Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-299/2025 01.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi ilə, Azərbaycan Respublikası vətəndaşı Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* nömrəli 17 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixədək Toğanalı-Göygöl magistral su kəmərinin Göygöl rayonu Çaykənd kəndinin ərazisindən keçən hissəsinə qanunsuz qoşulmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla da fiziki şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər rəsmi məlumatlandırılsalar da məhkəmə iclasında iştirak etməmişlər. Protokol tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə elektron qaydada qəbzin surətini gösdərərək barəsində protokol tərtib edilən şəxs Şəxs tərəfindən AR İXM 262.3-cü maddəsi üzrə inzibati qaydada 200 manat cərimə ödənişi etdiyini bildirmişdir. Məhkəmə materialları araşdırıb hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Şəxs yazılı izahatında bildirib ki, Toğanalı-Göygöl magistral su kəmərinə 2024-cü ilin iyul ayının əvvəllərində icazə almadan qoşulmuşdur. 25679 nömrəli qəbzin surətindən görünür ki, təyinat 2366954, büdcə təsnifat kodu 143300 olan 200 manat Şəxs tərəfindən köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə görə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə- fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə onzobati cərimə nəzərdə tutulur. Hazırki halda barəsində inzibati protokol tərtib edilən Şəxs tərəfindən eyni protokola dair dövlət büdcəsinə 200 manat inzibati cərimə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarında olan qəbzin surətindən görünür ki, barəsində inzibati icraat aparılan şəxs məhkəmənin baxış iclasına kimi cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Hüseynzadə Leyla
Məhkəmə qərarları › İş №3(066)-299/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-299/2025
01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver