Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-31/2025 16.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, Göygöl rayonu, Xəqani kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə izahatında bildirdi ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-350/2023 saylı icra sənədinə əsasən Şəxs 02 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 50 manat təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməsi və iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəfindən borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Borclu öhdəliyini tam yerinə yetirməmiş, protokol tərtib olunan tarixə borclunun 2450 manat borcu yaranmışdır. Borclu 2024-cü ildə müxtəlif vaxtlarda olmaqla cəmi 700 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o protokol üzrə özünü təqsirli bilir. Belə ki, onun maddi imkanı olmadığından aliment borcunu tam ödəyə bilməmişdir. 2024-cü il ərzində cəmi 700 manat ödəniş etmişdir. Hazırda o, hər ay 150 manat alimentin və 50 manat isə yığılmış borcuna olmaqla cəmi 200 manat hissə-hissə ödəməyi barədə tələbkarla razılıq əldə etmişdir. Odur ki, onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs ərizə verərək izahatında bildirdi ki, Şəxs 2024-cü il ərzində ona cəmi 700 manat ödəniş etmişdir. Hazırda onun 2450 manat aliment üzrə alacağı var. Borclu ilə hər ay 150 manat alimentin və 50 manat isə yığılmış borc məbləğindən olmaqla cəmi 200 manat ödəməsi barədə razılığa gəlmişlər. Məhkəmədən borclunun barəsində olan hazırki inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(066)-350/2023 saylı icra sənədinə əsasən Şəxs 02 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 50 manat təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməsi və iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borcluya tələbin könüllü icra etməsi üçün bildiriş təqdim edilmiş, izahatı alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcunun tam şəkildə ödənilməsi üçün xəbardarlıq edilmişdir. Borclu ilə tələbkar halhazırda öz aralarında borcun hissə-hissə olmaqla yəni hər ay 150 manat alimentə və 50 manat yığılmış aliment borcuna olmaqla cəmi 200 manat ödənilməsi barədə razılığa gələrək inzibati işə xitam verilməsini xahiş etmişlər. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, tələbkar Zərərçəkmiş şəxs ilə aralarında razılığa gəlmişlər və hər ay 200 manat olmaqla 150 manat alimentə 50 manat isə yığılmış aliment borcundan ödəyəcəkdir. Barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, borclu Şəxs ilə borcun hissə-hissə ödənilməsi barədə aralarında razılığa gəlmişlər. Şəxs hər ay 150 manat alimentinə 50 manat isə yığılmış borcuna olmaqla cəmi 200 manat ödəməsinə etiraz etmir və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Göründüyü kimi, borclu tələbkarla razılıq əldə etmişdir. Belə ki, hazırda tələbkarın borcluya qarşı heç bir şikayəti yoxdur. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-31/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-31/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver