Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-318/2023 04.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Əlamdar oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs FHN-nin DYNX-nin Gəncə RDYNİ-nin inpektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, xx.xx.1987-ci ildə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək, Göygöl rayonu, Quşqara kəndində yaşayan X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 602.4-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X6 barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X11 Xidməti X10 Yanğın Nəzarət İdarəsi tərəfindən İXM-nin 602.4-cu maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən X5 məxsus Mebel təmiri sexində planlı yanğın texniki müayinə keçirilən zamanı obyekt sahibi tərəfindən sahiubkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə heç bir şərait yardılmamış və tərtib olunmuş müayinə aktına və inzibati protokola imza etməkdən imtina etmişdir. Bununla da o, İXM-in 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs FHN-nin DYNX-nin Gəncə RDYNİ-nin inpektoru X7 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən X5 məxsus Mebel təmiri sexində planlı yanğın texniki müayinə keçirilməsi məqsədi ilə mebel sexinə yaxınlaşdıqda X1 fəaliyyəti üçün istifadə olunan digər yerlərə tərəflərindən baxış keçirilməsinə şərait yaratmayaraq tərtib olunan müayinə aktına və inzibati protokola imza etməkdən imtina etmişdir. Bu barədə videoçəkiliş etmişlər. Odur ki, X3 barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 özünü təqsirli bilməyərək göstərmişdir ki xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən ona məxsus olan mebel təmiri sexinə Fövqaladə Hallar Nazirliyi X11 Xidməti X10 Yanğın Nəzarət İdarəsinin 3 əmakdaşı gəlməsini, həmin əməkdaşların mebel təmiri sexinə baxış keçirilmələri barədə şərait yaratmalarına baxmayaraq sexə baxış keçirməmişlər. Daha sonra onun barəsində protokol tərtib etmişlər. Həmin protokola etiraz edərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X11 Xidməti X10 Yanğın Nəzarət İdarəsinin 3 nəfər əməkdaşı yaşadıqları evdə olan mebel sexinə baxış keçirtmək üçün gəlmişlər. Sexə baxış keçirtmək üçün onlara şərait yaradılmışdır. Lakin, əməkdaşlar sexə baxış keçirtmədən akt yazaraq protokol tərtib etmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X6 barədə İXM-nin 602.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İXM-nin 602.4-cü maddəsinə əsasən, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxs X6 xx.xx.2023-cü il tarixdə Fövqaladə Hallar Nazirliyi X11 Xidməti X10 Yanğın Nəzarət İdarəsi İXM-nin 602.4-cu maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023cü il tarixdə Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən Mebel təmiri sexində planlı yanğın texniki müayinə zamanı obyekt sahibi tərəfindən heç bir şərait yardılmamışdır. Bununla da ona, İXM-in 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, X3 əməlində İXM-nin 602.4-cu maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. Çünki, sahibkar tərəfindən baxış keçirməyə mane olması inzibati işin materialları və məhkəmə iclasında verilən izahatlarla sübut olunmur. İşdə olan videogörüntüdə Fövqaladə Hallar Nazirliyi X11 Xidməti X10 Yanğın Nəzarət İdarəsinin əməkdaşı tərəfindən mebel sexinə baxış keçirilməsinə şərait yaradılmaması qeyd edilsədə Bəhruz Həsənov tərəfindən sexə baxış keçirilməsinə dair maneə yaradılması barədə heç bir video görüntü yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmə hesab edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Göründüyü kimi, X3 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda X3 təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, X3 əməlində məhz İXM-nin 602.4-cü maddəsinin tərkibi yoxdur. İXM-nin 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 əməlində inzibati xəta tərkibinin olmamasına görə iş üzrə icraata xitam verməlidir Göstərilənlərə əsasən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _____ _________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan _ İş № 3(066)-318/2023 04 avqust 2023-cü il Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X11 Xidməti X10 Yanğın Nəzarət İdarəsi Surəti: X5 Göygöl rayonu, Quşqara kəndi Göygöl Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 3(066)-318/2023 nömrəli qərarının surəti məlumat üçün sizə göndərilir. Qoşma: qərarın surəti “04” səhifə. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-318/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-318/2023
04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver