Məhkəmə qərarları › İş №3(066)-297/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-297/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-297/2025 30.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X6 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və X9 Ehtiyatları Agentliyi yanında Su istifadəsinə və X4 Xidmətinin 10 saylı X2 hüquq müdafiəçiləri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə, Azərbaycan Respublikası vətəndaşı Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Göygöl Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: 10 saylı X1 daxil olmuş MN ******* nömrəli 16 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixədək Toğanalı-Göygöl magistral su kəmərinin Göygöl rayonu, Çaykənd kəndinin ərazisindən keçən hissəsində qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurmuşdur. İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla da fiziki şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. 10 saylı X2 nümayəndəsi Nümayəndə2 izahatında bildirib ki, 7 iyul 2025-ci il tarixli 0001 nömrəli sərəncamına əsasən keçirilən nəzarət tədbirləri zamanı X7 Sistemlərinin İstismarı İdarəsinin balansında və istismarında olan Toğanalı-Göygöl magistral su kəmərinin Göygöl rayon Çaykənd kəndi ərazisindən keçən hissəsində qanunsuz qoşulma halı müəyyən edilmişdir. Araşdırma zamanı qanunsuz qoşulmanın Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olan Şəxs tərəfindən həyata keçirildiyi müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirib ki, 2024-cü ilin iyul ayının sonlarından su kəmərinə qoşulub, həmin sudan əkdikləri moruq sahələrinin, meyvə bağlarının suvarılmasında , həmçinin məişətdə istifadə edib. Protokol tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə qəbzin surətini təqdim edərək barəsində protokol tərtib edilən şəxs Şəxs tərəfindən AR İXM 262.3-cü maddəsi üzrə inzibati qaydada 200 manat cərimə ödənişi etdiyini bildirmişdir. Məhkəmə materialları araşdırıb hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Şəxs yazılı izahatında bildirib ki, Toğanalı-Göygöl magistral su kəmərinə 2024-cü ilin iyul ayının sonlarında icazə almadan qoşulmuşdur. 23633 nömrəli qəbzin surətindən görünür ki, təyinat 2366952, büdcə təsnifat kodu 143300 olan 200 manat Şəxs tərəfindən köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə görə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə- fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə inzibati cərimə nəzərdə tutulur. Hazırki halda barəsində inzibati protokol tərtib edilən Şəxs tərəfindən eyni protokola dair dövlət büdcəsinə 200 manat inzibati cərimə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarında olan qəbzin surətindən görünür ki, barəsində inzibati icraat aparılan şəxs məhkəmənin baxış iclasına kimi cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Hüseynzadə Leyla

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar