Məhkəmə qərarları › İş №3(066)-284/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-284/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-284/2025 23.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göygöl şəhəri, X7 küçəsi, ev 51 ünvanında qeydiyyatda olan, Göygöl şəhəri Mehmandarov küçəsi ev 22 ünvanında yaşayan Şəxs Afaq oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Afaq oğlunun barəsində Göygöl rayon prokurorluğunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar onunla əsaslandırılmışdır ki, hərbi vəzifəli şəxs olmaqla ilkin hərbi qeydiyyata alınaraq əvvəllər həqiqi hərbi xidmət keçmiş Şəxs Azərbaycan Ordusunda xx.xx.2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş hərbi təlim toplanışına cəlb edilməsi məqsədi ilə müvafiq toplanışlarla əlaqədar çağırış üzrə Xidmətin Göygöl rayon şöbəsinə dəvət edilməsinə baxmayaraq sonuncu üzrlü səbəb olmadan müvafiq toplanışa gəlməkdən imtina etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə nəzərdə tutulmuş çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsi inzibati xətasını törətmişdir. Qeyd olunanlar xx.xx.2025-ci il tarixli, 90-025 nömrəli Toplu sənədlərlə sübut olunur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası İXM-nin 99.1.1-ci maddəsinə əsasən ilkin hərbi qeydiyyatda olan Şəxs “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 45 və 46-cı maddələrinin tələblərini pozaraq Azərbaycan Ordusunda xx.xx.2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş hərbi təlim toplanışına cəlb edilməsi məqsədi ilə dəfələrlə Xidmətin Göygöl rayon şöbəsinə dəvət edilməsinə baxmayaraq sonuncu müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməkdən imtina etməsi olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın(ların) əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Araşdırma zamanı izahatı alınmış Şəxs göstərmişdir ki, 2023-cü ilin yanvar ayında həqiqi hərbi ximdətə çağrılmışdır. Xidmətini Qubadlı rayonu, Muradxanlı kəndində yerləşən N saylı hərbi hissədə keçmiş, 2024-cü ilin iyul ayında isə həmin hərbi hissədən əsgər rütbəsinə tərxis olunmuşdur. Həqiq hərbi ximdətini başa vurduqdan sonra yaşadığı Göygöl rayonuna qayıtmış, ailədə anası, qardaşı və özü olduğundan çörək pulu qazanmaq üçün müxtəlif yerlərdə işləməyə başlamışdır. Anası və qardaşı işsiz olduqlarından evə tək işləyib pul aparan özü olduğu üçün daha yüksək əmək haqqısı olan iş yerlərinə müraciət etməyə başlamışdır. Bu minvalla o, xx.xx.2025-ci il tarixdə Hacıkənd qəsəbəsində otel tikintisi ilə məşğul olan şirkətin tanımadığı məsul şəxsinə yaxınlaşdıqda həmin şəxs ona Laçın rayonunda TVM MMC tikinti işləri ilə məşğul olduğunu deyərək onu həmin yerə yönləndirmişdir. xx.xx.2025-ci il tarixdə o Laçın rayonuna yola düşmüş və həmin gün TVM MMC tərəfindən fəhlə kimi işlərə cəlb olunmuşdur. Bu günədək də o həmin şirkətdə fəhlə kimi işləyirmiş. Şirkətin əsas işi Laçın rayonunda tikilmiş “Lachın" Hoteldə kafel və metlaq vurmaqdan, mebelləri yerləşdirməkdə, qapıları quraşdırmaqdan və s. işlərdən ibarətdir. O da fəhlə kimi həmin işlərin görülməsində həftənin hər günü saat 08:00-dan 18:00-dək iştirak edirmiş. O qeyd etdiyi yerdə işə təzə başladığı vaxtlarda SHXÇDX-nın Göygöl rayon şöbəsinin adını bilmədiyi əməkdaşı ona zəng edərək xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə hərbi toplanış olduğunu və toplanışda iştirak etməsi üçün xidmətin rayon şöbəsinə yaxınlaşmağını bildirmişdir. O da zəng edən şəxsə ailə vəziyyətini izah edib atasının olmadığını, ailədə ondan başqa işləyən şəxsin olmadığını, toplanışa gələcəyi təqdirdə işini itirəcəyini, təkrar iş tapmağının çətin olduğunu deyərək iş icraçısıları olan X3 əlaqə nömrəsini vermişdir ki, onun toplanışda iştirak edəcəyi halda işini itirməməsi barədə söhbət etsinlər və müsbət nəticə olacağı təqdirdə toplanışa cəlb olunsun. Bir müddət xidmətin rayon şöbəsindən ona hər hansı məlumat verilməmiş, xx.xx.2025-ci il tarixdə iş icraçısı Şövqü İsalı ona Göygöl rayon prokuroruluğundan zəng olunaraq izahat verməsi üçün oraya getməli olduğu tələb olunduğunu demiş və Laçın rayonundan Göygöl rayonuna gələ bilməyi üçün şirkətin rəhbəri Əmir adlı şəxsdən icazə almışdır. O Göygöl rayonuna izahat vermək üçün gəldikdə isə xəbəri olmuşdur ki, təlim toplanışı artıq başa çatmışdır. Xahiş etmişdir ki, hərbi toplanışda üzürlü səbəbdən iştirak edə bilməməsini nəzərə alınsın və barəsində Azərbaycan Respublikası İXM-nı müvafiq maddəsi ilə inzibati icraat başlanılmasın. Materiala əlavə edilmiş **********30625 saylı şəxsi kartoçkadan çıxarışdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası İXM-in 43.1-cü maddəsinə əsasən həmin məcəllənin 606.3-cü maddəsində nəzərədə tutulmuş inzibati xəta haqqında işlərə rayon(şəhər) məhkəmələri tərəfindən baxılır. Göygöl rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X2 tərəfindən 25 iyun 2025-ci il tarixdə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş hərbi toplanışa üzürlü səbəb olmadan gəlməməsində hər hansı cinayət tərkibinin olması müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanması rədd edilmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 606.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında göstərdi ki, o, 2023-cü ildə hərbi xidmətə yollanmış, hərbi xidmətdən qayıdandan sonra kreditlərini bağlamaq üçün Laçın rayonuna günü 30 manata otel tikintisində işləməyə yollanmışdır. Həmin yerdə işləməyindən 1 ay keçməmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətindən zəng olunaraq dəvət edilmişdir. O isə işdən çıxıb gələ bilməsi üçün müdirindən icazə almalarını istəmişdir. Dövlət xidmətinin əməkdaşı onun müdiri ilə danışmış, lakin o, Laçın rayonundan yola düşməsi üçün avtomobil tapa bilmədiyinə görə dəvət edilən yerə vaxtından 1-2 gün gec çatmışdır. O, rayona gələn zaman prokurorluğa dəvət edilmiş və prokurorluqda izahatı alınmış, izahatı alınan zaman isə xidmətə çağırışa istənilən vaxt hazır olduğunu bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi tərəfindən Göygöl Rayon Prokurorluğuna ünvanlanmış 20 may 2025-ci il tarixli məktubdan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Ordusunda xx.xx.2025-ci ii tarixdə başlanan hərbi təlim toplanışına cəlb edilməsi məqsədi ilə öyrənilməsi üçün dəfələrlə 05-517-22-32 mobil telefon nömrəsi ilə əlaqə saxlanılmaqla (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci İİ tarixədək) Xidmətin Göygöl rayon şöbəsinə dəvət edilsə də, Qubadlı rayonunda DVM GROUP MMC-də işlədiyi üçün Xidmətin Göygöl rayon şöbəsinə gələ bilmədiyini, bildirmişdir, öyrənilməyə gəlməsi üçün şirkət rəhbərliyi ilə əlaqə saxlamaq üçün ***-***-**-** mobil telefon nömrəsini təqdim etmişdir. xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci İİ tarixdə qeyd edilən mobil telefon nömrəsi ilə əlaqə saxlanıldıqda özünü Şövqü adı ilə şirkət rəhbəri kimi təqdim edən vətəndaş Şəxs təlimlərə cəlb edilməsi üçün gəlməyəcəyini bildirmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azerbaycan Respublikası Qanunun 2.0.15, 45 və 46-cı maddəsinin tələbləri izah olunsa da, Şəxs təlimlərə cəlb edilməsi üçün aşkar surətdə maneə yaratmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Şəxs və özünü DVM GROUP MMC-nin müdiri Şövqü adlı şəxs kimi təqdim edən vətəndaşın əməllərinə hüquqi qiymət verilməsi barədə aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Şəxs barəsində şəxsi kartoçkadan çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə Göygöl Rayon Prokurorluğunda verilmiş izahatın surətindən görünür ki, çağırılması və SHXÇDX-nin Göygöl rayon şöbəsindən rayon prokurorluğuna onun xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə hərbi təlim toplanışına gəlməməsi ilə bağlı daxil olmuş müraciətin mahiyyəti üzrə müfəssəl olaraq qeyd etmişdir ki, o, 2023-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılmışdır. O, xidmətini Qubadlı rayonu, Muradxanlı kəndində yerləşən N saylı hərbi hissədə keçmişdir. 2024-cü ilin iyul ayında isə həmin hərbi hissədən əsgər rütbəsində tərxis olunmuşdur. Həqiq hərbi ximdətini başa vurduqdan sonra o, yaşadığı Göygöl rayonuna qayıtmışdır. Ailədə anası, qardaşı və o olduqlarından çörək pulu qazanmaq üçün müxtəlif yerlərdə işləməyə başlamışdır. Anası və qardaşı işsiz olduqlarından evə tək işləyib pul aparan o olduğu üçün daha yüksək əmək haqqısı olan iş yerlərinə müraciət etməyə başlamışdır. Bu minvalla o, xx.xx.2025-ci il tarixdə Hacıkənd qəsəbəsində otel tikintisi ilə məşğul olan şirkətin tanımadığı məsul şəxsinə yaxınlaşdıqda həmin şəxs ona Laçın rayonunda TVM MMC tikinti işləri ilə məşğul olduğunu deyərək onu həmin yerə yönləndirmişdir. xx.xx.2025-ci il tarixdə o, Laçın rayonuna yola düşmüş və həmin gün TVM MMC tərəfindən fəhlə kimi işlərə cəlb olunmuşdur. Bu günədək də həmin şirkətdə fəhlə kimi işləmişdir. Şirkətin əsas işi Laçın rayonunda tikilmiş “Lachın” Hoteldə kafel və metlaq vurmaqdan, mebelləri yerləşdirməkdə, qapıları quraşdırmaqdan və s. işlərdən ibarətdir. O da fəhlə kimi həmin işlərin görülməsində həftənin hər günü saat 08:00-dan 18:00-dək iştirak etmişdir. O, qeyd etdiyi yerdə işə təzə başladığı vaxtlarda SHXÇDX-nin Göygöl rayon şöbəsinin adını bilmədiyi əməkdaşı ona zəng edərək xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə hərbi toplanış olduğunu və toplanışda iştirak etməsi üçün xidmətin rayon şöbəsinə yaxınlaşmasını bildirmişdir. O da həmin şəxslərə ailə vəziyyətini izah edib atasının olmadığını, ailədə ondan başqa işləyən şəxsin olmadığını, toplanışa gələcəyi təqdirdə işini itirəcəyini, təkrar iş tapmasının çətin olduğunu deyərək onlara iş icraçısı olan X3 əlaqə nömrəsini vermişdir ki, onun toplanışda iştirak edəcəyi halda işitmi itirməməsi barədə söhbət etsinlər və müsbət nəticə olacağı təqdirdə o, toplanışa cəlb olunsun. Bir müddət xidmətin rayon şöbəsindən ona hər hansı məlumat verilməmişdir. xx.xx.2025-ci il tarixdə iş icraçısı Şövqü İsalı ona Göygöl rayon prokuroruluğundan zəng olunaraq izahat verməsi üçün oraya getməsi tələb olunduğunu ona demiş və Laçın rayonundan Göygöl rayonuna gələ bilməsi üçün şirkətin rəhbəri Əmir adlı şəxsdən icazə almışdır. O, Göygöl rayonuna izahat vermək üçün gəldikdə isə xəbəri olmuşdur ki, təlim toplanışı artıq başa çalmışdır. Odur ki, hərbi toplanışda üzrlü səbəbdən iştirak edə bilmədiyinin nəzərə alınmasını və barəsində Azərbaycan Respublikası İXMnin müvafiq maddəsi ilə inzibati icraat başlanılmamasını xahiş etmişdir. Çünki onun ailəsində ondan başqa evə pul aparan şəxs yoxdur. Odur ki, izahatında göstərdiyi xüsusatların nəzərə alınmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Laçın rayonunda işləməsi üçün şirkətlə aralarında hər hansı əmək müqaviləsi bağlanmamışdır. Onun orda işləməsinin 1 ayı tamam olmadığından hələki əməkhaqqı almamışdır. Lakin razılaşmalarına əsasən ona aylıq 1200-1300 manat əməkhaqqı veriləcəkmiş. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 iyun 2025-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs hərbi toplanışla bağlı öyrənilmədən imtina etməsi ilə əlaqədar AR İXM-nin 606.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılmasından ötrü materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 606.3-cü maddəsinə əsasən Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604- cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun: 45.1. Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. 45.5. Toplanışların müddətləri və vaxtı bu Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, inzibati xəta tərkibi yarandığından və barəsində inzibati xəya dair icraat aparılan şəxs Şəxs təqsiri müəyyən edildiyindən sonuncu barərə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, AR İXM-nin 606.3-cü maddəsinin dispozisiyasında qeyd edilir ki, çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604- cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə inzibati xəta tərkibi yaranır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı, inzibati xəta haqqında iş materialında olan sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 606.3-cü maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 606.3-cü maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Göygöl Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar