Məhkəmə qərarları › İş №3(066)-320/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-320/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-320/2024 05.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi, ilə barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 Gəncə şəhər X4 Şöbəsində elektron qaydada tərtib edilmiş 06 avqust 2024-cü il tarixli, EQ 22814718 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən etdi: Barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X2 məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X4 Polisi Şöbəsində elektron qaydada tərtib edilmiş 06 avqust 2024-cü il tarixli, EQ 22814718 saylı inzibati tənbeh vermə haqqında qərarnın ləğv edilməsini xahiş etmişdir. Onun şikayətindən məlum olur ki, X2 həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 80 (səksən) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. ünvan 1i X2 şikayətini onunla əsaslandırmışdır ki, o, 06 avqust 2024-cü il tarixdə saat 16:38-də özünə məxsus olan “Hündai accent” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri Nizami prospekti ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmamış, buna baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X4 Polisi Şöbəsin əməkdaşları ona məxsus olan “Hündai accent” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkilini çəkmişlər və qanunsuz olaraq elektron protokol tərtib etmişlər. Sonra isə o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X4 Polisi Şöbəsində elektron qaydada tərtib edilmiş 06 avqust 2024-cü il tarixli, EQ 22814718 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 80 (səksən) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuzdur. Ona görə də qeyd edilən qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs X2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin surətindən məlum olur ki, X2 21 may 1989-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş SMS bildirişdən məlum olur ki, X2 06 avqust 2024cü il tarixdə saat 16:38-də özünə məxsus olan “Hündai accent” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri Nizami prospekti ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 80 (səksən) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə-səksən manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, X2 06 avqust 2024-cü il tarixdə saat 16:38-də özünə məxsus olan “Hündai accent” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri Nizami prospekti ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməməsini bildirmiş olsada həmin halları təsdiq edən hər hansı bir subutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı : Barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 Gəncə şəhər X4 Şöbəsində elektron qaydada tərtib edilmiş 06 avqust 2024-cü il tarixli, EQ 22814718 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar