Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-287/2025 25.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, tələbkar X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Göygöl rayonu Quşqara kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göygöl rayonu Quşqara kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Göygöl Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş 11 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2025-ci il tarixdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə izahatında bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-104/2022 saylı, 10 mart 2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 280 AZN miqdarında aliment tutularaq tələbkar X4 ödənilməsi barədə qərar qəbul edilmişdir. Göygöl Rayon Məhkəməsinin 8(066)-5025 saylı xx.xx.2025-ci il qərarına əsasən 1 uşağın saxlanılmasına görə əmək haqqının 0,46 misli həddində indeksasiya edilmişdir. İcra sənədi 15 mart 2022-ci il tarixdə icraatına qəbul edilmiş və həmin tarixdən borclu Şəxs əmək haqqından 280 AZN tutqu barədə qərar qəbul edərək aidiyyəti üzrə iş yerinə göndərilmişdir. Lakin, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Hər ay ödənişlər qismən də olsa olmuş, məhkəmə prosesi gedişində də 600 manat ödənilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs 1 iyul 2025-ci il tarixində işə başladığını, ay sonunda ödəniş edəcəyini bildirib. Məhkəmə icraatı müddətində 600 AZN ödəniş edib. İş olmayanda da qismən ödəniş hər ay etmişdir. İşə yeni yaşlamışdır, hər ay 400 manat tam maaşını alimentə ödəməyə razıdır və söz verir. Məhkəmə iclasında tələbkar X7 izahatında bildirdi ki, borclu hər ay alimentin müəyyən bir qismini ödəyir. İnzibati qaydada protokol tərtib edilməmişdən əvvəl də 300 manat, məhkəmə icraatı gedişində 600 manat ödəniş edib. Tələbkar övladlarını hazırlığa qoymaq istədiyini və s. xərclərini nəzərə alaraq alimentin tam ödənilməsini tələb edir. İş materiallarında olan: 2(066)-104/2022 saylı, 10 mart 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqları 17 iyun 2013-cü il təvəllüdlü X5 və 26 iyun 2015-ci il təvəllüdlü X6 anası, yəni iddiaçı X3 yanında saxlanılması, cavabdeh Şəxs 17 iyun 2013-cü il təvəllüdlü X5 və 26 iyun 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 140 manat olmaqla cəmi 280 (iki yüz səksən) manat aliment tutularaq iddiaçının xeyrinə tutulması, alimentin tutulmasına 22 oktyabr 2021-ci il tarixdən başlanılması qərara alınmış, qətnamənin alimentlə bağlı hissəsi dərhal icraya yönəldilmiş, qətnamə icraya yönəldikdən sonra Göygöl Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(066)-1359/2021 nömrəli qərardadı əsasında verilmiş icra vərəqəsinin icraatına xitam verilmişdir. Göygöl Rayon İcra və Probasiya şöbəsi 60400/22Aİ saylı 15 mart 2022-ci il tarixdə Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş 2(066)-104/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə iş üzrə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Göygöl Rayon İcra və Probasiya şöbəsinin 60400/22Aİ saylı 15 mart 2022-ci il tarixli icraata başlamaq haqqında qərarı üzrə göndərilən tələbin könüllü ödənilməsi barədə bildirişdən görünür ki, Şəxs icra sənədində göstərilən tələbi icra etmək təklif olunmuşdur. Əks halda barəsində daha ciddi tədbirlər tətbiq ediləcəyi bildirilir. İnzibati xəta haqqında 11 iyul 2025-ci il tarixli MN ******* saylı Göygöl rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş protokolda borclu Şəxs İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta törətdiyini, bu günkü tarixdə borclunun 3360 manat aliment borcu olduğu, yeni işə başladığı və xx.xx.2025-ci il tarixdən ödəniş edəcəyi qeyd olunmuşdur. Borclu Şəxs Göygöl rayon İcar və Probasiya şöbəsində verdiyi yazılı izahatında qeyd olunur ki, bgünki tarixə 3360 manat aliment borcu vardır, keçən ay 300 manat ödəniş etmişdir. Yağ sexində işləyir, ayın sonunda yenidən ödəniş edəcəkdir. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İşin hallarından məlum olur ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-104/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqları 17 iyun 2013-cü il təvəllüdlü X5 və 26 iyun 2015-ci il təvəllüdlü X6 anası, yəni iddiaçı X3 yanında saxlanılması, cavabdeh Şəxs 17 iyun 2013-cü il təvəllüdlü X5 və 26 iyun 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 140 manat olmaqla cəmi 280 (iki yüz səksən) manat aliment tələbkar X4 ödəməli olmuş, aylıq ödənişlər pediodik olaraq qismən də olsa həyata keçirilmiş, şəxs işsiz olsa da hər ay aliment öhdəliyinin icrasına dair hərəkətlilik göstərmişdir. Bundan sonra Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 11 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və əlavə sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə prosesi gedişində yaranmış borcdan 600 manat ödəniş etmişdir. Habelə, yeni işə bağladığı, əmək haqqısının 400 manat olması, hər ay həmin məbləğin hamısını aliment borcuna ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Maddənin tövsifinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki halda barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin hərəkətlərində məhkəmə qətnaməsinin icrasına qarşı hər hansı qərəzli hərəkət olmamış, icra qismən və periodik olaraq davam etmiş, ödənişlərin etməməsinin kökündə əsaslı və üzrlü səbəb dayanmışdır. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Hüseynzadə Leyla
Məhkəmə qərarları › İş №3(066)-287/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-287/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver