Məhkəmə qərarları › İş №3(066)-30/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-30/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-30/2023 10.02.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, zərərçəkmiş Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаk ilə, xx.xx.1992-ci il tarixdə Xanlar rayonunda doğulmuş, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Göygöl rayonu, Xanlar qəsəbəsində yaşayan Şəxs (AZE 0*******) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Göygöl rayon polis şöbəsindən daxil olmuş İXP № ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:10-da X2 idarə etdiyi “Hyundai” markalı avtobusla Gəncə-Göygöl avtomobil yolunun 2ci kilometrliyində hərəkətdə olan vaxt idarə etdiyi avtobusu əks istiqamətdə döndərmək üçün əvvəlcə hərəkət istiqamətinin sağ tərəfinə çıxıb daha sonra sola doğru dönmə əməliyyatı həyata keçirtməyə başlamış, həmin vaxt arxa tərəfdən gələn X3 idarə etdiyi “Volksvagen Passat” markalı, **-GU-*** dövlət nömrə nişanlı avtomobilin əyləcini bassa da avtobusun arxa tərəfindən dəymişdir. Bundan sonra Hyundai” markalı avtobus yolun əks istiqamətinə çıxaraq asta sürətlə qəsəbəyə gedən yol istiqamətində hərəkət etməyə başlamış və qarşı yoldan gələn Şəxs idarə etdiyi “VAZ-21074” markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobil avtobusun orta hissəsindən dəymiş, bundan sonrta avtobus yenə hərəkətini davam etdirərək dayanmışdır. Nəticədə “VAZ-21074” markalı avtomobildə və avtobusda olan sərnişinlər, “VAZ-21074” markalı və “Volksvagen Passat” markalı avtomobillərin sürücüləri sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət almışlar. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək törətdiyi əməldən peşiman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirdi və barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclаsındа Zərərçəkmiş şəxs ifadəsində Şəxs tərəfindən ona dəyən zərərin ödənilmədiyini, ancaq Şəxs şikayətçi olmadığını bildirdi və qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 327.8ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: İş materiallarında olan “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:10-da X2 idarə etdiyi “Hyundai” markalı avtobusla Gəncə-Göygöl avtomobil yolunun 2-ci kilometrliyində hərəkətdə olan vaxt idarə etdiyi avtobusu əks istiqamətdə döndərmək üçün əvvəlcə hərəkət istiqamətinin sağ tərəfinə çıxıb daha sonra sola doğru dönmə əməliyyatı həyata keçirtməyə başlamış, həmin vaxt arxa tərəfdən gələn X3 idarə etdiyi “Volksvagen Passat” markalı, **-GU-*** dövlət nömrə nişanlı avtomobilin əyləcini bassa da avtobusun arxa tərəfindən dəymişdir. Bundan sonra Hyundai” markalı avtobus yolun əks istiqamətinə çıxaraq asta sürətlə qəsəbəyə gedən yol istiqamətində hərəkət etməyə başlamış və qarşı yoldan gələn Şəxs idarə etdiyi “VAZ-21074” markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobil avtobusun orta hissəsindən dəymiş, bundan sonrta avtobus yenə hərəkətini davam etdirərək dayanmışdır. Nəticədə “VAZ-21074” markalı avtomobildə və avtobusda olan sərnişinlər, “VAZ-21074” markalı və “Volksvagen Passat” markalı avtomobillərin sürücüləri sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət almışlar. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolla sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 109, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar