Məhkəmə qərarları › İş №3(066)-322/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-322/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-322/2024 15.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə pasport № 13İM28086 Gürcüstan Respublikasının Marnuel rayonunda doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Göygöl şəhəri, H.Əliyev prospekti ev 66-da qeydiyyatsız yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157ci maddəsi ilə Göygöl RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Göygöl rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru Nümayəndə tərəfindən tərtib olunmuş 15 avqust 2024-cü il tarixli, MN ******* nömrəli protokol 15 avqust 2024-cü il tarixdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Göygöl rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru Nümayəndə tərəfindən tərtib olunmuş 15 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Göygöl şəhəri, H.Əliyev prospektində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs vurub ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə döymüş və ona qarşı nalayiq ifadələr işlətməklə ictimai qaydadanı öz hərəkətləri ilə pozmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Nümayəndə izahatında göstərdi ki, hər iki vətəndaş döyülməylə bağlı şöbəyə müraciət etmiş və müraciətlə bağlı təhqiqat bölməsində araşdırma aparılmışdır. Təhqiqat Bölməsinin qərarına əsasən Şəxs və Zərərçəkmiş şəxs barələrində cinayət işi başlanması rədd edilməsi və barələrində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Bu səbəbdən Şəxs və Zərərçəkmiş şəxs barələrində inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokolu müdafiə edərək Şəxs inzibati qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Gürcüstan Respublikasının vətəndaşı olsa da, o qeydiyyatsız olaraq Göygöl şəhəri H.Əliyev prospekti ev 66-da ailəsi ilə birlikdə yaşayır. 28 may 2024-cü il tarixdə onlarla birlikdə yaşayan bacısı Laləxanım uşağı İsmayılı dərsə apararkən Fidan öz bacısı oğluna demişdir ki, get İsmayılı vur. Bacısı ona zəng edərək Fidanın bacısı oğlu ilə birlikdə onların arxasınca gəlməsini bildirmişdir. O evdən çıxaraq onların yanına gəkmişdir. Onlar Göygöl şəhəri, H.Əliyev prospektində yerləşən Kapital Bankın qarşısında mübahisə etmişlər. Mübahisə zamanı Fidan bacısı Laləxanımın əlindən çətiri alıb onları vurmağa başlamışdır. O çətiri Fidanın əlindən alarkən çətir Fidanın qolunu cızmışdır. Onlar bir birilərinə nalayiq ifadələr işlətmişlər və bir birlərinə əl-qol atmışlar. Törətdiyi əmələ görə onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, bacısı oğlu onlarda yaşayır. Şəxs bacısı oğlu İsmayıl məktəbdə onun bacısı oğlunu vurmuşdur. Daha sonra yaşadıqları evin həyətində olan sanitar qovşağa gedən zaman Aynur onları hədələmişdir. xx.xx.2024-cü il tarixdə o bacısı oğlunu idmana apararkən yolda Aynurun bacısı Lalə ilə oğlu İsmayılı görmüşdür. Lalə ilə aralarında mübahisələri olmuş və Lalə onu təhqir etmişdir. Sonra Lalənin bacısı Aynur gəlib küçədə onun saçından tutaraq onu təhqir edərək vurmuşdur. O, bu barədə polis şəbəsinə müraciət etmişdir. Hazırda Şəxs şikayətçidir, Aynurun barəsində ciddi tədbir görülməsini xahiş etdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə oğlu İsmayılı hazırlığa göndərə zaman Fidan bacısı oğlunu onun oğlunu vurması üçün oğlunun arxasınca göndərdi. O, oğlunun arxasınca gedərək oğlunu qucağına almışdır. Həmin vaxt Fidan gəlib onun üzərinə hücum edərək əlindəki çətiri alıb onu vurmuşdur. O həmin yerdə olan mağazaya girmişdir. Sonra bacısına zəng etmişdir. Bacısı Aynur gəlmiş və Fidanla aralarında münaqişələri olmuşdur. Münaqişə zamanı onlar bir birilərini vurmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. xx.xx.2024-cü il tarixdə küçədən səs-küy gəldiyinin eşidib çölə çıxarkən Aynurla Fidanın mübahisələrini görmüşdür. Mübahisə zamanı Aynur əli ilə Fidanı vururaraq Fidana qarşı nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Göygöl RPŞ-nin Təhqiqat Bölməsində araşdırılan HK-1/1045 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, toplanmış materialda Azərbaycan Respublikası İXM-nin 157-ci, 189-cu, 232-1-ci və 510-cu maddələrinin tərkibi yaranmışdır. Bundan başqa araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında olan mübahisələr mütəmadi xarakter daşıdığından gələcəkdə baş verə biləcək xoşagəlməz halların və hüquqazidd əməllərin qarşısının alınması məqsədilə tərəflərin münaqişəli kimi qeydiyyata alınması məqsədə müvafiqdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tədbir görülməsi üçün qərarın surəti Göygöl RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 xx.xx.2024-cü il tarixli rəyin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – hər iki əlin arxa səthlərinin və alt dodağın dəri səthinin sıyrıqları bər küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə yəni, xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığöa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş CD diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilərkən müəyyən olundu ki, Şəxs Göygöl şəhəri H.Əliyev prospektində Zərərçəkmiş şəxs üzərinə gələrək nəlayiq ifadə işlədərək sifət nahiyəsinə sillə zərbəsi vurmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İ 198834 saylı nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X5 ilə Şəxs arasında xx.xx.2005-ci il tarixdə Xanlar rayon VVADQ şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2005-ci ilin 11-ci ayının 25-ci günündə 195 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov arvada isə Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş olan AZ-İİ seriyalı, 178478 nömrəli, 24 dekabr 2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 (atası X5, anası Aynur Məmmədova) xx.xx.2008-ci il tarixdə Göygöl rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2008-ci ilin 12-ci ayının 24-cü günündə 552 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Xanlar Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş olan AZ-İ seriyalı, 889077 nömrəli, 01 fevral 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (atası X5, anası Aynur Məmmədova) xx.xx.2007-ci il tarixdə Xanlar rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2007ci ilin 02-ci ayının 01-ci günündə 38 nömrəsi ilə qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin və protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün dolayı etirafedici ifadəsi ilə tam sübuta yetir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində yəni, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun İXM-nin 32.1.3.-cü maddəsinə əsasən inzibati xətanın himayəsində azyaşlı uşağı olması məsuliyyətini yüngülləşdirən hall kimi müəyyən edir və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini, himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və onun şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 157-ci maddəsi ilə təqsirli bilinərək İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyası çərçivəsində 500 (beş yüz) manat cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar