Məhkəmə qərarları › İş №3(066)-283/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-283/2025

12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-283/2025 12.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə başlanılmış inzibati icraat materialına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Göygöl rayon prokurorluğunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün 09 iyul 2025-ci il tarixdə Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar onunla əsaslandırılmışdır ki, hərbi vəzifəli şəxs olmaqla ilkin hərbi qeydiyyata alınaraq əvvəllər həqiqi hərbi xidmət keçmiş Şəxs (FİN xxxxxxx) Azərbaycan Ordusunda xx.xx.2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş hərbi təlim toplanışına cəlb edilməsi məqsədi ilə müvafiq toplanışlarla əlaqədar çağırış üzrə xx.xx.2025-ci tarixdə Xidmətin Göygöl rayon şöbəsinə dəvət edilməsinə baxmayaraq sonuncu üzrlü səbəb olmadan müvafiq toplanışa gəlməkdən imtina etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə nəzərdə tutulmuş çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsi inzibati xətasını törətmişdir.Qeyd olunanlar xx.xx.2025-ci il tarixli, 1155-xid-25 nömrəli Toplu sənədlərlə sübut olunur. Araşdırma zamanı izahatı alınmış Şəxs göstərmişdir ki, 2014-cü ildən hazırkı vaxta qədər vəkillik fəaliyyəti ilə məşğul olur. 2000-ci ildə SHXÇDX-nin Göygöl rayon şöbəsi tərəfindən ilkin hərbi qeydiyyata alınmışdır. Həqiqi hərbi xidmətini isə 2007-ci ilin iyul ayının 7-dən 2008-ci ilin aprel ayına 1-nə kimi Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçmiş, növbəti N ay isə, yəni 2008-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Təlim-Tədris Mərkəzində kursantlıq kursu keçərək kurs sonunda leytenant rütbəsi almışdır. 2008-ci ilin iyul ayında isə ordu sıralarından tərxis olunmuşdur. xx.xx.2025-ci il tarixdə SHXÇDX-nin Göygöl rayon şöbəsi tərəfindən ona zəng olunaraq orduda xx.xx.2025-ci il tarixdə keçirilməsi nəzərində tutulmuş hərbi təlim toplanışına çağırıldığı, bunun üçün müvafiq müayinələrdən keçirilməsi üçün şöbəyə gəlməsi bildirilmiş, bundan sonra, şöbəyə gedərək vəkil kimi fəaliyyət göstərdiyini, icraatında işlərin çox olduğunu, həmin tarixlərdə işlərinin olduğunu, bu səbəbdən toplanışa gələ bilməyəcəyini demiş və çıxıb getmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası İXM-nin 99.1.1-ci maddəsinə əsasən ilkin hərbi qeydiyyatda olmaqla əvvəllər həqiqi hərbi xidmət keçmiş Şəxs "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 45 və 46-cı maddələrinin tələblərini pozaraq Azərbaycan Ordusunda xx.xx.2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş hərbi təlim toplanışına cəlb edilməsi məqsədi ilə xx.xx.2025ci tarixdə Xidmətin Göygöl rayon şöbəsinə dəvət edilməsinə baxmayaraq sonuncu müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməkdən imtina etməsi olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsi(ləri) ilə nəzərdə tutulmuş xətanın(ların) əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Materiala əlavə edilmiş ******* nömrəli hərbi biletdən görünür ki, Şəxs xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası İXM-in 43.1-cü maddəsinə əsasən həmin məcəllənin 606.3-cü maddəsində nəzərədə tutulmuş inzibati xəta haqqında işlərə rayon(şəhər) məhkəmələri tərəfindən baxılır. Göygöl rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X2 tərəfindən 20 iyun 2025-ci il tarixdə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş hərbi toplanışa üzürlü səbəb olmadan gəlməməsində hər hansı cinayət tərkibinin olması müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanması rədd edilmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 606.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Göygöl rayon Məhkəməsinə göndərilməlidir. Göygöl Rayon Məhkəməsinin 3(066)-283/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilmişdir. Bundan sonra Gəncə Hərbi Məhkəməsi Göygöl Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmamış və məhkəmənin 3-1(095)-1672/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraat materialı məhkəmə aidiyyətinə dair yaranmış fikir ayrılığının həll edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3-1(104)-22/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə Şəxs barəsində aparılan inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Şəxs məhkəməyə ərizə təqdim edərək gələ bilməyəcəyini, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş edib. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi tərəfindən Göygöl Rayon Prokurorluğuna ünvanlanmış 20 may 2025-ci il tarixli məktubdan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Ordusunda xx.xx.2025-ci ii tarixdə başlanan hərbi təlim toplanışına cəlb edilməsi məqsədi ilə öyrənilməsi üçün xx.xx.2025-ci il tarixdə Xidmətin Göygöl rayon şöbəsinə dəvət edilib. Öyrənilmə zamanı ehtiyatda olan leytenant Şəxs “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 45-ci və 46-cı maddəsinin tələbləri izah edilib. Şəxs izahat verərək qeyd edilən qanunvericiliklə tanış olduğunu, lakin Gəncə şəhəri 2 saylı Vəkil Bürosunda vəkil kimi fəaliyyət göstərdiyini, icraatında olan işlərlə əlaqədar xx.xx.2025-ci il tarixdə hərbi təlim toplanışından və bununla əlaqədar öyrənilmədən (tibbi müayinədən) imtina etdiyini bildirdi. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Şəxs əməllərinə hüquqi qiymət verilməsi barədə aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Şəxs hərbi biletinin surətindən görünür ki, Şəxs xx.xx.2007-ci il tarixdən xx.xx.2008ci il tarixədək hərbi xidmətdə olmuşdur. Şəxs tərəfindən Göygöl Rayon Prokurorluğunda verilmiş izahatın surətindən görünür ki, yuxarıda qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır. 2014-cü ildən hazırkı vaxta qədər vəkillik fəaliyyəti ilə məşğul olur. O, 2000-ci ildə SHXÇDX-nin Göygöl rayon şöbəsi tərəfindən ilkin hərbi qeydiyyata alınıb. Həqiqi hərbi xidmətini isə 2007-ci ilin iyul ayının 7-dən 2008-ci ilin aprel ayının 1-ə kimi Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçib, növbəti N ay isə, yəni 2008-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Təlim-Tədris Mərkəzində kursantlıq kursu keçərək kurs sonunda leytenant rütbəsi alıb. 2008-ci ilin iyul ayında isə ordu sıralarından tərxis olunub. Mahiyyəti üzrə bildirib ki, xx.xx.2025-ci il tarixdə SHXÇDX-nin Göygöl rayon şöbəsi tərəfindən ona zəng olunaraq orduda xx.xx.2025-ci il tarixdə keçirilməsi nəzərində tutulmuş hərbi təlim toplanışına çağırıldığını, bunun üçün müvafiq müayinələrdən keçirilməsi üçün şöbəyə gəlməyi bildirilib. Bundan sonra, o, şöbəyə gedərək vəkil kimi fəaliyyət göstərdiyini, icraatında işlərin çox olduğunu, həmin tarixlərdə işlərinin olduğunu, bu səbəbdən toplanışa gələ bilməyəcəyini deyib, eləcə də bu məzmunda izahat yazıb və çıxıb gedib. Bundan sonra, rayon prokurorluğuna çağırılan zaman ona məlum olub ki, barəsində hərbi toplantıdan yayınmağı ilə əlaqədar material rayon prokurorluğuna göndərilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 iyun 2025-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs hərbi toplanışla bağlı öyrənilmədən imtina etməsi ilə əlaqədar AR İXM-nin 606.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılmasından ötrü materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 606.3-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun: 45.1. Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. 45.5. Toplanışların müddətləri və vaxtı bu Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, inzibati xəta tərkibi yarandığından və barəsində inzibati xəya dair icraat aparılan şəxs Şəxs təqsiri müəyyən edildiyindən sonuncu barərə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, AR İXM-nin 606.3-cü maddəsinin dispozisiyasında qeyd edilir ki, çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə inzibati xəta tərkibi yaranır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında iş materialında olan sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 606.3-cü maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 606.3-cü maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar