Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-281/2023 12.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs X2 iştirаkı ilə, xx.xx.1993-cü il tarixdə Xanlar rayonunda anandan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Göygöl rayonu, Üçtəpə kəndində yaşayan Şəxs (AA 0336222) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 232-1-ci mаddəsi ilə inzibаti xətа haqqında prоtоkоl tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2022-ci il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində Zərərçəkmiş şəxs məxsus “Nissan Navara” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına zərər yetirərək ona 1000 (bir min) manat maddi ziyan vurmuşdur. Protokol tərtib etmiş şəxs Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi X4 məhkəmə iclasında çıxış edərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmurları ilə birlikdə məhkəmə qətnaməsinə əsasən X3 yaşadığı evin Zərərçəkmiş şəxs təhvil verilməsi zamanı Gəray İsayev və onun oğlu Şəxs əllərində olan daş parçası ilə, onların qohumu X5 isə əl zərbələri ilə Zərərçəkmiş şəxs məxsus “Nissan Navara” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına zərər yetirərək ona 1000 (bir min) manat maddi ziyan vurmuşlar. Hadisə ilə əlaqədar Göygöl RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılmış və həmin bölmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində İXMnin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib təhbeh tədbiri görülməsi üçün qərarın surəti Göygöl RPŞ-nin İTB-yə göndərilmişdir. Göygöl RPŞ-də 31 may 2023-cü il tarixdə Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək sonuncunun barəsində qanuni tədbir görülməsi üçün rayon məhkəməsinə müraciət edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə protokol tərtib etmiş şəxsi dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barədə İXM-in 232-1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, az miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmək və ya zədələmək inzibati məsuliyyətə səbəb olur. xx.xx.2022-ci il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində Zərərçəkmiş şəxs məxsus “Nissan Navara” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına zərər yetirərək ona 1000 (bir min) manat maddi ziyan vurduğuna görə Şəxs barəsində 31 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta həmin məcəllənin “mülkiyyət əleyhinə olan inzibati xətalar” fəslində yerləşir və qeyd edilən inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti həmin vaxt qüvvədə olan İXM-nin 38.3-cü maddəsinə əsasən üç aydır. İş materiallarına əlavə edilmiş : Göygöl RPŞ İTB-nin təhqiqatçısı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinаyət tərkibi оlmаdığından barəsində İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş tənbeh tədbirinin seçilməsi üçün qəbul edilmiş qərarın surəti Göygöl RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN № ******* saylı protokolda göstərilmişdir ki, vət. Şəxs xx.xx.2022-ci il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində Zərərçəkmiş şəxs məxsus “Nissan Navara” markalı, **- DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına zərər yetirərək ona 1000 (bir min) manat maddi ziyan vurmuşdur. Göründüyü kimi təhqiqatçı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 30 dekabr 2022-ci il tarixdə tərtib edilmiş, hazırki inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edildiyi və işə baxıldığı günədək üç aydan çox müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, Şəxs barəsində olan İXM-nin 528.1-ci maddəsi ilə başlanımış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpelyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Elektron poçtu: mailto:goygolcourt@gmail.comElektron ünvan İş № 3(066)-281/2023 «12» iyun 2023-cü il Göygöl rayon polis şöbəsinə Göygöl şəhəri, A.Kazımov küçəsi, 93 Şəxs Göygöl rayonu, Üçtəpə kəndi Zərərçəkmiş şəxs qızına Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 58, mənzil 12 Göygöl Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 3(066)-281/2023 nömrəli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(066)-281/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-281/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver