Məhkəmə qərarları › İş №3(066)-285/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-285/2025

09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-285/2025 09.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyyəddin qızı, X1 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdim: X2 şikayət ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, AR DİN Gəncə Şəhər DYPŞ-nin TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən o, AR İXM-nin 342.3; 327.1 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 500 manat məbləğində cərimə edilmişdir. İşdə olan materiallara baxaraq hesab edirəm ki, şikayət onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. X2 şikayət ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsini xahiş etsə də, o, ləğv edilməsini tələb etdiyi qərarın surətini şikayətinə əlavə etməmişdir. Belə ki, inzibati tənbeh vermə haqda qərar şikayətə əlavə edilmədiyindən qərarı Baş Dövlət Yol Polisinin və ya onun şöbələrinin hansı əməkdaşı tərəfindən qəbul edilməsini və qərarın qəbul edilməsinə əsas olmuş halları müəyyən etmək mümkün deyildir. Habelə, izah olunur ki, ləğv edilməsini xahiş etdiyi inzibati tənbeh tətbiq etmə haqqında qərar Gəncə Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən və Gəncə şəhər ərazisində baş verilmiş inzibati xətaya dair tətbiq edilmişsə aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə müraciət edilməlidir. Şərh edilənlərə əsasən hesab edirəm ki, X1 barəsində tərtib edilmiş TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsi barədə şikayət geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: X1 inzibati tənbeh tətbiq etmə haqqında qərardan verdiyi şikayəti geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar