Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-294/2025 30.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi ilə, X3 iclas katibliyi, şikayət vermiş şəxs X6 və Göygöl Rayonu Polis Şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X4 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göygöl Rayonu Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarla X6 CHEVROLET AVEO MİNİK markalı, 01BX233 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozduğuna görə barəsində xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarla Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsinə əsasən 100 manat miqdarında cərimə olunmuşdur. X2 Rayon Məhkəməsinə şikayət ilə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində tərtib edilmiş İnzibati Tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli Qərar tam əsassız və qanunsuzdur. Belə ki, X1 Xətalar Məcəlləsinin (bundan sonra İXM ) 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına görə inzibati xətanı törətməkdə təqsirli bilinərək yüz manat məbləğində cərimə edilmişdir. Hesab etmişdir ki, İnzibati Tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli Qərar ləğv edilməlidir. İdarə etdiyi avtomobilə heç bir xüsusi texniki vasitələrin köməyi ilə cərimə tətbiq edilməmişdir. O heç bir əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmamışdır. Heç bir təqsiri olmadan ona tətbiq edilən bu cəriməni əsassız hesab etmişdir. Qərarda onun qeyd olunan qaydanı pozması nə ilə sübut olunur? Hansısa yol polis əməkdaşının öz “planını” doldurmaq üçün heç bir məlumat, xəbərdarlıq, izah və s. etmədən “keyfinə görə” cərimə yazmağı nə qədər düzgündür? Məhkəmə iclasında iştirak edən şikayət verən X6 ərizəsinə uyğun izahat verərək göstərdi ki, o, hadisə baş verən günü ona məxsus **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Göygöl şəhər Yeni Qızılca yolunun sağ tərəfində saxlayan zaman polis əməkdaşı tərəfindən saxlanılaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğuna görə 100 manat məbləğində cərimə olunduğu bildirilmişdir. YPX əməkdaşından görüntünü göstərməsini xahiş etsə də görüntü göstərilməyib və SMS radar vasitəsi ilə cərimə olunması haqda protokol gəlib. Göstərilənləri nəzərə alaraq barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Göygöl Rayonu Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı Nümayəndə izahatında göstərdi ki, X6 tələblərinə riayət etmədən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. İXM-nin 327.2 -ci maddəsi ilə pozuntu törətdiyini, cərimə ödəməli olduğunu bildirsək də, o, buna etiraz etmiş və video görüntünün göstərilməsini tələb etmişdir. Odur ki, Əhmədov Elnur qeyd olunan inzibati xətanı törətməsinə baxmayaraq barəsində tətbiq olunmuş inzibati cəriməni ödəməkdən yayınmışdır. Məhkəmə iclası zamanı videobaxış keçirilmiş video materiala baxılaraq müəyyən olunmuşdur ki, X6 əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuş, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş iş materiallarında olan: xx.xx.2025-ci il tarixli inzibati təhbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə CHEVROLET AVEO MİNİK markalı, 01BX233 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozduğuna görə barəsində xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarla Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsinə əsasən 100 manat miqdarında cərimə olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğuna görə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 327.2–ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötməqaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Qanunun 36-cı maddəsinə əsasən: İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; Yol hərəkəti haqqında Qanunun 51-ci maddəsinə əsasən: V. Ötmə: 1) nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə); 2) piyada keçidlərində — piyadalar olduqda; 3) dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda; 4) ötən və ya yanından keçən nəqliyyat vasitəsini; 5) yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində — əks istiqamətli hərəkət zolağına çıxmaqla; 6) tunellərdə qadağandır. 69-cu maddəsinə əsasən: Vİİ. Üfiqi nişanlanma xəttinin xüsusiyyəti: 1) 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır; 2) nəqliyyat vasitəsini yolun çiynində dayandırmaq üçün hərəkət hissəsinin kənarını göstərən və sürücüdən sağda yerləşən 1.1 və 1.2 xətlərini kəsib keçməyə yol verilir; 3) 1.5—1.8 xətlərini istənilən tərəfdən kəsib keçməyə icazə verilir; 4) qarşılıqlı hərəkət svetoforlar olmadıqda və ya söndürülmüş olduqda, 1.9 xətti sürücüdən sağdadırsa, onu kəsib keçməyə icazə verilir, qarşılıqlı hərəkət svetoforları yanarkən bir istiqamətdə hərəkətə icazə verilən zolaqları bir-birindən ayıran 1.9 nişanlama xəttini istənilən tərəfdən kəsib keçmək olar. Qarşılıqlı hərəkət svetoforları söndürüldükdə sürücü dərhal 1.9 nişanlanma xəttindən sağ tərəfə yerdəyişmə etməlidir. Qarşılıqlı hərəkət svetoforları söndürülmüş olduqda əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.9 xəttini kəsib keçmək qadağandır; 5) 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Yeri dəyişdirilə bilən dayaqlarda qurulmuş müvəqqəti yol nişanlarının və nişanlanma xətlərinin mənaları birbirinə zidd gəldikdə, sürücülər yol nişanlarını əsas tutmalıdırlar; 6) 1.25 nişanlanması sarı haşiyə daxilində xətlərdən ibarət xanalar şəklində tətbiq olunur və bu Qanunun 75-ci maddəsinin İİ hissəsində nəzərdə tutulan halda sürücülərə yolayrıcında daxil olmanın qadağan edildiyi hissəni (kəsişmə yerini) göstərir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş diskdən də məlum olur ki, X6 əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar qeyd edir ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə CHEVROLET AVEO MİNİK markalı, 01BX233 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozduğuna görə barəsində xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarla Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsinə əsasən 100 manat miqdarında cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar xüsusi texniki vasitələrin köməyi ilə səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilmiş və məhkəmə iclasında öz təsdiqini tapmışdır. Beləliklə, iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 İXM-in 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X4 şikayəti əsassız olduğundan təmin edilməməli və Göygöl Rayonu Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Göygöl Rayonu Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan barəsində qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-294/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-294/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver