Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-301/2023 18.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, X1, vəkili X9 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin 06 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilimiş şikayət üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən şikayət vermiş şəxs X12 bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə- Daşkəsən regional şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilməyi barədə qərar qəbul edilmişdir. Barəsində qəbul edilmiş 06 iyun 2022-ci il tarixli qərar qanusuz olduğundan ləğv edilməlidir. Belə ki, həmin qərardan heç bir məlumatı olmamışdır. Pensiyasından tutulma aparıldıqdan sonra bankla əlaqə saxlamışdır. Bankdan tutulmanın Göygöl Rayon İcra və Probasiya Şöbəsi tərəfindən aparıldığını bildirmişlər. Göygöl rayon İcra və Probasiya Şöbəsinə müraciət etdikdə ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən 1500 manat məbləğində cərimə olanmasını həmin qərarın icrası ilə əlaqədar pensiyasından tutulma aparıldığını bilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə ərizə ilə müraciət edərək qərarın surətini rəsmi qaydada xx.xx.2023-cü il tarixdə almışdır. İnzibati xəta haqqında işin başlanmasına məntiqi və hüquqi əsas olmamışdır. belə ki, "xxxx" MMC-nin rəhbəridir və tərəflərindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmışdır. Buna baxmayaraq barələrində inzibati xəta haqqında iş başlanılaraq məhkəməyə göndərilmişdir. Məhkəmə tərəfindən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Eyni zamanda həmin iş üzrə vəzifəli şəxs kimi onunda barəsində cərimə tətbiq edilməsi ilə bağlı hazırkı qərar qəbul edilmişdir. Həmin qərar ona təqdim edilmədiyindən qərardan vaxtında məlumatı olmamışdır. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən X1 müdafiəçisi X17 bildirmişdir ki, X3 "xxxx" MMC-nin rəhbəridir. "xxxx" MMC sığortaçı ilə icbari sığorta müqaviləsi bağladığı halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən "xxxx" MMC-nin barəsində inzibati xəta haqqında protol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 3(043)-507/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən "xxxx" MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda həmin iş üzrə vəzifəli şəxs kimi "xxxx" MMC-nin rəhbəri X5 barəsindədə cərimə tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qərar qəbul edilmişdir. Həmin qərardan Bayram Ələsgərovun məlumatı olmadığından qərardan şikayət verilməmişdir. Odur ki, X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN1064688 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X2 Ələsgərovun barəsində vəzifəli şəxs kimi ayrıca qərar qəbul edilməsini, həmin qərarın B.Ələsgərova göndərilməsini, lakin poçt tərəfindən zərfin geri qaytarılmasını, qərarın qanuna uyğun qaydada qəbul edilməsini bildirərək şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X12 Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(043)- 507/2022 nömrəli qərarından görünür ki, "xxxx" MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, X10 həm inzibati xəta haqqında protokolda həm də inzibati xəta haqqında qərarda inzibati xəta törətməsi haqqında sübutlar öz əksini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin törədilməsinə dair heç bir dəlil sübut təqdim edilmədiyindən inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə olan halda X12 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128- 130,135-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilsin. X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45 A; Tel: (02220) 5-23-84, Faks: (02220) 5-23- 84 İş № 3(066)-301/2023 18 iyul 2023-cü il Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə Gəncə şəhəri Atatürk prospekti bina 269/509A X7 Göygöl rayonu Aşıqlı kəndi X13 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 32 Göygöl rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 3(066)-301/2023 saylı qərarın surəti məlumat üçün Sizə göndərilir. Qoşma : qərarın surəti « 02 » vərəq. Hakim: Qləmdar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-301/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-301/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver