Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-296/2023 20.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iclas katibliyi ilə, X3 Göygöl rayon polis şöbəsinin X8 Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP № ******* saylı protokoldan və həmin protokol əsasında verilmiş qərardan verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinə X3 barəsində olan inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP № ******* saylı protokoldan və həmin protokol əsasında çıxarılmış qərardan verdiyi şikayət daxil olmuşdur. Şikayətini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhərindən Daşkəsən rayonu istiqamətində özünə məxsus "KİA SPORTAGE” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Göygöl RPŞ-nin YPX bölməsinin əməkdaşları tərəfindən idarə etdiyi avtomobil saxlanılmış və ondan içki qoxusu gəlməsi bildirilərək Göygöl RPŞ-yə aparılmışdır. Polis şöbəsinin həyətində polis əməkdaşları ondan 300 manat pul istənilmiş, o isə sərxoş olmadığını bildirərək pulu verməyəcəyini bildirmişdir. Ondan izahat alınmış və izahatında “bir daha spirtli içki qəbul etməyəcəm” sözlərini yazacağı halda onu sərbəst buraxacaqlarını dediklərindən həmin sözləri izahatında qeyd etmişdir. Daha sonra onu alkotester müayinəsindən keçirib onda alkoqolun miqdarının 0.073 promil təşkil etdiyini bildirmişlər. O isə bununla razı olmamış və bu barədə DİN-nin 102 Qaynar xəttinə şikayət etmiş və eyni zamanda Gəncə şəhərində yerləşən Narkoloji Dispanserdə həkim müayinəsindən keçmişdir. Həmin gün mobil telefon nömrəsinə sms-bildiriş gəldikdən sonra barəsində İXM-nin 329.1 və 333.1-ci maddələri ilə 400 manat cərimə təyin edildiyini öyrənmişdir. Məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, X3 barəsində Göygöl rayon polis şöbəsinin X8 Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP № ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında qərar çıxarılmış, həmin qərarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir:inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan verilən şikayəti icraata götürərək baxmaq hazırda mümkün deyildir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan və qərardan verilən şikayəti icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən qərarın təqdim edilməməsi, inzibati xətaya dair işə baxılmasının nəticəsində hansı qərarın qəbul edilməsinin məlum olmaması, qanuniliyinin yoxlanılmasının mümkün olmaması inzibati xəta haqqında iş üzrə şikayətin icraata götürülməsini rədd edən hallardır. Odur ki, X3 özünün barəsində olan inzibati xəta haqqında protokoldan və qərardan verdiyi şikayət icraata qəbul edilə bilməz. X1 izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldıraraq qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət edə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 Göygöl rayon polis şöbəsinin X8 Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 12 iyun 2023-cü il tarixli, İXP ******* saylı protokoldan və həmin protokol əsasında çıxarılmış qərardan verdiyi şikayət icraata qəbul edilməsin. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _________________________________________________ __________________ _ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-296/2023 «20» iyun 2023-cü il X4 ünvan: Gəncə şəhəri,Gülüstan qəsəbəsi, ADAU-6 yaşayış massivi Göygöl Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(066)-296/2023 nömrəli qərardadının surəti və digər sənədlər Sizə göndərilir. Qoşma: qərardadın surəti və digər sənədlər, cəmi: “ “ vərəqə. Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(066)-296/2023
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-296/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver