Məhkəmə qərarları › İş №3(066)-295/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-295/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-295/2024 08.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, protokol tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X1 və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Xanlar (Göygöl) rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Göygöl rayon Polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Göygöl Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 10 iyun 2024-cü il tarixdə, saat 19:00 radələrində yaşadıqları ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə Şəxs aralarında baş vermiş şəxsi ailə mübasibətləri zəminində münaqişə baş vermiş və münaqişə zamanı Şəxs əlləri ilə arvadı Zərərçəkmiş şəxs zərbələr endirərək səhində hər iki bazu, sağ çiyin və sağ bud nahiyyələrinin qançırları xəsarətləri ilə müşayiət edilən dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onu qəsdən döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş sağlamlıq əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08.08. 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan şəxs Şəxs vermiş olduğu izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. Təxminən 2 ay bundan əvvəl Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ailə qurmuşdur. Ailə qurduqdan sonra Aynurənin valideynləri Azadil Mirzəyev və Kifayət Mirzəyeva mütəmadi olaraq onların ailə işlərinə qarışması səbəbi ilə aralarında mübahisələr baş vermişdir. Sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə Aynurəyə zəng edərək işdən çıxarkən evə avtovağzaldan piyada yox avtobusla gəlməsini istəmiş, lakin 18:15 radələrində Aynurənin işdən evə avtobusdan avtovağzalda düşdükdən sonra piyada gəlməsini görüb əsəbləşərək mübahisə etmişdir. İş materiallarında olan Göygöl rayon Polis Şöbəsinin 28 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, “MTE və PA” birliyinin Göygöl rayon şöbəsindən təqdim edilmiş 322 nömrəli rəydə göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthində hər iki bazu, sağ çiyin və sağ bud nahiyələrinin qançırları bərk küt əşyanın təsirindən törənməyə xarakterikdirlər müayinə olunannın dediyi vaxtda və şəraitdə əmələ gəlməyə uyğundurlar. Sağlamlığın pozulmasına səbəb olamdığından dərəcələri təyin olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, onun zərəçəkmiş şəxslə barışmağa cəhd etməməsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 08 avqust 2024-cü il tarixdən, saat 12:40-dan hesablansın. Qərarın icrası Göygöl rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar