Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-310/2023 07.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1958-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Yevlax rayonu Aran qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 07 iyul 2023-ci il tarixdə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2023-cü il tarixdə Yevlax rayonu Aran qəsəbəsində yaşayan Şəxs qardaşı X1 yaşadığı Göygöl rayonu Qaraşağ məhəlləsinə qonaq gəlmiş və Zərərçəkmiş şəxs yaşadıqları evin onun ana yurdu olduğunu bildirərək evdən çıxmasını tələb edərək onunla mübahisə zamanı Sevil İbrahimoya əli ilə vuraraq baş nahiyəsinə dərəcəsi müəyyən edilməyən xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətmişdir . Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək onların evdə oturduğunu və onların Zərərçəkmiş şəxs vurmadığını bildirmişdir . Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs göstərmişdir ki, onlar boşandıqdan sonra evə getdiklərini evdə baldızları tərəfindən döyüldüyünü bildirərək şikayətçi olduğunu və onun inzibati qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən şahid X3 məhkəmə iclasında bildirmişdir ki o Zərərçəkmiş şəxs boşandıqdan sonra evə getdiklərini və evdə bacıları ilə Sevil mübahisə etdiklərini bildirdi . Məhkəmə iclasında dindirilən şahid X2 onların Zərərçəkmiş şəxs vurmadığını bildirmişdir . . Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Göygöl rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla, zərərçəkmiş şəxsin ifadəsi və protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 iyun 2023-cü il tarixli qərarla tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında araşdırılmış Göygöl RPŞ-nin TB-nin baş təhqiqatçısı Fariz Həsənov tərəfindən qəbul olunmuş 02 iyun 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Şəxs qızının əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başalanması rədd edilməklə bərabər, onların barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Göygöl RPŞ İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Göygöl rayon PŞ-nin sahə rəisi Kamran Cəfərov tərəfindən tərtib edilmiş MN № ******* nömrəli, 07 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Sabir küçəsidə yaşadığı evdə qohumu Zərərçəkmiş şəxs döymüşdür. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə Göygöl rayon PŞ-nin sahə rəisi K.Cəfərov tərəfindən tərtib edilmiş protokola, Göygöl RPŞ-nin TB-nin baş təhqiqatçısı Fariz Həsənov tərəfindən qəbul olunmuş 02 iyun 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara, iş üzrə zərəçəkənin və barəsində inzibati xəta haqqında iş uzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatına əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir, məhkəmə hesab edir ki Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106-119-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-310/2023 07 iyun 2023-cü il Göygöl rayon Polis Şöbəsinə Göygöl şəhəri A.Hacıyev küç 93 Şəxs Yevlax rayonu Aran qəsəbəsi Zərərçəkmiş şəxs Göygöl şəhəri Sabir küçəsi Göygöl Rayon Məhkəməsinin 3(066)-310/2023 nömrəli, 07 iyul 2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma : qərarın surəti « » vərəq. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-310/2023 18 iyul 2023-cü il Göygöl rayon İcra və Probasiya Şöbəsinə Şəxs barəsində olan Göygöl Rayon Məhkəməsinin 3(066)-310/2023 nömrəli, 07 iyul 2023-cü il tarixli qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: qərarın surəti « » vərəq. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-310/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-310/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver