Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-293/2025 31.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, şahid Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 , Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 və barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Ağdam rayonu Qurdlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonu Qurdlar kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixdə saat 18 radələrində sürücü Şəxs idarə etdiyi Vaz 21099 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu Aşıqlı kənd ərazisi ilə Göygöl şəhəri istiqamətində hərəkətdə olan zaman, yolun döngəli hissəsində avtomobil sürüşərək yolun sağ tərəf kənarına doğru getdiyini görüb, sükanı sola doğru çəkmişdir və idarə etdiyi avtomobil sürüşərək qarşı tərəfdən hərəkətdə olan markası və dövlət qeydiyyat nişanı sonradan ona məlum olan QAZ-31105 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadı ilə toqquşmuş və zərbənin təsirindən fırlanaraq QAZ-31105 markalı avtomobilin arxa tərəfində dayanmışdır. Azərbaycan Respublikası “Yol Hərəkəti haqqında” Qanunun 327.8-ci maddəsinin tələblərini pozmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Sürücü Şəxs öz ehtiyatsızlığından yol hərəkəti qaydalarının tələblərini pozması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. Yol-nəqliyyat hadisəsi “Vaz 21099” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs ehtiyatsızlığı səbəbi ilə baş vermişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, nəqliyyat vasitəsi ilə yolda hərəkətdə olan zaman avtomobilin sürüşərək yolun sağ tərəf kənarına dərəyə doğru getdiyini görüb, sükanı sola doğru çəkmişdir və idarə etdiyi avtomobil sürüşərək qarşı tərəfdən hərəkətdə olan digər nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 məhkəmə iclasında izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışıq əldə etmişlər, həmin şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 məhkəmə iclasında izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışıq əldə etmişlər, həmin şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəmə iclasında izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışıq əldə etmişlər, həmin şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs1 məhkəmə iclasında izahat verərək bildirdi ki, hadisə ehtiyatsızlıqdan törədilmişdir, hava qarlı idi. İş materiallarında olan: Şəxs tərəfindən verilmiş izahatdan görünür ki, idarə etdiyi avtomobil qayınatası Zərərçəkmiş şəxs2 məxsusdur. Bildirib ki, Göygöl rayonu Aşıqlı kənd ərazisi ilə Göygöl şəhəri istiqamətində hərəkətdə olan zaman, yolun döngəli hissəsində avtomobil sürüşərək yolun sağ tərəf kənarına doğru getdiyini görüb, sükanı sola doğru çəkmişdir və idarə etdiyi avtomobil sürüşərək qarşı tərəfdən hərəkətdə olan markası və dövlət qeydiyyat nişanı sonradan ona məlum olan QAZ-31105 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadı ilə toqquşmuş və zərbənin təsirindən fırlanaraq QAZ-31105 markalı avtomobilin arxa tərəfində dayanmışdır. O və qaynı Elşad avtomobildən düşüb qayınatası Elçin və qayınanası Nəcibəni avtomobildən düşürmüşlər. “Opel astra” markalı taksi ilə onlar əvvəlcə Göygöl rayon Mərkəzi Xəstəxanasına, daha sonra 103 TTY avtomobili ilə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya getmişlər. Bundan başqa bildirmişdir ki, hadisənin baş verməsinə səbəb yolun buzlu olması səbəbindən avtomobilin sürüşməsi olmuşdur. Əlavə olaraq bildirmişdir ki, o, yol nəqliyyat hadisəsini törədən zaman sərxoş olmamışdır. O və oğlu Nihad hər hansı xəsarət almamışdır. Onun hadisədən əvvəl surəti təxminən 60 km/saat olmuşdur. Material üzrə izahatı alınmış Zərərçəkmiş şəxs1 bildirmişdir ki, AQRO dariy”-də qaynaqçı işləyir. İzahat verməyinin səbəbi ona aydındır. Bildirmişdir ki, özünə məxsus QAZ 31105 markalı **-BH-*** d.q.n-lı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.3035-ci il tarixdə təxminən saat 18 radələrində o, özünə məxsus QAZ 31105 markalı **-BH-*** d.q.nlı avtomobillə Göygöl rayonu Aşıqlı kəndi ərazisi ilə Hacıkənd qəsəbəsi istiqamətində təxminən 40 km\saat surətlə hərəkətdə olan zaman, yolun döngəli hissəsində qarşı zolaqdan gələn Vaz-21099 markalı avtomobilin yolun buz bağlaması səbəbindən sürüşərək yolun sağ tərəf kənarına doğru getdiyini görmüşdür. Daha sonra həmin avtomobil sol tərəfə fırlanaraq sürüşə-sürüşə onun idarə etdiyi avtomobilin üzərinə doğru gələrək ona məxsus avtomobilin qabaq sol qanadı ilə toqquşmuş və zərbənin nəticəsində onun idarə etdiyi avtomobil yolun sağ tərəf kənarında daş divara dəyərək dayanmışdır. Vaz 21099 markalı avtomobil ilə fırlanaraq onun arxa tərəfində dayanmışdır. Bundan sonra avtomobildə olan ailə üzvləri avtomobildən düşmüşlər və ailə üzvlərini yoldan ötən taksi ilə evə yola salmışdır. Özü isə avtomobilin yanında qalmışdır. Digər avtomobildə xəsarət alan şəxsi isə yoldan keçən tanımadığı şəxsin idarə etdiyi avtomobillə xəstəxanaya aparmışlar. Bundan başqa bildirmişdir ki, hadisənin baş verməsinə səbəb Vaz 21099 markalı avtomobilin sürüşərək idarə etdiyi avtomobilin üzərinə gəlməsi olmuşdur. Hadisə baş verməmişdən əvvəl spirtli içki qəbul etməmişdir, onu polis əməkdaşları həkim müayinəsindən keçirmişlər. Yol buzlu olduğundan və yoxuşa doğru qalxdığından hadisənin qarşısını almaq üçün hər hansı hərəkət edə bilməmişdir. Onun idarə etdiyi avtomobildə qabaq oturacaqda arvadı Fəxriyyə, arxa oturacaqda azyaşlı övladları olmuşdur. Onun sağ qolunda ağrılar vardır. Bundan başqa arvadı Fəxriyyənin sinəsində ağrılar vardır. Azyaşlı uşaqları Həzrət və İbrahimin hər ikisinin dodaqları qanamışdır. Material üzrə izahatı alınmış Zərərçəkmiş şəxs5 bildrmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində əri Səmədin idarə etdiyi QAZ 31105 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu Aşıqlı kəndi ərazisi ilə Hacıkənd qəsəbəsi istiqamətində təxminən 40 km/saat surətlə hərəkətdə olan zaman, yolun döngəli hissəsində qarşı zolaqdan gələn Vaz-21099 markalı avtomobilin yolun buz bağlaması səbəbindən sürüşərək yolun sağ tərəf kənarına doğru getdiyini görmüşdür. Daha sonra həmin avtomobil sol tərəfə fırlanaraq sürüşə-sürüşə onun idarə etdiyi avtomobilin üzərinə doğru gələrək ona məxsus avtomobilin qabaq sol qanadı ilə toqquşmuş və zərbənin nəticəsində onun idarə etdiyi avtomobil yolun sağ tərəf kənarında daş divara dəyərək dayanmışdır. Vaz 21099 markalı avtomobil ilə fırlanaraq onun arxa tərəfində dayanmışdır. Bundan sonra avtomobildən düşmüşlər, daha sonra uşaqlar qorxduğundan bir müddət avtomobildə gözləmişlər, daha sonra Səməd onları yoldan ötən taksi ilə evə yola salmışdır. Özü isə avtomobilin yanında qalmışdır. Bundan başqa bildirmişdir ki, ərini Zərərçəkmiş şəxs1 idarə etdiyi o qabaq oturacaqda, övladı Həzrət arxa oturacaqda sol tərəfdə, İbrahim arxa oturacaqda sağ tərəfdə, xx.xx.2002-ci il təvəllüdlü qızı Dərya orta hissədə əyləşmişdir. Bildirmişdir ki, onun sinəsində ağrılar vardır. Azyaşlı uşaqları Həzrət və İbrahimin hər ikisinin dodaqları qanamışdır. Material üzrə izahatı alınmış X4 bildirmişdir ki, Samux rayon Qarayeri qəsəbəsi, 1 saylı məktəb-liseyin 4-cü sinif şagirdidir. xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində atası Səmədin idarə etdiyi avtomobillə qar yağdığına görə istirahət etmək üçün ata və anası ilə birlikdə Hacıkənd qəsəbəsinə gedirmişlər. Yolda gedən zaman başqa bir avtomobil atasına məxsus avtomobili gəlib vurmuşdur. Atası onları avtomobildən düşürmüş, onlara məxsus maşının əzildiyini görmüşdür, onlar qorxduqlarından atası onları maşında əyləşdirmişdir. Daha sonra taksi ilə anası, bacısı və qardaşını evə yola salmışdır. Atası isə maşınlarının yanında qalmışdır. Atası Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ-21060 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobildə qabaqda anası Fəxriyyə, o, arxada sol tərəfdə, qardaşı İbrahim arxada sağ tərəfdə, bacısı Dərya isə onların ortasında əyləşmişdi. Hadisə zamanı onun dodağı qanamışdır. Material üzrə izahatı alınmış X2 bildirmişdir ki, Samux rayon Qarayeri qəsəbəsi, 1 saylı məktəb-liseyin 2-ci sinif şagirdidir. xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində atası Səmədin idarə etdiyi avtombillə qar yağdığına görə istirahət etmək üçün atası və anası ilə birlikdə Hacıkənd qəsəbəsinə gedirmişlər. Yolda gedən zaman başqa bir avtomobil atasına məxsus avtomobili gəlib vurmuşdur. Atası onları avtomobildən düşürmüş və onlara məxsus maşının əzildiyini görmüşdür. Onlar qorxduqlarından atası onları maşında əyləşdirmişdir. Daha sonra taksi ilə anası, bacısı və qardaşını evə yola salmışdır. Atası özü isə maşınlarının yanında qalmışdır. Atası Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobildə qabaqda anası Fəxriyyə, qardaşı Həzrət arxada sol tərəfdə, o isə arxada sağ tərəfdə, bacısı Dərya isə onların ortasında əyləşmişdir. Hadisə zamanı onun dodağı qanamışdır. Material üzrə izahatı alınmış Zərərçəkmiş şəxs2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində kürəkəni Səfərin idarə etdiyi ona məxsus VAZ-21099 markalı **-BD-*** d.q.n-lı avtomobillə Göygöl rayonu Aşıqlı kəndi ərazisi ilə Göygöl şəhəri istiqamətində hərəkətdə olan zaman, yolun döngəli hissəsində avtomobil sürüşərək yolun sağ tərəf kənarına yolun çiyninə çıxmışlar, həmin vaxt Səfər sükanı sola doğru çəkmiş, onların hərəkətdə olduqları avtomobil sürüşərək qarşı tərəfdən hərkətdə olan markası və dövlət qeydiyyat nişanı sonradan ona məlum olan QAZ-31105 markalı **-BH-*** d.q.n-lı avtomobilin qabaq sol qanadı ilə toqquşmuş və zərbənin təsirindən fırlanaraq QAZ-31105 markalı avtomobilin arxa tərəfində dayanmışdır. Səfər və oğlu Elşad avtomobildən onu və arvadı Nəcibəni düşürmüşlər. “Opel astra” markalı taksi ilə əvvəlcə onlar Göygöl Rayon Mərkəzi Xəstəxanasına getmişlər, daha sonra onları 103 TTY avtomobili ilə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmışlar. Bundan başqa bildirmişdir ki, ona və oğlu Elşada ilkin tibbi yardım göstərildikdən sonra onu xəstəxandan buraxmışlar, arvadı Nəcibə isə almış olduğu xəsarətlərin müalicəsinə görə xəstəxanada qalmışdır. O, avtomobildə qabaq oturacaqda, arxa oturacaqda sağ tərəfdə arvadı Nəcibə, arxa oturaqcaqda sol tərəfdə oğlu Elşad, orta hissədə xx.xx.2020-ci il təvəllüdlü nəvəsi Nihad əyləşmişdir. Yol nəqliyyat hadisəsi zamanı o, sol qolundan, burun nahiyəsindən, hər iki diz nahiyəsindən xəsarət almışdır. Material üzrə izahatı alınmış Zərərçəkmiş şəxs3 bildirmişdir ki, xx.xx.2024- cü il tarixdə təxminən saat 18 radələrində yeznəsi Səfərin idarə etdiyi atasına məxsus VAZ21099 markalı **-BD-*** d.q.n-lı avtomobillə Göygöl rayonu Aşıqlı kəndi ərazisi ilə Göygöl şəhəri istiqamətində hərəkətdə olan zaman, yolun döngəli hissəsində əvvəlcə avtomobil sürüşərək yolun sağ tərəf kənarına yolun çiyninə çıxmış, həmin vaxt Səfər sükanı sola doğru çəkmiş, onların hərəkətdə olduqları avtomobil sürüşərək qarşı tərəfdən hərəkətdə olan markası və dövlət qeydiyyat nişanı sonradan ona məlum olan QAZ-31105 markalı **-BH-*** d.q.n-lı avtomobilin qabaq sol qanadı ilə toqquşmuş və zərbənin təsirindən fırlanaraq onların avtomobili QAZ-31105 markalı avtomobilin arxa tərəfində dayanmışdır. Səfər və o, avtomobildən düşmüşlər, daha sonra atası və anası Nəcibəni avtomobildən düşürmüşlər. "Opel astra” markalı taksi ilə əvvəlcə onlar Göygöl rayon mərkəzi xəstəxanasına getmişlər, daha sonra onları 103 TTY avtomobili ilə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmışlar. Ona və atasına ilkin tibbi yardım göstərildikdən sonra onları xəstəxanadan buraxmışlar, anası Nəcibə isə almış olduğu xəsarətlərin müalicəsinə görə xəstəxanada qalmışdır. Bundan başqa bildirmişdir ki, atası Elçin avtomobildə qabaq oturacaqda, arxa oturacaqda sağ tərəfdə arvadı Nəcibə, o, arxa oturacaqda sol tərəfdə, orta hissədə xx.xx.2020-ci təvəllüdlü bacısı oğlu Nihad əyləşmişdir. Yol-nəqliyyat hadisəsi zamanı, o, sağ əlindən xəsarət almışdır. Atası Elçin avtomobildə qabaq oturacaqda, arxa oturacaqda sağ tərəfdə arvadı Nəcibə, o, arxa oturacaqda sol tərəfdə, orta hissədə xx.xx.2020-ci təvəllüdlü bacısı oğlu Nihad əyləşmişdir. Yol-nəqliyyat hadisəsi zamanı o, sağ əlindən xəsarət almışdır. Material üzrə izahatı alınmış Zərərçəkmiş şəxs4 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində kürəkəni Səfərin idarə etdiyi VAZ-21099 markalı 12- BD-758 d.q.n-lı avtomobillə Göygöl rayonu Aşıqlı kəndi ərazisi ilə Göygöl şəhəri istiqamətində hərəkətdə olan zaman, yolun döngəli hissəsində avtomobil sürüşərək yolun sağ tərəf kənarına yolun çiyninə çıxdıq, daha sonra isə avtomobil yolun sol tərəfinə doğru sürüşərək markası sonradan mənə məlum olan QAZ-31105 markalı avtomobilin qabaq sol qanadı ilə toqquşdu və zərbənin təsirindən fırlanaraq QAZ-31105 markalı avtomobilin arxa tərəfində dayandı. Səfər və oğlu Elşad avtomobildən onu və əri Elçini avtomobildən düşürmüşdür. “Opel astra” markalı taksi ilə əvvəlcə onlar Göygöl Rayon Mərkəzi Xəstəxanasına getmişlər, daha sonra onları 103 TTY avtomobili ilə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmışlar və almış olduğu xəsarətlərə görə xəstəxanada qalmışdır. Bundan başqa bildirmişdir ki, Ərim Elçin avtomobildə qabaq oturacaqda, o, arxa oturacaqda sağ tərəfdə, arxa oturacaqda sol tərəfdə oğlu Elşad, orta hissədə xx.xx.2020ci təvəllüdlü nəvəsi Nihad əyləşmişdir. Yol-nəqliyyat hadisəsi zamanı, o, sol əlindən, başından və sol baldır nahiyyəsindən xəsarət almışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Hacıkənd qəsəbəsi istiqamətində yolun sağ tərəf kənarından keçən hissəsində baş vermişdir. Hadisə baş vermiş yer yaşayış sahəsinə aiddir. Vaz 21099 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu Aşıqlı kənd ərazisi ilə Göygöl şəhəri istiqamətində hərəkətdə olan zaman, yolun döngəli hissəsində avtomobil sürüşərək yolun sağ tərəf kənarına doğru getdiyini görüb, sükanı sola doğru çəkmişdir və idarə etdiyi avtomobil sürüşərək qarşı tərəfdən hərəkətdə olan markası və dövlət qeydiyyat nişanı sonradan ona məlum olan QAZ-31105 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadı ilə toqquşmuş və zərbənin təsirindən fırlanaraq QAZ-31105 markalı avtomobilin arxa tərəfində dayanmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun hərəkət hissəsinin eni 5.60 metrdir. Opel Astra markalı 99- Baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək heç bir iz, əşya aşkar edilib götürülməmişdir. Baxış sutkanın gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş, “Samsung” markalı rəqəmsal fotoaparatla şəkillər çəkilmiş, hadisə yerinin sxemi tərtib edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2025-ci il tarixli, 118 nömrəli rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – burun və sol mil sümüklərinin sınığı, sağ baldır nahiyəsainin qamçırı, hər iki diz ouynağı nahiyyələrini sıyrıqları- bərk küt ə.yanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2025-ci il tarixli, 119 nömrəli rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs4n qızının bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol əlin İİ barmağının orta falanqasının çıxığı, başın gicgah, sol əlin İİ barmağının və sol baldır nahiyyəsinin yaraları- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2025-ci il tarixli, 120 nömrəli rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ əlin V daraq sümüyünün sınığı- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 iyun 2025-ci il tarixli qərara əsasən sürücü Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs Azərbaycan Respublikası İXM-in 327.8 maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Göygöl RPŞ-nin DYPB-nə göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilməsi qərara alınmışdır. AE135667 nömrəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək B, C kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, Şəxs törətdiyi əməli səmimi etiraf edib peşman olmasını, zərəçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Eyni zamanda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən, İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə münasibətdə baxılması üçün Göygöl Rayon Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43,115,128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə münasibətdə baxılması üçün Göygöl Rayon Polis Şöbəsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-293/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-293/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver