Məhkəmə qərarları › İş №3(066)-279/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-279/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-279/2025 15.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X5 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Göygöl rayonu, Əzizbəyov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göygöl rayonu Topalhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 07 iyul 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərdi ki, Göygöl Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 3 uşağın saxlanılması üçün hər ay 1 uşağa görə 130 manat olmaqla, cəmi 390 manat məbləğində aliment X4 xeyrinə ödənilməlidir. İcra sənədi 09 avqust 2023-cü ildə Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icra edilməsi üçün ona həvalə olunmuşdur. Tərəfindən icraata başlanma haqqında qərar qəbul edilərək alimentin dərhal icra olunması ilə bağlı bildiriş borclunun qeydiyyatda olduğu Göygöl rayonu Topalhəsənli kəndinə göndərilmişdir. Borclu tərəfindən qismən ödənişlər edilsə də alimentin tam şəkildə ödənilməsi təmin olunmamışdır. Borclunun əmlak və gəlirləri yoxlanılması barəsində görülmüş tədbirlər heç bir nəticə verməmişdir. Borclu İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış və yaranmış borcun tam şəkildə ödənilməsi tələb edilmişdir. Daha sonra Göygöl Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1 uşağın saxlanılması üçün sözügedən alimentin məbləği minimum əmək haqqının 0.376 misli həddində indeksasiya edilərək 2025-ci ilin iyun ayında Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və aliment tələbi üzrə hər iki icra sənədi bir icraatda birləşdirilmişdir. Borclu Göygöl Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək aliment tələbi üzrə borcunun ödənilməsi tələb olunsa da, borclu izahatında yetkinlik yaşına çatmayan Məmmədova Aysu və Məmmədova Gülnar adlı uşaqların onun himayəsində olduğunu, həmin uşaqlara özü baxdığını bildirərək aliment tələbini icra etməkdən yayınmışdır. Bununla da borclu Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən tərəflərə borcun icrası ilə bağlı vaxt verilsə də həmin vaxt ərzində borcun ödənilməsi təmin edilməmiş, həmçinin tərəflər arasında barışıq əldə edilməmişdir. Göstərilənlərə əsasən inzibati xəta ilə bağlı protokolu müdafiə edərək borclu Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 2-3 ay bundan əvvələ kimi aliment borcundan ödənişlər etmişdir. Son üç aydır ki, yetkinlik yaşına çatmayan uşaqları onun himayəsində yaşayırlar. Hazırda fərdi əməklə məşğul olur, yanında yaşayan yetkinlik yaşına çatmayan qızlarının maddi ehtiyaclarını və təhsil xərclərini özü qarşılayır. Göstərilənlərə əsasən hazırda tələbkarın himayəsində yaşayan oğlu üçün aliment borcundan ayda cəmi 100 məbləğində ödəniş edə biləcəyini bildirdi. Eyni zamanda uşaqların onun himayəsinə verilməsi ilə bağlı mediasiya qurumuna müraciət etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Bu vaxta kimi 3 ildir ki, uşaqlarını təkbaşına, valideynlərinin köməyi olmadan kirayədə qalmaqla saxlamışdır. Hazırda xəstəliyi ilə bağlı işləmək qabiliyyəti yoxdur, xəstəxanadan yeni çıxmışdır. 2025-ci il may ayının 20-dən etibarən yetkinlik yaşına çatmayan qızları borclunun yanında yaşayırlar, 9 yaşlı oğlu isə hazırda onun himayəsində yaşayır. Borclu Şəxs oğlu ilə maraqlanmır. Hətta bir dəfəsində borclu içkili halda uşaqları avtomobilə əyləşdirib uşaqlardan canını qurtaracağını söyləmişdir. Əlavə olaraq bildirdi ki, məhkəmə qətnaməsi ilə uşaqların hər üçü onun himayəsinə verilsə belə, uşaqların faktiki borclunun himayəsindən alınıb ona qaytarılması ilə bağlı icra məmuruna müraciət etməmişdir, uşaqların seçimi ilə razılaşmışdır. Göstərilənləri nəzərə alaraq borclunun hər ay 100 manat məbləğində ödəniş etmək təklifi ilə razı olmadığını, aliment borcunun tam şəkildə ödənilməsini tələb etdiyini bildirdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzürlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, iş üzrə tələbkarı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsnın inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə edilmiş: Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-609/2023 saylı icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 13 noyabr 2009-cu il təvəllüdlü X10, 22 dekabr 2010-cu il təvəllüdlü X8 və 24 mart 2016-cı il təvəllüdlü X12 iddiaçı Zərərçəkmiş şəxs himayəsində və yanında saxlanılması, 13 noyabr 2009-cu il təvəllüdlü X10, 22 dekabr 2010-cu il təvəllüdlü X8 və 24 mart 2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Göygöl Rayon İcra və Probasiya Şöbəsinin 09 avqust 2023-cü il tarixli icraata başlama haqqında qərarına əsasən Göygöl Rayon Məhkəməsinin 2(066)-609/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs Göygöl Rayon Məhkəməsinin 2(066)-609/2023 saylı, xx.xx.2023-cü il tarixli nömrəli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi barədə məlumat verilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(066)-52/2025 saylı qərardadına əsasən xx.xx.2009-cu il təvəllüdlü X2 üçün Göygöl Rayon Məhkəməsinin 2(066)-609/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,376 (sıfır üç yüz yetmiş altı) misli həddində indeksasiya edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Göygöl Rayon Məhkəməsinin 2(066)-609/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,376 (sıfır üç yüz yetmiş altı) misli həddində indeksasiya edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X3 üçün Göygöl Rayon Məhkəməsinin 2(066)-609/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,376 (sıfır üç yüz yetmiş altı) misli həddində indeksasiya edilməsi, alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılması qərara alınmışdır. 07 iyul 2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-609/2023 saylı icra sənədinə əsasən Şəxs 3 uşağın saxlanılmasına görə cəmi 390 manat aliment tutulub X4 xeyrinə ödənilməlidir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 8(066)-52/2025 saylı qərardadı ilə Şəxs tutulan alimentin məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.376 misli həddində indeksasiya edilmişdir. Şəxs bugünkü tarixə 4330 manat məbləğində aliment borcunun olduğu qeyd olunmuşdur. Borclu Şəxs tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, hazırda işləmir, bugünki tarixdə 4330 manat aliment borcu var. Qızları onunla yaşayır. İşləyən kimi borcunu ödəyəcəkdir. Hazırda aliment borcundan ayda 100 manat ödəniş edə bilir. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-609/2023 saylı icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 13 noyabr 2009-cu il təvəllüdlü X10, 22 dekabr 2010-cu il təvəllüdlü X8 və 24 mart 2016-cı il təvəllüdlü X12 iddiaçı Zərərçəkmiş şəxs himayəsində və yanında saxlanılması, 13 noyabr 2009-cu il təvəllüdlü X10, 22 dekabr 2010cu il təvəllüdlü X8 və 24 mart 2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borcluya tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmiş, izahatı alınmışdır. Borclu tərəfindən icra sənədi üzürlü bir səbəb olmadan icra edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu icra sənədi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözü gedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədinin icrasına yönələn heç bir hərəkətin edilməməsi, işə baxılan zaman borclunun icra sənədinin icrasını təmin etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxsnın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxsnın hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxsnın törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmasını, borclunun yanında faktiki olaraq iki yetkinlik yaşına çatmayan qız uşaqlarının yaşamasını və həmin uşaqlara borclunun baxmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar