Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-285/2024 20.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi ilə, Göygöl rayonu Hacıməlik qəsəbə sakini, Göygöl rayonu Hacıməlik qəsəbəsi ŞTQ 2 saylı tam orta məktəbinin drektor əvəzi X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X16 Xitmətinin Gəncə-X10 inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 08 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsinə dair şikayətə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən etdi: Göygöl rayonu Hacıməlik qəsəbə sakini Göygöl rayonu Hacıməlik qəsəbəsi 2 saylı tam orta məktəbinin drektor əvəzi X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X16 Xitmətinin Gəncə-X10 inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 08 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, qeyd edilən qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göygöl rayonu Hacıməlik qəsəbə sakini Göygöl rayonu Hacıməlik qəsəbəsi 2 saylı tam orta məktəbinin drektor əvəzi X8 şikayətini onunla əsaslandırmışdır ki, Göygöl rayonu Hacıməllik qəsəbəsində yerləşən ŞTQ 2 say tam orta məktəbin direktor əvəzi vəzifəsında işləyirəm. Məktəbin ştat cədvəli ile tanış olduqda müəyyən edilib ki, məktəbin dalandar vəzifəsində işləyən X3 xx.xx.2023-ci ilden 17:04 2024-ci il tarixədek 5050 manat əmək haqqı verilmişdir. Bununla əlaqədar araşdırma aparılarkən müəyyən olunub ki, məktəbin ərazisi 20 sot olduğu halda göstərilib ki, guya məktəb ərazisinin sahesi 50 sotdan ibarətdir və X5 60 sot ərazidə xidməti işlərini həyata keçirir. Mən direktor vəzifəsi əvəzi işlədiyim müddətdə belə bir saxtakarlığın davam etdinmasinə yol verə bilmerem. Ona göre de belə qərara geldim ki, məktəbin ərazisinin kiçik olduğuna göre dalandar vəzifəsinin mövcud olmasına ehtiyac yoxdur. Yuxanda göstərdiyim faktla slaqədar olaraq məktəbin həmkarlar məsləhətləşərək belə qərara gəldik ki, X6 ilə bağlanan əmək muqaviləsinə xitam verilsin. Odur ki, xx.xx.2024-cu il tarixli əmrlə “Təhsil müəssisələri Göygöl şəhəri üzrə/ Hacıməlik STQ 2 saylı tam orta məktəb" bölməsində "dalandar vəzifəsində işləyən X7 ilə bağlanmış 2RAHB0P0002000 nömrəli əmək müqaviləsinə, "AR ƏM-nin 70 “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə maddəsin əsasn yuxarıda göstərilən səbəbdən xx.xx.2024-cu il tarixdən xitam verilmişdir. Aradan bir müddət keçmiş ona məlum olub ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 X17 Şöbəsi tərəfindən mənim barəmdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında X14- X10 08 iyul 2024-cü il tarixli MN ******* nömrəli qərarına əsasən ona münasibətdə Azərbaycan Respublikasının İXM-nin 114.1.2-ci maddəsi və 192.6.6-cı maddələri tətbiq edilərək 1700 manat məbləğində şərti olaraq cərimənin tətbiq edildiyi qərara alınmışdır. Həmin qərarın müəyyən etdi hissəsində göstərilmişdir ki, "X1 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, lakin son haqq hesabı xx.xx.2024-cu il tarixdə AR.ƏM-nin 172.4-cü maddəsinin tələblərinin pozularaq az ödənildiyi və əmək müqaviləsinə həmkarlar ittifaqının qabaqcadan razılığının alınmadan AR.ƏM-nin 70 "b" bəndində qanunvericiliyin tələblərinin pozularaq xitam verildiyi məlum olmuşdur." Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; Həmin Məcəllənin 192.6-cı maddəsinə görə İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. X3 münasibətdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi tətbiq edilmişdir və həmin qanuna əsasən dalandar vəzifəsi normativə uyğun olmadığına görə ixtisar olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 5.1-ci maddəsinə görə İnsan və vətəndaş hüquqları azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs X8 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X16 Xitmətinin Gəncə-X10 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İnzibati materiala əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X8 04 fevral 1965-ci il tarixdə anadan olmuşdur. İnzibati materiala əlavə edilmiş Göygöl rayonu Hacıməllik qəsəbəsində yerləşən ŞTQ 2 say tam orta məktəbin direktor əvəzi X2 xx.xx.2024-cu il tarixli, 93 nömrəli əmrdən məlum olur ki, Təhsil müəssisələri Göygöl şəhəri üzrə/ Hacıməlik STQ 2 saylı tam orta məktəb" bölməsində "dalandar vəzifəsində işləyən X6 ilə bağlanmış 2RAHB0P0002000 nömrəli əmək müqaviləsinə, "AR ƏM-nin 70 “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə maddəsin əsasn yuxarıda göstərilən səbəbdən xx.xx.2024-cu il tarixdən xitam verilmişdir. İnzibati materiala əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X16 Xitmətinin Gəncə-X10 inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 08 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarından məlum olur ki, Göygöl rayonu Hacıməlik qəsəbə sakini Göygöl rayonu Hacıməlik qəsəbəsi 2 saylı tam orta məktəbinin drektor əvəzi X8 Təhsil müəssisələri Göygöl şəhəri üzrə/ Hacıməlik STQ 2 saylı tam orta məktəb" bölməsində "dalandar vəzifəsində işləyən X6 ilə bağlanmış 2RAHB0P0002000 nömrəli əmək müqaviləsinə, "AR ƏM-nin 70 “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə maddəsin əsasn yuxarıda göstərilən səbəbdən xx.xx.2024-cu il tarixdən xitam verərkən son haqq hesabı xx.xx.2024-cu il tarixdə AR.ƏM-nin 172.4-cü maddəsinin tələblərinin pozularaq az ödənilmiş və əmək müqaviləsinə həmkarlar ittifaqının qabaqcadan razılığının alınmadan xitam verməsinə görə Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən 1700 manat məbləğində şərti olaraq cərimənin tətbiq edildiyi qərara alınmışdır. Məhkəmə inzibati materialı nəzərdən keçirərək hesab edir ki, Göygöl rayonu Hacıməllik qəsəbəsində yerləşən ŞTQ 2 say tam orta məktəbin direktor əvəzi X2 şikayəti təmin edilməməlidir. Belə ki, dalandar vəzifəsində işləyən X6 ilə bağlanmış 2RAHB0P0002000 nömrəli əmək müqaviləsinə, "AR ƏM-nin 70 “b” bəndinə əsasən xx.xx.2024-cu il tarixdən xitam verərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, X4 rəsmii xəbərdarlıq edilməmiş, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamış və ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilməmişdir. Şikayət verən şəxsX8 həmin halların əksini təsdiq edən hər hansı subutu şikayətə əlavə etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən müddətlərdə rəsmi xəbərdar edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393- 1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı : Göygöl rayonu Hacıməlik qəsəbəsi ŞTQ 2 saylı tam orta məktəbinin drektor əvəzi X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X16 Xitmətinin Gəncə-X10 inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 08 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №3(066)-285/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-285/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver