Məhkəmə qərarları › İş №3(066)-321/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-321/2024

16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-321/2024 16.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Göygöl şəhəri H.Əliyev prospekti ev 66-da qeydiyyatda olmaqla, yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci,189-cu, 232-1-ci və 510-cu maddəsi ilə Göygöl rayon Polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Göygöl Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN l ETDİ: Şəxs 28 may 2024-cü il tarixdə, saat 15 radələrində yaşadıqları Göygöl H.Əliyev prospektində olan evin həyətində, şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı ucadan səs-küy salaraq, qonşusu zərərçəkmiş şəxs X1 ünvanına nalayiq ifadlər işlətməklə, ictimai qaydanı pozmuş, qəsdən X2 əl zərbələr vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, hərəkətlərini davam etdirərək, qəsdən X2 məxsus olan 15 manat dəyərində çətirini sındırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci, 189-cu, 232-1-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş sağlamlıq əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, o, Göygöl Göygöl şəhəri H.Əliyev prospekti ev 66-da qeydiyyatda olmaqla, yaşayırX3 onun qonşusudur. Həyətləri ümumi olmasına görə onların arasında tez-tez mübaisə baş verir. 28 may 2024-cü il tarixdə, saat 15 radələrində yaşadıqları evin həyətində olarkən, azyaşlı uşaqların dalaşmaları ilə əlaqədar olaraq aralarında mübahisə baş vermişdir. Həmin vaxtı onlar əlbəyaxa olaraq biri-birilərinin ünvanlarına nalayiq ifadələr işlətmiş, xəsarətlər yetirmişlər. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X3 vermiş olduğu izahatında göstərdi ki, o, Göygöl şəhəri H.Əliyev prospekti ev 66-da qeydiyyatda olmaqla, yaşayır. Şəxs onun qonşusudur. Onların arasında 28 may 2024-cü il tarixdə, saat 15 radələrində uşaqların dalaşmalarına görə mübahisə baş vermişdir. Həmin vaxtı onlar əlbəyaxa olaraq biribirilərinin ünvanlarına nalayiq ifadələr işlətmiş, xəsarətlər yetirmişlər. Şəxs səs-küy salıb, ictimai qaydanı pozmuş, onu döyrək xəsarət yetirmiş, əlindəki 15 manat dəyərində olan çətiri sındırmışdır. İş materiallarında olan Göygöl rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı Nizami Şəpəndəyevin tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından məlum olur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayonu MTE və PA şöbəsi tərəfindən verilmiş 293 saylı ekspert rəyinə əsasən X1 bədəni üzərində xəsarətlər müəyyən aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə iclasında aydın oldu ki, Şəxs 28 may 2024-cü il tarixdə, saat 15 radələrində yaşadıqları Göygöl H.Əliyev prospektində olan evin həyətində şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı ucadan səs-küy salaraq, qonşusu zərərçəkmiş şəxs X1 ünvanına nalayiq ifadlər işlətməklə, ictimai qaydanı pozmuş, qəsdən X2 əl zərbələr vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, hərəkətlərini davam etdirərək, qəsdən X2 məxsus olan 15 manat dəyərində çətirini sındırmışdır. Məhkəmə iclasında ayadın oldu ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin tərkibi yoxdur. Ümumiyyətlə 15 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola düzgün olmayaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətmədiyindən həmin hissədə xitam verilməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsində göstərilir ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci, 232-1-ci və 510-cu maddələrində ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına həmin hissədə xitam verilsin. Qərаrın icrаsı Göygöl rayon İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar