Bundan sonra borclu ilə dəfələrlə əlaqə saxlanılaraq icra sənədinin qısa müddət ərzində icra edilməsi tələb olunmuşdur. Bugünkü tarixdə tələbkar Göygöl Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək borclunun barəsində protokol tərtib edilməsini xahiş etmişdir. Həmçinin borclunun Göygöl Rayon Polis Şöbəsinin axtarış qərarı əsasında yaşadığı Bakı şəhərindən Göygöl rayonuna gətirildiyini bildirdi. İnzibati xəta ilə bağlı protokolun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, işlə əlaqədar hazırda Bakı şəhərində yaşayır. Bu vaxtadək işləməmiş, yaxud fəhlə olaraq işləmiş, qazancı ancaq öz ehtiyaclarını qarşılamışdır, lakin hazırda yaşadığı Bakı şəhərində fəhlələrə nəzarətçi olaraq işə başlamışdır. Odur ki, işi ilə əlaqədar hər şey qaydasında olduğuna görə bundan sonra aliment borcunu lazımı qaydada ödəyəcəyini, 2025-ci ilin dekabr ayınadək aliment borcunu tam şəkildə bağlayacağını məhkəməyə bildirdi. Hazırda aliment borcundan tələbkara 1000 manat məbləğində ödəniş edə biləcəyini, bundan sonra da əlindən gələn maddi dəstəyi göstərəcəyini bildirərək tələbkarın göstərilən təkliflə razılaşmasını xahiş etdi, həbs olunacağı halda hazırkı işinin də əlindən çıxa biləcəyini məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən tələbkar X7 izahatında göstərdi ki, onun himayəsində yetkinlik yaşına çatmayan 7, 10 və 11 yaşlı 3 övladı var. Hazırda müəllim kimi fəaliyyət göstərərək 400 manat məbləğində aylıq əmək haqqı alır, bu isə övladlarının aylıq ehtiyaclarını qarşılamır. Borclu 2 ildir ki, məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment borcundan 50 manat da olsa ödəniş etməmişdir. Həmçinin 8 aydır ki, borclunun barəsində axtarış elan olunmuş, həmin müddət ərzində belə borclu borcundan ödənişlər etməyə səy göstərməmişdir. Hazırda isə borclu 1000 manat ödəniş edə biləcəyini, 2025-ci ilin dekabr ayına kimi borcu bağlayacağını vəd etsə də borclunun sözlərinə etibar yoxdur, təkrar borclu tərəfindən süründürməçilik yaşamaq istəmir. Odur ki, borclu tərəfindən aliment borcunun tam şəkildə dərhal ödənilməsini tələb etdiyini, əks halda borclunun barəsində tərtib edilmiş inzibati xəta ilə bağlı protokolun təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-587/2023 saylı icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 21 yanvar 2014-cü il təvəllüdlü X10, 08 aprel 2015-ci il təvəllüdlü X11 və 19 sentyabr 2018-ci il təvəllüdlü X9 iddiaçı X3 himayəsində və yanında saxlanılması, 21 yanvar 2014-cü il təvəllüdlü X6, 08 aprel 2015-ci il təvəllüdlü X8 və 19 sentyabr 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa 120 (yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 verilməsi qərara alınmışdır. Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-587/2023 nömrəli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraat başlanmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-587/2023 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi, əks halda icranın məcburi qaydada təmin ediləcəyi barədə məlumat verilmişdir. Borclu Şəxs izahatının surətindən görünür ki, borclu Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-587/2023 nömrəli icra vərəqəsi üzrə bugünkü tarixdə 1000 manat ödəyə bildiyini, qalıq 7030 manat borcu 2025-ci ilin dekabr ayınadək tam şəkildə ödəyəcəyinə söz verdiyini, icra sənədinin icrasından qərəzli olaraq yayınmadığını, məhkəmə qərarını icra etməməsinin səbəbinin işsizliyi ilə bağlı olduğunu qeyd etmişdir. Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-587/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 3 uşağın saxlanılması üçün cəmi 360 manat aliment tutularaq X5 ödənilməlidir. Borclunun bugünkü tarixə olan aliment borcu 8030 manat təşkil edir. Göründüyü kimi Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)- 587/2023 saylı icra vərəqəsinə əsasən 21 yanvar 2014-cü il təvəllüdlü X6, 08 aprel 2015ci il təvəllüdlü X8 və 19 sentyabr 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa 120 (yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 verilməsi qərara alınmışdır. Sözügedən icra sənədi Göygöl RİPŞ-yə daxil olmuş və Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri könüllü qaydada yerinə yetirməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Şəxs icra sənədi üzrə hazırda 8030 manat borcu vardır. Borclunun izahatı alınarkən o, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-587/2023 nömrəli icra vərəqəsi üzrə bugünkü tarixdə 1000 manat ödəniş edə bildiyini, qalıq 7030 manat borcu 2025-ci ilin dekabr ayınadək tam şəkildə ödəyəcəyinə söz verdiyini, icra sənədinin icrasından qərəzli olaraq yayınmadığını, məhkəmə qərarını icra etməməsinin səbəbinin işsizliyi ilə bağlı olduğunu qeyd etmişdir. Məhkəmə iclası zamanı tələbkar borclunun aliment borcundan qismən ödəniş etməsinə razı olmadığını, ödənişin tam şəkildə dərhal təmin olunmasını tələb etmişdir. Məhkəmə tərəfindən borcluya ödənişin tam şəkildə həyata keçirilməsi təklif edilməsinə baxmayaraq ödəniş təmin edilməmişdir. Borclunun barəsində qəbul edilmiş 28 avqust 2023-cü il tarixli icra sənədinin üzərindən uzun müddət keçdikdən sonra ödənişlərin edilməməsi və icra məmurunun çağırışların məhəl qoymadığından barəsində axtarış elan edilərək məcburi qaydada gətirilməsi halı onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzürlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarından aydın olur ki, sözügedən icra sənədlərinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadədən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəyə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəyə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəyə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra məmurunun çağrışlarına gəlməyərək barəsində axtarış elan edilməsini icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmaqla, borcun tam şəkildə ödənməsini tələb etməsini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxsnın inzibati həbsə alınmasının əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:35-dən hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-277/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-277/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver