Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-293/2023 16.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs X2, zərərçəkmiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1975-ci il tarixdə Kəlbəcər rayonunun Böyürkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Göygöl rayonu, Quşqara kəndində yaşayan Şəxs (AA 1842597) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Göygöl rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci mаddəsi ilə inzibаti xətа haqqında Göygöl rayon İcra və probasiya şöbəsində (Bundan sonra Göygöl RİPŞ) 16 iyun 2023-cü il tarixdə, MN № ******* saylı protokol tərtib edilmişdir ondan ötəri ki, o, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-154/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs İXM 528.1ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Göygöl RİPŞ-nin icra məmuru X6 çıxış edərək bildirdi ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-154/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 20000 manat borc alınıb X5 ödənilməlidir. İcra sənədi qanuni qüvvəsini aldığından icra edilməsi üçün Göygöl RİPŞ-yə göndərilmiş və xx.xx.2022-ci il tarixdə onun tərəfindən Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-154/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri yerinə yetirmək üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu tam şəkildə ödəməmiş və icra sənədi üzrə borcu tam şəkildə tələbkarın xeyirinə ödəməkdən yayınmışdır. Borclu İİ dərəcəli əlilliyə görə hər ay dövlətdən 268.61 manat əmək pensiyası alır və qeyd edilən borcun tutulması borclunun pensiyasının 50 %-nə yönəldilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə Göygöl RİPŞ-yə çağırılmış və barəsində MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək qanuni tədbir görülməsi üçün rayon məhkəməsinə gətirilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək izahatında göstərdi ki, hazırda Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 154/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini icra etməyə maddi imkanı yoxdur, heç bir yerdə işləmir. Hər ay İİ qrup əlil kimi dövlətdən pensiya alır və hər ay pensiyasının 50 %-i borcun ödənilməsinə yönəldilib. Qeyd etdiklərinin nəzərə alınmasını və barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclаsındа zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X8 ifadəsində göstərdi ki, Şəxs tələbkar X5 pul borclu olsa da 8 ildir borcunu qaytarmır. İcra sənədi üzrə borcun birdəfəlik qaytarılmasını tələb edir. Borclunun qərəzli olaraq borcunu ödəmədiyini, ondan şikayətçi olduğunu bildirdi və onun inzibati qaydada məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-154/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin surətindən görünür ki, Şəxs 20000 manat borc alınıb X5 ödənilməlidir. Göygöl RİPŞ-nin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-154/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs barəsində icraat başlanmışdır. xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-154/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən irəli gələn öhdəlikləri, yəni icra sənədi üzrə yaranmış borcunu könüllü icra etməsi üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-154/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-154/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbkara olan borcunu heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə icraata başlanıldığı tarixdən bu günə kimi kifayət qədər uzun müddət keçməsinə baxmayaraq, borcunu tam ödəməmiş, ona dəfələrlə xəbərdarlıq edilsə də borcu ödəməkdən yayınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədi üzrə borcun ödənilməməsinə hansısa qərəzsiz münasibətindən söhbət gedə bilməz. Eyni səbəbdən məhkəmə onun icra sənədi üzrə borcunu yaxın gələcəkdə tam qaytaracağını da inandırıcı hesab etmir. Beləliklə, iş materiallarından görünür ki, borclu məhkəmənin icra sənədini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X7 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. X13 Hüquqları Məhkəməsi “Kərimov və qeyriləri Azərbaycana qarşı” işdə bildirmişdir ki, borclunun maddi öhdəliklərini yerinə yetirə bilməməsini əsaslandırmaq üçün göstərdiyi səbəblər cinayət məsuliyyətinə cəlb edilməsindən imtina üçün əsas ola bildiyinə görə, cinayət əməlinin törədilməsi faktının müəyyən edilməsi üçün həlledici əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında borcluların maddi vəziyyətinin və onların vəzifələrinin icra etməmələrində qərəzliliyin müəyyən olunmasına fərdi yanaşmanın vacibliyi vurğulanmışdır. Borclunun həqiqətən maddi imkanı olduğu halda, üzərinə qoyulmuş vəzifəyə zidd olaraq borcu ödəməkdən boyun qaçırdığını sübut etmək vəzifəsi cinayət mühakimə icraatında müvafiq ittihamı irəli sürmüş tərəf üzərinə düşür. Belə olan halda aydındır ki, 27 dekabr 2001-ci il tarixli Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş şərtə bilavasitə aid olduğuna görə, ərizəçilərin yerli məhkəmələrdə qaldırdığı, xüsusilə də onların öz öhdəliklərini maddi imkansızlıqdan icra edə bilməməsi barədə dəlillərinin mahiyyəti üzrə araşdırılıb həqiqətə uyğun olubolmadığının müəyyən edilməsini tələb edirdi. Bununla bağlı Avropa Məhkəməsi xatırlatmışdır ki, icra etməmə maddi imkansızlıqla bağlı olduğu halda, “heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” müddəasını nəzərdə tutulan Konvensiyanın 4-cü Protokolun 1-ci maddəsinə uyğun məsələ ortaya çıxa bilər. Yerli məhkəmələr tərəfindən icra etməmənin səbəbinin araşdırılmaması o cəhətdən də ziddiyyətli görünür ki, qərarlarda mürəkkəb maliyyə vəziyyətinə istinad edilsə belə, borcun məhz maliyyə çətinlikləri ilə üzləşməsindən ödənilmədiyi ehtimalı nəzərdən keçirilməmişdir. Avropa Məhkəməsi həmçinin nəzərə almışdır ki, işlərə mahiyyəti üzrə baxan məhkəmələr, məhkəmə qərarlarının icrası ilə bağlı məsuliyyətə cəlb edilməsi məsələsinə baxarkən işin faktiki, o cümlədən əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsi hallarının hərtərəfli araşdırmasının təmin edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun göstərişinə əməl etməmişlər. Nəticədə Avropa Məhkəməsi hesab etmişdir ki, qərəzliliyin müəyyən edilməsi ilə bağlı dəlil əhəmiyyətli xarakterli olaraq məhkəmə baxışının nəticələri üçün həlledici rol daşımış, müvafiq olaraq yerli məhkəmələrin həmin dəlillə bağlı əsaslandırılmış qərarın verməməsi isə Konvensiyanın 6-cı maddəsinin pozuntusunu təşkil etmişdir (bax, Kərimov və Qeyriləri Azərbaycana qarşı, №№ 24219/16 və s., §§ 31-34, 22 iyul 2021). “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. «İcrа hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qаnunun 3.2-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonraicra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Göründüyü kimi, borclu uzun müddət keçməsinə baxmayaraq, kifayət qədər yüksək məbləğdə olan borcunu ödəməmişdir. Bu da onun icra sənədinin icrasından qəsdən yayındığını sübut edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda, İXM-in 528.1-ci maddəsinin sanksiyasında 500 manatdan 1000 manatadək cərimə və ya bir ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 500 (beş yüz) manat cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 500 (beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, protokolu tərtib edən şəxsə və zərərçəkmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Göygol rаyоn İcra və probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ______________________________________________________________ _ __ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-293/2023 «16» iyun 2023-cü il Göygöl rayon İcra və probasiya şöbəsinə Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Şəxs (Göygöl rayonu, Quşqara kəndi) Surəti: X5 (Şəmkir rayonu, DOS-6, mən. 7) Göygöl Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 3(066)-293/2023 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(066)-293/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-293/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver