Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-291/2023 19.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X6 iclas katibliyi, X1nun iştirakı ilə, X7 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli qərarından verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar tərtib edilmiş şəxs X11 məhkəməyə şikayət verərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 məhkəmə iclasında çıxış edərək göstərdi ki, şəxsi təsərrüfatında, şəxsi istifadə üçün mal-qara və xırda buynuzlu heyvanların saxlanılması ilə məşğul olur. Şəxsi təsərrüfatında 2023-cü ilin may ayında şəxsi istifadə üçün heyvan kəsmiş, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 əməkdaşları heyvan kəsdiyi ünvana gəlib ona heyvan kəsərkən qaydaları pozmasını və bunun üçün müvafiq icazə almadığını bildirmişlər. O isə buna etirazını bildirmişdir. Buna baxmayaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuş, həmin protokol əsasında xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokola baxılarkən İXM-nin tələbləri əhəmiyyətli dərəcədə pozulmuş və barəsində protokol tərtib etmiş şəxs iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaratmamışdır. Ona görə də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətçini dinləyib, şikayəti iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 xx.xx.2023-cü il tarixli, 3- 44-4/2-1149/2023 saylı bildirişdən görnür ki, X11 barəsində İXM-nin 289.0.1-ci maddəsi ilə inzibati xətaya dair işə baxılmasında iştirak etmək üçün xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 rəisi X12 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X11 baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə yol verməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. 6768 6766 5675 8612 saylı fermer kartından görünür ki, X11 fermer təsərrüfatı ilə məşğul olur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X11 baytarlıq haqqında qanunvericiliyin pozması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Daha sonra barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş şəxs X11 məhkəməyə şikayət verərək, xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmidşir. Məhkəmə qeyd edir ki, X1 baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıqsanitariya) tələblərinə cavab verməyən və xüsusi ayrılmış yerlərdən kənarda heyvan kəsməsini bildirməklə baytarlıq haqqında qanunvericiliyin tələbini pozmasını etiraf etmişdir. X2 inzibati xəta haqqında protokola baxılarkən İXM-nin tələbləri əhəmiyyətli dərəcədə pozulması və barəsində protokol tərtib etmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaratmamasını bildirsə də şikayətə əlavə etdiyi AQTA-nın X3 xx.xx.2023-cü il tarixli, 3-44-4/2-1149/2023 saylı bildiriş məktubundan onun barəsində İXM-nin 289.0.1-ci maddəsi ilə inzibati xətaya dair işə baxılmasında iştirak etmək üçün xəbərdar edilməsi məlum olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İşdən müəyyən edilir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 rəisi X12 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş MN № ******* saylı qərarda X7 Göygöl rayonu, Balçılı kəndində heyvan kəsimi həyata keçirməklə İXM-in 289.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsinə əsasən, baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək və qiymətləndirib hesab edir ki, şikayət təmin edilməməlidir. İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-nin 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-291/2023 «19» iyun 2023-cü il Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 ünvan: Gəncə şəhəri, X18 prospekti, 478 X8 ünvan: Göygöl rayonu, Balçılı kəndi Göygöl Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 3(066)-291/2023 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” vərəq. Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(066)-291/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-291/2023
19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver